Məhkəmə qərarları › İş №3(3-6)-2414/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2414/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2414/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlu, məhkəmə iclas katibi X1, tələbkar Zərərçəkmiş şəxs iştiraklarl ilə, açıq məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasının direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasının direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nəsimi Rayon Icra Şöbəsinin böyük icra məmuru Quliyev Ramin Xanlar oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasının direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 2.000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Sözügedən qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasının direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, “xxxx" Assosiasiyasının rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-cü maddəsini rəhbər tutaraq prosessual qanunvericiliyin tələblərini dəfələrlə və qəsdən pozduğu üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X5 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, "xxxx" Assosiasiyası 10 ilə yaxındır ki, fəaliyyətini dayandırıb, heç bir yerdən gəliri yoxdur. Assosiasiyanın bank hesabları bağlanıb. Əgər Assosiasiyanın hesabına pul məbləği daxil olsaydı və həmin məbləğ icradan gizlədilsəydi, onda bu əməl üzürsüz sayıla bilərdi. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## #### 2018-ci il tarixli qərardadı ilə "xxxx" Assosiasiyasına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi ünvanındakı daşınmaz əmlakın üzərinə həbs qoyulub. Belə olan halda məhkəmə qərarının üzrsüz səbəbdən icra olunmamasından qətiyyən söhbət gedə bilməz. Assosiasiyaya məxsus göstərilən daşınmaz əmlakın və xeyli miqdarda avtomobilin üzərinə həbs qoyulduğu halda məhkəmə qərarının üzrsüz icra edilməməsi barədə yazmaq hakimin nə qədər qərəzli olduğunu sübut edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Inzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasının direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və inzibati xəta haqqında protokol tərtib etmiş icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinin tələblərinə uyğun olaraq işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şikayəti, inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının izahatını dinləyərək, belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bakı şəhəri Nəsimi rayon Icra Şöbəsinin icra məmuru Quliyev Ramin Xanlar oğlunun tərtib etdiyi ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli icra sənədinə əsasən “HOWO” markalı, **FS*** dövlət nömrəli betonqarışdıran yük avtomobili barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasından alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Yasamal Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2013-cü il tarixli icra sənədi icra şöbəsinə daxil olduqdan sonra ## ###### 2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Lakin borclu icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasının direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 icra sənədlərinin icrasını təmin etməmiş, bununla da, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli icra sənədinə əsasən “HOWO” (ZZ5255 GJBM3245B) markalı, **FS*** dövlət nömrəli betonqarışdıran yük avtomobili cavabdeh barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasından alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. «HOWO» (ZZ5255 GJBM3245B) markalı, ** FS *** dövlət nomrə nişanlı betonqarışdıran yük avtomobilinin qeyri-qanuni olaraq istismar edildiyi müddətdə aşınma dəyəri olan 12.000 (on iki min) manat və əldən çıxmış fayda olaraq 60.800 (altmış min səkkiz yüz) manat olmaqla, cəmі 72.800 (yetmiş iki min səkkiz yüz) manat pul cavabdeh barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasından alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Iş materiallarında olan “Icraata başlamaq haqqında” ## ###### 2013-cü il tarixli qərardan və həmin tarixli könüllü icra barədə bildirişdən görünür ki, həmin tarixdə Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasına tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Iş materiallarında olan “Borclunun əmlakının üzərinə həbs qoyulması haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, * saylı Bakı Inzibati-Iqtisadi məhkəməsinin *-*(***)-**/**** saylı, ## ###### 2017-ci il tarixli, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2018-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) ****/**** saylı, ## ###### 2013-cü il tarixli icra sənədləri üzrə borclu “Qara-Qaya" Assosiasiyasının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 1 A üzərinə həbs qoyulmuş və qərar icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə göndərilmişdir. Iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2024-cü il tarixli əmlakın qiymətləndirməsinin nəticələri haqqında hesabatından əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 1 A ünvanında yerləşən daşınmaz əmlakın bazar dəyəri 90.500 (doxsan min beş yüz) manat müəyyən olunmuşdur. Iş materiallarında olan “Əmlakın tələbkara təklif olunması haqqında” ##.##.2025-ci il tarixli təklifdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasın məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 1 A ünvanında yerləşən daşınmaz əmlakın borc əvəzi qəbul edilməsi Zərərçəkmiş şəxs təklif edilmişdir. Iş materiallarında olan “Üzərinə həbs qoyulmuş əmlakın tələbkar tərəfindən qəbul edilməsinə dair” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, Qara-Qaya" Assosiasiyasının mülkiyyətində olan üzərinə həbs qoyulmuş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 1 A ünvanında yerləşən əmlak tələbkar Zərərçəkmiş şəxs ## #### 2025-ci il tarixli məktubla təklif edilmişdir. Tələbkar ## #### 2025-ci il tarixli ərizə ilə icra şöbəsinə müraciət edərək, əmlak ilə bağlı təklifi qəbul etdiklərini və bunu nəzərə alaraq əmlakın onun mülkiyyətinə keçməsi üçün müvafiq sənədlərin təqdim olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, tədqiq edilmiş inzibati xəta haqqında protokol, tələbkarın izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasının direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli icra sənədinin icrasını tam təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasının direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «Icra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasının direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 borcu ödəməməsinin üzrsüz səbəbdən olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» ## ######## 2018-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Kərimov və başqaları”nın işi üzrə qərarında (## ####### 2022-ci il tarixli) qeyd etmişdir ki, (məhkəmənin qiymətləndirilməsi, 32-ci bənd) ərizəçilərin daxili məhkəmələr qarşısında irəli sürdükləri arqumentlər, xüsusən də qərarın icra edilməməsinə səbəb kimi onların borcları qaytarmaq üçün maliyyə imkanlarının olmaması ilə bağlı arqumentlər əsas əhəmiyyət kəsb edir. Heç kəs yalnız müqavilə öhdəliklərinin yerinə yetirə bilməməsi səbəbindən azadlıqdan məhrum edilə bilməz. Daxili məhkəmələr qərarın icra edilməməsinin üzrlü səbəb olub-olmadığını müəyyən etməyə çalışmalıdırlar. Iş materiallarında olan Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən ## #### 2026-cı il tarixində verilmiş şəhadətnamədən görünür ki, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X2 "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq üzərinə həbs qoyulmuş əmlakın və ya ipoteka predmetinin qəbulu ilə bağlı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Quliyev Ramin Xanlar oğlu tərəfindən imzalanan ## ###### 2026-cı il tarixli, P/** №-li protokola əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 1 A ünvanında yerləşən ümumi sahəsi 1071.3 kv.m olan daşınmaz əmlakın tələbkar - Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs tərəfindən əldə edilməsini təsdiq etmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 1A ünvanında yerləşən ümumi sahəsi 1071.3 kv.m olan daşınmaz əmlak (qeydiyyat vəsiqəsi seriya QYM, qeydiyyat vəsiqəsi No 000380, qeydiyyat tarixi: ## ### 2000) AZ1029, ünvan 1 ünvanında hüquqi qeydiyyatda olan "xxxx" MMC-yə məxsus olmuş və qiymətləndiricinin hesabatına əsasən 90.500 AZN (doxsan min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. Tələbkarın icra sənədi üzrə tələbi olan 72.800 AZN (yetmiş iki min səkkiz yüz manat) əvəzində icra məmuru tərəfindən tələbkara təklif edilmiş və sonuncu təklifi qəbul edərək əldə etmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyası fəaliyyətini dayandırmışdır. Hüquqi şəxsin əmlakı borcun əvəzində tələbkara təklif edilmiş və tələbkar əmlakı qəbul etmişdir. Əmlakın dəyəri borcun dəyərindən artıq olmuşdur. Müvafiq sübutlar iş materiallarında mövcuddur. Bu hallara baxmayaraq məhkəmə əsassız olaraq hüquqi şəxsin direktoru inzibati məsuliyyətə cəlb etmişdir. Hazırki işin faktiki hallarından aşkardır ki, direktor barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 münasibətdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi onun hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi öz təsdiqini tapmır. Qeyd edilənlər və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasının direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 hüquqi şəxsin əmlakının tələbkara borcun əvəzində verilməsi onun əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin olmasını istisna edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilməlidir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasına hüquqi əsas olmur, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edildiyi təqdirdə araşdırmanın mərhələsindən asılı olmayaraq başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasının direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş üzrə icraata хitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3cü maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ M: Barəsində inzibati xəta haqqında icraat aparılan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasının direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Assosiasiyasının direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar