Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2401/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, Məhkəmə iclas katibi X2, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (##.##.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: *******), subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 150 (bir yüz əlli) saat müddətində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, məhkəmə iclas zalından dərhal azad edilmişdir. İşin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru, R X1 tərəfindən tərtib edilmiş ##.#.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin protokolda və ona əlavə edilmiş sənədlərə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vətəndaş Zərərçəkmiş şəxs aldadaraq, ##.#.2026-cı il tarixdə Qızıl Tac şadlıq sarayının qarşısında 500 manat pulunu ələ keçirmişdir. İş üzrə yuxarıda göstərilən qərar qəbul edilmişdir. Zərər çəkmış şəxs Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verib, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi dəymiş zərərin ödənilməməsini nəzərə almadan qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmış şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona vurulmuş zərərin tam ödənildiyini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışdığını, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmamasını iddia edilərək tələb İXM-in 135.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. İXM-in 135.1.5-ci maddələrinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs aldadaraq 500 manat pulunu ələ keçirməsi özünün izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, materialda olan digər sübutlarla təsdiq edilir. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə icraata xitam verilməsi, onun məsuliyyətdən və tənbehdən azad olunması üçün əsaslar olmamışdır. Birinci instansiya məhkəməsi təqsirlilik məsələsini həll edərkən mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75-84-cü maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu öz daxili inamı ilə qiymətləndirmiş, izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə daha ağır tənbeh növünün tətbiq edilməli olmasını iddia etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilən tənbeh məsələsinə gəldikdə, İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Eyni Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Qeyd olunan hüquqi normaların tələblərini apellyasiya şikayətinin dəlilləri və baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi həmin xətaya görə qanununun 227-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbsdən ibarətdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlindən peşiman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər tənbehi təyin etmişdir. Bununla belə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində zərərçəkmiş şəxslə barışmayaraq ziyanı ödəməsə də, apellyasiya baxışı zamanı vurulmuş ziyanı tamamilə ödəmiş və zərər çəkmiş şəxslə barışmış, iş üzrə icraata xitam verilməsi üçün əsas yaranmış, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsinə əsaslar olmamışdır. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, vurulmuş ziyanın tamamilə ödənilməsi və zərərçəkmiş şəxslə barışığın olması nəzərə alınmalı, İXM-in 39.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları və İXM-in 134.1.3-cü və 135.1.5-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata İXM-in 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2401/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2401/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver