Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2400/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Kəngərli İsmayıl İlham oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə ## #### 2026-cı il tarixli qərarının ləğvinə dair Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından narazı qalan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və şikayətin icraata götürülərək mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə X1i əməkdaşı tərəfindən onun barəsində qanunsuz və əsassız olaraq AR İnzibati Xətalar Məcəlləsinin 342.6cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 50 manat məbləğində cərimə tətbiq edilməsi barədə ##.##.2026-cı il tarixli, İPX8137293 nömrəli qərar qəbul edilmişdir. Qərar ##.##.2026-cı il tarixdə, təxminən saat 16:59 radələrində ünvan 1 ünvanında baş verdiyi iddia olunan hadisə ilə bağlıdır. Sürdüyü nəqliyyat vasitəsi ** HN *** dövlət qeydiyyat nişanlı, BMW X7 markalı avtomobil olmuşdur. Diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı nə telefonu əldə saxlamış, nə də ondan istifadə (danışıq, yazışma və s.) etmişdir. İnzibati xətanın baş verdiyini sübut edən heç bir obyektiv dəlil - foto və ya video çəkiliş, qeydiyyat materialı, üçüncü şəxslərin (şahidlərin) ifadəsi mövcud deyil. Qərar yalnız vəzifəli şəxsin birtərəfli ehtimalına əsaslanır. İşin baxılması zamanı bir sıra prosessual pozuntulara yol verilmişdir. Belə ki, qərarı/protokolu tərtib edən DYP əməkdaşı özünü təqdim etməmiş, vəzifəsini, rütbəsini, ad və soyadını bildirməmişdir. Bununla yanaşı inzibati tənbeh tətbiqi haqqında qərarın surəti mənə ümumiyyətlə, təqdim olunmamışdır. Tərəfindən dəfələrlə həm şifahi, həm də yazılı formada qərarın surətinin əldə olunması ilə bağlı müraciət edilsə də, müraciətinə cavab verilməmiş və qərarın surəti bugünədək ona təqdim edilməmişdir. Hakim qərardadda birbaşa qeyd edir ki, şikayət "məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan" geri qaytarılır. Materialların natamamlığı isə məhz İXM-nin 109-cu maddəsinin tənzimləmə predmetidir. Həmin maddəyə əsasən, işə baxılmağa hazırlıq zamanı protokol və digər materiallar lazımi qaydada tərtib edilmədikdə və ya natamam olduqda, məhkəmə (hakim) onları həmin sənədləri tərtib etmiş / qərarı qəbul etmiş orqana (vəzifəli şəxsə) qaytarır. Yəni geri qaytarma dövlət orqanı istiqamətində olmalıdır. Hakim isə tam əks istiqamətdə hərəkət edərək şikayəti dövlət orqanına deyil, şikayət verən vətəndaşa mənə qaytarmışdır. İXM-də "natamam material" əsası ilə şikayətin şikayətçiyə geri qaytarılması institutu ümumiyyətlə nəzərdə tutulmamışdır. Beləliklə, hakim mövcud olmayan prosessual institutu tətbiq etmiş, faktiki olaraq mülki prosessual hüquqa xas olan "ərizənin geri qaytarılması" mexanizmini inzibati xətalar icraatına əsassız köçürmüşdür. Hakim qərardadda "işə baxılarkən onu tamamlamaq mümkün olmayacağını" iddia edir. Bu nəticə əsaslandırılmamışdır və qanuna ziddir. İXM-nin 109-cu maddəsi hakimə işə baxılmağa hazırlıq mərhələsində əlavə materialların tələb edilməsi səlahiyyətini verir. Mübahisələndirdiyim ## #### 2026-cı il tarixli qərar dövlət orqanı tərəfindən qəbul edilmiş və onun materialları həmin orqanda saxlanılır. Hakim həmin qərarı və iş materiallarını aidiyyəti orqandan tələb edə bilərdi (və etməli idi). Deməli, materialları "tamamlamaq mümkün deyil" iddiası həqiqətə uyğun deyil. Hakimin yeganə konkret iradı odur ki, mübahisələndirilən qərarın surəti şikayət ərizəsinə əlavə edilməmişdir. Lakin İXM-nin 128.2.3-cü maddəsi (hakimin özünün istinad etdiyi norma) yalnız şəxsin qərardan yuxarı orqana və ya məhkəməyə şikayət vermək hüququnu təsbit edir; bu hüququ qərarın surətinin əlavə edilməsi şərtinə bağlamır. Qərarın surəti dövlət orqanının sərəncamındadır və şikayət verildikdə iş həmin orqan tərəfindən məhkəməyə göndərilir. Surətin şikayətçi tərəfindən təqdim edilməməsi aradan qaldırıla bilən, xırda formal çatışmazlıqdır; ən pis halda hakim onun aradan qaldırılması üçün ağlabatan müddət təyin etməli idi, şikayətin baxılmasına xitam verməməli idi. Məhkəmə baxış iclası zamanı Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Kəngərli İsmayıl İlham oğlu apellyasiya qaydasında verilmiş şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci intansiya məhkəməsi şikayəti geri qaytararkən yalnız onu əsas götürmüşdür ki, Qərardan şikayət verən orqan (şəxs) öz şikayətində barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ilə razılaşmadığını qeyd etmiş, lakin həmin qərarın surətini şikayət ərizəsinə əlavə etməmişdir. Təqdim olunmuş materialları və şikayətin dəlillərini araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ləğv olunmalı, inzibati işə yenidən baxıması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə birinci instansiyanın mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, şikayətçi məhkəməyə ünvanladığı şikayətdə bildirir ki, inzibati tənbeh tətbiqi haqqında qərarın surəti ona təqdim olunmamışdır. Belə olan halda məhkəmənin Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında həmin qərarın surətini şikayət ərizəsinə əlavə etməməsi əsası ilə geri qaytarılması ədalətli hesab edilməməlidir. Belə ki, inzibati xətalarla bağlı qanunvericilik aktı normalarında bu əsasla verilmiş şikayətlərin geri qaytarılmasına dair hər-hansı bir norma mövcud deyildir və birinci instansiya məhkəməsi həmin əsasla şikayəti geri qaytarmaqda haqlı olmamışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən halları tərəflərin iştirakı ilə araşdırmadan şikayətin geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Ona görə də göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayət və ona əlavə olunmuş sənədlərin Qərardan şikayət verən orqan (şəxs) geri qaytarılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı apellyasiya şikayətinə münasibətdə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə material icraata qəbul edilib baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri X1 İdarəsinin ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinin geri qaytarılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə material icraata qəbul edilib baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2400/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2400/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver