Məhkəmə qərarları › İş №3(3-6)-2413/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2413/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2413/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” MMC-nin nümayəndəsi X5, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Inzibati xəta haqqında protokola görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə X1 arasında əmək müqaviləsi ##.##.2025-ci il tarixdə bağlanılmış, lakin işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması ##.##.2025-ci il tarixdə həyata keçirilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225ci maddəsinin 1-ci hissəsinə əsasən "Işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir”. “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılması nəzərdə tutulmuşdur. Həmçinin "Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-1 -ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Göründüyü kimi X3 Xidməti iş üzrə səlahiyyətli orqan kimi qanun pozuntusunun və işçinin hüquqlarının bərpası məqsədilə üzərinə düşən bütün vəzifələri qanuni və şəffaf şəkildə icra etmişdir Məhkəmə isə X3 Xidmətindən fərqli olaraq iş materiallarına qiymət vermədən və araşdırmadan, naməlum səbəblərdən inzibati xəta törətmiş şəxsi əsassız və qərəzli şəkildə müdafiə etmək məqsədi ilə ümumiyyətlə inzibati xəta tərkibinin olmadığını irəli sürüb işçinin hüquqlarını pozan və qanuna zidd olan qərar qəbul etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X2 şikayətə uyğun izahat verərək verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” MMCnin nümayəndəsi X5 şikayətin təmin edilməməsini və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı iltarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməlidir. Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Işə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXMnin 2-ci maddəsi). IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Şikayətin dəlillərini işin materialları ilə yoxladıqda aşağıdakılar müəyyən edilir. Birinci instansiya məhkəməsi ## ###### 2026-cı il tarixdə X1 istehsalatla əlaqəsi olmayan xəsarət almasını, ##.##.2026-cı il tarixli hadisə məhz sığorta təminatının qüvvədə olduğu dövrə (##.##.2025 ##.##.2026) düşür və sığorta ödənişinə əsas verən tam əhatə olunmuş hal olduğunu, belə olan halda müqavilə real olaraq mövcud olduğundan və hadisə anında qüvvədə olduğundan əməldə inzibati xətanın tərkibinin olmadığını bildirsə də, məhkəmə qeyd edir ki, Belə ki, Iş materiallarına əlavə edilmiş X1 ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında ## ###### 2025-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab etmir. Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. " Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında " qanunun 3.1.1 -ci və 4.0.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar əmək müqaviləsi üzrə işləyən işçiləri üçün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlamalıdır. Iş materiallarına əlavə edilmiş X1 ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında ## ###### 2025-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Cəmiyyət ilə "xxxx" ASC ilə müqavilə ##.##.2025-ci ildə bağlanmışdır. Məhkəmə qeyd edir ki, işçinin icbari sığortalanması işə qəbul faktından irəli gələn məcburi öhdəlikdir. Burada xüsusilə vurğulamaq lazımdır ki, mübahisə sığortanın ümumiyyətlə bağlanıbbağlanmaması deyil, qanunun tələb etdiyi vaxtda bağlanıb-bağlanmamasıdır. Işçi ##.##.2025 tarixində işə qəbul edilib. Icbari sığorta müqaviləsi isə ##.##.2025 tarixində bağlanıb. Beləliklə, ##.##.2025–##.##.2025 tarixləri arasında işçi artıq sığortalanmalı şəxs olduğu halda onun barəsində icbari sığorta təminatı mövcud olmayıb. Xətanın mövcudluğu müqavilənin sonradan bağlanması ilə aradan qalxmır. Əks halda işəgötürən qanunda nəzərdə tutulan öhdəliyi vaxtında yerinə yetirməyərək, yoxlama aşkar etdikdən və ya inzibati icraat başlandıqdan sonra müqaviləni bağlamaqla məsuliyyətdən yayınmış olardı. Bu, normanın məqsədinə də zidd olardı. Çünki icbari sığortanın məqsədi yalnız formal müqavilənin mövcudluğunu təmin etmək deyil, işçinin əmək fəaliyyətinin həyata keçirildiyi müddətdə sığorta təminatının mövcud olmasını təmin etməkdir. Qanunun özü də bu sığortanı işçinin həyatına və sağlamlığına dəyən zərərlə bağlı sığorta ödənişini nəzərdə tutan təminat kimi müəyyən edir. Birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarı qanunsuz və əsassızdır. Belə ki, işçi ##.##.2025-ci il tarixində əmək müqaviləsi əsasında işə qəbul edilmiş, bununla da onun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmək vəzifəsi işəgötürənin üzərinə yaranmışdır. Lakin işçinin icbari sığortası yalnız ##.##.2025-ci il tarixində rəsmiləşdirilmişdir. Beləliklə, ##.##.2025-ci ildən ##.##.2025-ci ilədək olan dövrdə işçi əmək fəaliyyəti ilə məşğul olduğu halda icbari sığorta təminatından kənarda qalmışdır. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, səlahiyyətli orqan MMC barəsində “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamamasını nəzərə alaraq, həmin MMC-ni Azərbaycan Respublikası IXM-in 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və əsaslı olaraq protokol tərtib etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə –vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə göstərilən halları, o cümlədən, iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək «xxxx” MMC-nin AR IXM-nin 469-1-ci maddəsi ilə təqsirli olmasının tam sübuta yetirilməsi və törətdiyi inzibati xətaya görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə «xxxx” MMC barəsində inzibati tənbeh tətbiq edərkən MMC tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun maliyyə və əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmadığını nəzərə alır. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, xxxx” MMC-nin barəsində Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, «xxxx” MMC AR IXM-nin 469-1-ci maddəsi ilə təqsirli bilinərək 5.000 manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və AR IXM-nin 128-134, 138.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALIR: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. xxxx” MMC-nin barəsində Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. «xxxx” MMC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 5.000 manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar