Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2407/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 Oruc qızının katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi nümayəndə1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC -nin nümayəndəsi X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-non Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, o, 254763.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində 95285.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 95285.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi – 19057.00 (on doqquz min əlli yeddi) ABŞ dolları məbləğində inzibati cərimə edilmiş və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı inzibati orqanın nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati məsuliyyətdən azad edilməlidir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması ilə bağlı qərar qəbul edərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, apellyasiya baxışı zamanı X2 bildirmişdir ki, ölkədən köçürülmüş bütün vəsaitlər faktiki olaraq ölkəyə idxal edilmiş avtomobillərin dəyərinə uyğun olmuşdur. ## ###### 2024-cü il tarixində tərəflər arasında GYB-HT-****-** nömrəli müqavilə bağlanmış və həmin müqavilə əsasında ümumilikdə 100 ədəd avtomobil sifariş edilmişdir. Bu müqavilə üzrə şirkət tərəfindən müqavilə dəyərinin 10% həcmində. 114.162 ABŞ dolları məbləğində avans ödənilmişdir. Bu avans yalnız ilk göndəriləcək avtomobillər üçün deyil, bütün istehsal olunacaq avtomobillər üzrə ümumi avans kimi ödənilmişdir. Tərəflər arasında razılığa əsasən avtomobillər istehsal olunduqca hissə-hissə göndərilməli, avans da həmin göndərişlər üzrə mərhələli şəkildə istifadə edilməli idi. 2024- cü ilin aprel ayında ilk 25 avtomobil göndərilmişdir. Bu partiyanın ümumi dəyəri 283.070 ABŞ dolları olmuşdur. Bu partiya üzrə hesablaşma zamanı əvvəlki avansın yalnız 28.307 ABŞ dolları (avtomobillərin dəyərinin 10%-i) hissəsi istifadə edilmiş, qalan hissə isə şirkət tərəfindən ödənilmiş 254.763 ABŞ dolları məbləğində bank köçürməsi hesabına tamamlanmışdır. Beləliklə, ilkin avansın 85.855 ABŞ dolları hissəsi istifadə olunmamış qalaraq Kaiyi şirkətinin hesabında avans qalığı kimi saxlanılmışdır. 2024-cü ilin iyul ayında növbəti 38 avtomobil göndərilmiş və bunun üçün GYB-HT-****-**-*** nömrəli yeni müqavilə bağlanmışdır. Bu müqavilə üzrə tərtib edilmiş GYB-HT-****-**-** nömrəli invoysda açıq şəkildə qeyd olunmuşdur: Advance payment using Kaiyi account total balance of US$85,855. Balance payment US$438,955. Bu qeyd göstərir ki, Kaiyi şirkətinin hesabında əvvəlki müqavilədən qalmış 85.855 ABŞ dolları avans yeni müqavilə üzrə hesablaşmada nəzərə alınmışdır. Buna görə də şirkət tərəfindən yalnız 438.955 ABŞ dolları məbləğində yeni bank köçürməsi həyata keçirilmişdir və nəticədə bu 38 avtomobil ölkəyə idxal edilmişdir. Bununla da ilkin ödənilmiş avans məbləği (114.162 ABŞ dollar) və iki partiya üçün əlavə ödənilmiş qalıq məbləğləri (254.763 ABŞ dolları və 438.955 ABŞ dollar), toplam olaraq ödənilmiş 807.880 ABŞ dolları məbləğ qarşılığında ölkəyə dəyəri tam olaraq 807.880 ABŞ dolları təşkil edən 63 ədəd avtomobil idxal edilmişdir. AR Mərkəzi Bankı ilkin ödənilmiş 114.162 ABŞ dolları məbləğində avansı tam şəkildə ilk partiya göndərilmiş 25 avtomobilə aid edir. Lakin bu yanaşma tərəflər arasında faktiki aparılmış hesablaşmaya uyğun deyildir. İlkin avans 100 avtomobil üzrə ümumi avans kimi ödənilmişdir və onun yalnız 28.307 ABŞ dolları hissəsi ilk partiyaya aid edilməlidir. Qalan 85.855 ABŞ dolları isə satıcının hesabında avans qalığı kimi saxlanılmış və ikinci müqavilə üzrə hesablaşmada istifadə edilmişdir. Bu fakt Kaiyi şirkətinin tərtib etdiyi invoysla birbaşa təsdiq edilir. Qeyd edilməlidir ki, şirkətləri tərəfindən 85.855 ABŞ dolları məbləğində ayrıca bank köçürməsi həyata keçirilməmişdir. Bu məbləğ yeni ödəniş deyil, əvvəlki müqavilədən qalmış avans qalığıdır. Əgər inzibati protokolu tərtib edən orqanın yanaşması düzgün olsaydı, ikinci müqavilə üzrə invoysda "Advance payment using Kaiyi account total balance of US$85,855"qeydi ümumiyyətlə mövcud ola bilməzdi. Bu səbəbdən ödənişlərin yalnız müqavilə nömrələri üzrə qiymətləndirilməsi faktiki kommersiya hesablaşmasını əks etdirmir. İlkin 100 avtomobil üzrə bağlanmış müqavilə çərçivəsində ümumilikdə 63 avtomobil təhvil alındıqdan sonra qiymət və model dəyişiklikləri ilə əlaqədar tərəflər arasında qarşılıqlı razılıq əsasında heç bir qarşılıqlı borcun qalmadığını və razılaşmaların yenilənməli olduğunu əsas gətirərək həmin müqavilənin sonrakı avtomobillər üzrə icrası dayandırılmış və sonrakı tədarüklər artıq yeni müqavilələr əsasında həyata keçirilmişdir. İnzibati protokolu tərtib edən orqanın yanaşması qəbul edilərsə, ikinci müqavilə üzrə ciddi ziddiyyət yaranır. Belə ki, AR Mərkəzi Bankı yalnız 438.955 ABŞ dolları məbləğində bank köçürməsini qəbul edir, lakin 85.855 ABŞ dolları avansı nəzərə almır. Halbuki ikinci müqavilə üzrə idxal edilmiş avtomobillərin ümumi dəyəri 524.810 ABŞ dolları təşkil etmişdir. Bu halda belə bir sual yaranır: Əgər 85.855 ABŞ dolları məbləğində avans mövcud deyildirsə, həmin məbləğ dəyərində avtomobillər hansı ödəniş əsasında şirkətə göndərilmişdir? Şirkətləri tərəfindən həmin məbləğdə ayrıca bank köçürməsi həyata keçirilməmişdir. Belə olan halda iddiaçının yanaşması belə nəticəyə gətirib çıxarır ki, təchizatçı şirkət 85.855 ABŞ dolları dəyərində avtomobilləri heç bir ödəniş almadan göndərmişdir. Bu isə kommersiya münasibətlərinin mahiyyətinə, tərəflər arasında aparılmış hesablaşmalara və Kaiyi şirkətinin təqdim etdiyi invoysa tam ziddir. Bu faktınyeganə məntiqli izahı ondan ibarətdir ki, 85.855 ABŞ dolları əvvəlki müqavilədən qalmış avans olmuş və ikinci müqavilə üzrə hesablaşmada istifadə edilmişdir. İnzibati xəta haqqında protokolda məbləğ 85.855 ABŞ dolları deyil, 95.285 ABŞ dolları kimi göstərilmişdir. Bu fərqin yaranmasının səbəbi 9.430 ABŞ dolları dəyərində olan 1 ədəd avtomobil üzrə gömrük bəyannaməsində müqavilə nömrəsinin texniki səhv nəticəsində düzgün qeyd edilməməsidir. Belə ki, həmin avtomobil faktiki olaraq yuxarıda qeyd olunan ilk 25 avtomobildən ibarət partiyaya daxildir. Bu hal həmin avtomobilə aid invoysun nömrəsi və tarixinin bəyannamədə göstərilməsi ilə tam şəkildə təsdiq olunur. Lakin gömrük bəyannaməsində müqavilə nömrəsinin texniki olaraq səhv göstərilməsi səbəbindən həmin avtomobilin dəyəri iddiaçı tərəfindən ümumi hesablaşmalarda nəzərə alınmamış və nəticədə ümumi məbləğ 9.430 ABŞ dolları qədərində artıq hesablanmışdır. Başqa sözlə, inzibati xəta haqqında protokolda göstərilən 95.285 ABŞ dolları məbləğinin 9.430 ABŞ dolları hissəsi yalnız gömrük bəyannaməsindəki texniki xəta ilə bağlıdır və faktiki olaraq ilk partiya üzrə idxal edilmiş avtomobilə aiddir. Qeyd olunan texniki xəta hesablaşmaların mahiyyətini və faktiki idxal olunmuş avtomobillərin sayını dəyişdirmir, yalnız bir avtomobil üzrə müqavilə nömrəsinin gömrük bəyannaməsində səhv göstərilməsi ilə əlaqədardır. Məhkəmə apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iş materialları ilə sübuta yetirilir ki, köçürülmüş vəsait müqabilində avtomobillər tam həcmdə ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd olunan sənədlərin qarşılıqlı təhlili nəticəsində belə qənaətə gəlir ki, 95285.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların hüquqi şəxs tərəfindən 2 il ərzində ölkəyə geri qaytarılmış, buna görə də iş üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Odur ki, qeyd edilənlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin mövcud olmaması əsası ilə şikayətin təmin edilməsinin, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin hüquqi əsasını təşkil etdiyindən, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, hesab edirəm ki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, şikayət təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.2.1 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALINDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC -nin apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati məsuliyyətdən azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-2407/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2407/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver