Məhkəmə qərarları › İş №3(3-6)-2412/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2412/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2412/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, X5 Oruc qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq idarəsinin nümayəndəsi X1 iştirakı ilə “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ##.##.2026-cı il tarixli, MN ******* nömrəli və ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 inzibati məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanunvericilik normaları düzgün tətbiq edilmədən qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron portalından çıxarılmış arayışın surətindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru Dövlət Vergi Xidmətinə müraciət edərək ##.##.2022-ci il tarixdən ##.##.2027-ci il tarixədək MMC-nin fəaliyyətinin dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan ASAN ödəniş sistemindən əldə edilmiş çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən ##.##.2025-ci il tarixli, MN ******* saylı qərar üzrə 1000 manat məbləğində cərimə ödənilmişdir.. İş materiallarından görünür ki, protokolu tərtib edən orqan2 ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. AR İXM-nin 150.5.1- ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədiyi üçün həmin qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən hüquqi şəxs və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilmişdir. Lakin həmin məktubda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC ##.##.2022-ci il tarixdən ##.##.2027-ci il tarixədək fəaliyyətini dayandırmışdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ##.##.2022-ci il tarixdən ##.##.2027-ci il tarixədək dayandırılmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və digər sübutlarla onların təqsirliliyi təkzib olunur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Hüquq İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar