Məhkəmə qərarları › İş №3(3-6)-2408/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2408/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2408/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “İnan Proje Mexanik İnşaat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (bundan sonra – Filial) nümayəndəsi nümayəndə1 iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra – səlahiyyətli orqan) Filial barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 539.3-cü maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli və ******* nömrəli inzibati xəta haqqında protokolları ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X6) Filial və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş, Filiala 2000,00 manat, direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 isə 1000,00 manat məbləğində təyin edilmiş inzibati cərimə şərti tətbiq edilmiş, hüquqi şəxs və vəzifəli şəxsin 1 ay müddətə törədilmiş hüquqpozmanı aradan qaldırıldığı təqdirdə, həmin cərimədən azad edilmələri qərara alınmışdır. X4 Xidmətinin hüquq idarəsi həmin məhkəmə qərarından şikayət verib, onun dəyişdirilməsini, qərarın nəticə hissəsinin 3-cü abzasından Filiala təyin edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, həmin Filialın 1 ay müddətində törətdiyi hüquqpozmanı aradan qaldırıldığı təqdirdə, təyin edilmiş inzibati cərimədən azad edilməsinə dair müddəaların xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə Filial eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi Filiala təyin edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edərkən Azərbaycan Respublikası İXM-in 116.1-ci maddəsinin tələbini pozmuşdur. ## ###### 2026-cı il tarixli apellyasiya məhkəməsi iclasında iştirak etmiş X4 Xidmətinin nümayəndəsi X2 Xidmətin şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında Filialın nümayəndəsi nümayəndə1 şikayətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarı işin müəyyən edilmiş faktiki hallarının məzmunu ilə bağlı hissədə deyil, yalnız Filial barəsində təyin edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsinə aid hissədə mübahisələndirmişdir. Məhkəmə iş üzrə verilmiş şikayətin hüdudlarına uyğun olaraq, birinci instansiya məhkəməsinin iş materiallarında olan, hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış, tam, hərtərəfli və obyektiv şəkildə araşdırdığı sübutların məcmusunu (məhkəmə həmin sübutların məzmununun birinci instansiya məhkəməsinin qərarında göstərilib şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına zərurət görmür) qəbul etdiyi qərarda düzgün qiymətləndirdiyini, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb sübuta yetirdiyini, Filial və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmələri barədə düzgün nəticəyə gəldiyini, həmin nəticənin işin faktiki hallarına uyğun olduğunu hesab edir. Məhkəmə iş üzrə şikayətin dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 539-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Göstərilən qanunvericilik normasının tələbinə görə şəxs eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədərsə, ona inzibati cərimə şərti olaraq tətbiq edilə bilməz. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli və ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarlarından görünür ki, Filial Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində təyin edilmiş inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən hesab edir ki, Filial barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli və ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarları qanuni qüvvəyə mindiyinə, iş üzrə Filial həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı ## #### 2026-cı il tarixdə törətdiyinə, beləliklə, Filial göstərilən eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyinə görə onun barəsində yenidən eyni inzibati xətanı törətməsinə görə təyin edilmiş inzibati cərimə şərti tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsinin işin göstərilən faktiki hallarını nəzərə almaması Azərbaycan Respublikası İXM-in 116.1 və 539.3-cü maddələrini düzgün tətbiq etməməsi, Filial barəsində həmin Məcəllənin 539.3-cü maddəsi ilə təyin etdiyi inzibati cərimə tənbeh tədbirini şərti olaraq tətbiq etməsinə dair qanunsuz nəticəyə gəlməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət əsaslı olduğuna görə təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilməli, həmin qərarın nəticə hissəsinin 3-cü abzasından Filiala təyin edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, Filialın 1 ay müddətində törətdiyi hüquqpozmanı aradan qaldırıldığı təqdirdə, təyin edilmiş inizbati cərimədən azad edilməsinə dair müddəalar xaric edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 133.2.8, 134.1.2 və 135.1.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilsin. Həmin qərarın nəticə hissəsinin 3-cü abzasından “İnan Proje Mexanik İnşaat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına təyin edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, həmin Filialın 1 ay müddətində törətdiyi hüquqpozmanı aradan qaldırıldığı təqdirdə, təyin edilmiş inizbati cərimədən azad edilməsinə dair müddəalar xaric edilsin. Həmin qərar verilmiş şikayətə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar