Məhkəmə qərarları › İş №3(3-6)-2409/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2409/2026

30.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2409/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X1 iştirakı ilə, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərinə baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN 2467693 və MN ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə olunmuş şəxsin işlədiyi, əmək haqqı aldığı iş yerinə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əmək haqqından tutulması üçün göndərilmiş ## ###### 2026-cı il tarixli, 3-17-5/2 *****/**** nömrəli məktuba əsasən tutulma aparılmamışdır. Nəticədə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti və Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini və cərimələrin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri baxılmadan, inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ## #### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri ## #### 2026-cı il tarixdə elektron kabinetə yerləşdirilmiş, həm də poçta təqdim edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru 10 (on) gün prosessual müddət ərzində, yəni ## #### 2026-cı il tarixinə qədər şikayət verməmiş, yalnız ## #### 2026-cı il tarixində, yəni 1 gün sonra prosessual müddəti ötürməklə şikayət vermişdir. Qanunun tələbinə görə inzibati xəta haqqında qərardan şikayət qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilməsi nəzərdə tutulduğundan qərardan şikayət vermə müddəti ötürülmüşdür. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə inzibati tənbeh verilməsi haqqında qərarından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını və buraxılmış müddətin bərpa edilmədən şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərildiyini nəzərə alaraq, şikayətə baxılmasını mümkün hesab etmir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və vəkili Vəkil tərəfindən tərəfindən prosessual müddət ötürülməklə şikayətlər verildiyindən və müddətin bərpası barədə məhkəməyə müraciət etmədiyindən, həmin şikayətlər inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə geri qaytarılmalı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və vəkili Vəkil şikayət vermə müddətinin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və vəkili Vəkil tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmadan inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və vəkili Vəkil buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilsin. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar