Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2411/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) qəbul etdiyi ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarla "xxxx" QSC-nin Yükdaşımalar Departamenti Lokomotivlərin İstismarı Xidmətinin rəisi Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 900 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş, ona törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 (on) gün müddət müəyyən olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayətində həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs)nın verdiyi şikayətin təmin edilməsi, səlahiyyətli orqanın qəbul etdiyi ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan X4 Xidmətinin hüquq idarəsi şikayət verib, onun ləğv edilməsi və səlahiyyətli orqanın qəbul etdiyi ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, X1 hüquqlarının pozulması ilə bağlı səlahiyyətli orqana etdiyi müraciətlə əlaqədar aparılmış araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) rəhbərlik etdiyi müəssisənin təqdim etdiyi tabellər əsasında müəyyən edilmişdir ki, Eldar Talıbov ## ######## 2025-ci il tarixdə 1 saat, ## ######## 2025-ci il tarixdə 5 saat, ## ####### 2025-ci il tarixdə 7 saat, ## ###### 2026cı il tarixdə isə 3 saat artıq işə cəlb edilmiş və ona həmin iş saatlarına görə əmək haqqı ödənilməmişdir. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl etməməsi nəticəsində işçi Eldar Talıbovun əmək hüquqları pozulmuşdur. Buna görə də Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. ## ###### 2026-cı il tarixli apellyasiya məhkəməsi iclasında iştirak etmiş Qərardan şikayət verən orqan (şəxs) izahatında səlahiyyətli orqanın verdiyi şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, bunu onunla əsaslandırmışdır ki, "xxxx" QSC maşinist və maşinist köməkçisi vəzifələrini icra edən işçilərin marşrutlar arasındakı istirahətini təmin edir. İş üzrə səlahiyyətli orqan 2025-ci ilin sentyabr və oktyabr ayları, 2026-cı ilin yanvar ayı üzrə hesablama vərəqələrində göstərilən iş saatlarını əsas gətirib, ona inzibati cərimə tətbiq etsə də, ## ######## 2025-ci il tarixli yol vərəqinə əsasən maşinist X1 həmin tarix, saat 03:30-da növbəyə çağırılmış, 04:00-da lokomotivi depodan qəbul etmiş, 05:30-da **** saylı qatarla Şabran istiqamətində hərəkət etmiş, 09:50 Şabran stansiyasına çatmış, 10:15-də lokomotiv, 11:00-da lokomotiv briqadası işini başa çatdırmış, o, saat 11:00dan ## ######## 2025-ci il tarix, saat 02:30-a qədər Şabran istirahət evində 15 saat 30 dəqiqə isirahətdə olmuş, 02:30-da işə çağırılmış, 03:30-da lokomotivi qəbul etmiş, 03:40-da Şabran stansiyasından yola düşmüş, 06:50-də Sumqayıt stansiyasına **** nömrəli qatarla çatmış, sərnişin qatarlarının ötməsi ilə əlaqədar saat 6:50-dən 12:30-a qədər Sumqayıt stansiyasında lokomotiv hərəkətsiz gözləmiş, o, iş saatı başa çatdığından saat 12:30-da lokomotivi yeni növbəyə təhvil vermiş, saat 12:30-dan 13:30-a qədər sərnişin kimi Biləcəri deposuna gəlmişdir. Bu hallar onu deməyə əsas verir ki, briqadanın istirahəti faktiki vəziyyət nəzərə alınmaqla, iş yeri tərəfindən işə cəlb edildiyi müddətdə təmin edilir. Səlahiyyətli orqanın iş üzrə müvafiq nəticəyə gələrkən, marşrut vərəqələri əsasında işçi Eldar Talıbovun artıq işə cəlb edilmə halını faktiki istirahət etdiyi saatları da nəzərə almaqla müəyyən etməsi qanuni olmamışdır. Ona görə ki, səlahiyyətli orqanın marşrut vərəqələrində Eldar Talıbova aid 12 saatdan artıq göstərildiyinə görə ## ######## 2025-ci il tarixdə 1 saat, ## ######## 2025-ci il tarixdə 5 saat, ## ####### 2025-ci il tarixdə 7 saat, ## ###### 2026-cı il tarixdə isə 3 saatı onun artıq işə cəlb edilməsi kimi nəzərə aldığı vaxtlar onun istirah etdiyi vaxtlar olmuşdur. ## ###### 2026-cı il tarixli apellyasiya məhkəməsi iclasında iştirak etmiş X4 Xidmətinin nümayəndəsi X2 Xidmətin şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlilinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə səlahiyyətli orqanın qəbul etdiyi inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarında göstərilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) rəhbərlik etdiyi müəssisədən təqdim edilmiş lokomotiv briqadasının iş vaxtı və istehsal normalarının qeydiyyatı vərəqəsinə baxış keçirilərkən X1 işlədiyi iş saatlarına görə əmək haqqının tam hesablanmadığı müəyyən edilmişdir. Bu hallar Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikasının İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslərə yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 9-cu maddəsinin e) bəndinə əsasən işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır. - 165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. İş üzrə birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən, səlahiyyətli orqan tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmaması, məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaranması kimi ümumi hallara istinad etmiş, beləliklə, gəldiyi nəticəni işin konkret hallarına istinad etməklə əsaslandırmamışdır. Bu hal birinci instansiya məhkəməsinin qəbul etdiyi yekun qərarın əsassız olmasının ilkin göstəricisidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əksinə olaraq, Qərardan şikayət verən orqan (şəxs) rəhbərlik etdiyi müəssisədən təqdim edilmiş lokomotiv briqadasının iş vaxtı və istehsal normalarının qeydiyyatı vərəqələri və digər sənədlər əsasında səlahiyyətli orqanla eyni məzmunda müəyyən etmişdir ki, işçi X1 ## ######## 2025-ci il tarixdə 13 saat, ## ######## 2025-ci il tarixdə 18 saat, ## ####### 2025-ci il tarixdə 19 saat, ## ###### 2026-cı il tarixdə isə 15 saat işə cəlb edildiyi halda, ona ## ######## 2025-ci il tarixdə 1 saat, ## ######## 2025-ci il tarixdə 6 saat, ## ####### 2025-ci il tarixdə 7 saat, ## ###### 2026-cı il tarixdə isə 3 saat artıq cəlb edildiyi iş vaxtlarına görə əmək haqqının ödənilməsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu barədə nəticəyə gələrkən, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətində və apellyasiya məhkəməsi iclasında verdiyi izahatında özünün rəhbərlik etdiyi müəssisədən təqdim edilmiş lokomotiv briqadasının iş vaxtı və istehsal normalarının qeydiyyatı vərəqələrində işçi X1 iş saatlarının ## ######## 2025-ci il tarixdə 13 saat, ## ######## 2025-ci il tarixdə 18 saat, ## ####### 2025-ci il tarixdə 19 saat, ## ###### 2026-cı il tarixdə isə 15 saat göstərilməsini etiraf etməsini, lakin onların 12 saatdan artıq olan hissələrinin sonuncunun iş saatı deyil, istirahət etdiyi vaxt kimi qəbul edilməli olması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə dair həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinə hər hansı sübutu təqdim etməməsini də nəzərə alır. Göstərilənlərə əsasən iş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı səlahiyyətli orqanın tərtib etdiyi ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda göstərilmiş məzmunda törətməsi sübuta yetirilmişdir. Buna görə də səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) həmin inzibati xətanı törətməkdə təqsirli bilərkən və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirini ən aşağı məbləğə yaxın həddə tətbiq edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi yuxarıda göstərilən qərarı gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasına və gəldiyi nəticə ilə bağlı hər hansı əsaslandırma aparılmamasına görə qanunsuz və əsassızdır. Bu səbəbdən səlahiyyətli orqanın verdiyi şikayət əsaslı olduğuna görə təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı həmin şikayətə münasibətdə ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməli və həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.2, 135.1.2 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs)nın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2411/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2411/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver