Məhkəmə qərarları › İş №3(3-6)-2415/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2415/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2415/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlunun və «xxxx» MMC-nin və hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1in nümayəndəsi Cəfərova Aytac İlham qızının iştirakları ilə, «xxxx» MMC-i və hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından «xxxx» MMC-i və hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» MMC-nin və hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmələrinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN 2467302 və MN ******* saylı inzibati xəta haqqında protokollar baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə «xxxx» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat inzibati cərimə edilməsi, «xxxx» MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilməsi, «xxxx» MMC-yə və hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 bu cərimələr şərti olaraq tətbiq edilərək, hüquqi şəxs və vəzifəli şəxs tərəfindən 01 (bir) ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə «xxxx» MMC-i və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan «xxxx» MMC-i və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən «xxxx» MMC-i və direktorun nümayəndəsi Cəfərova Aytac İlham qızı apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlu apellyasiya şikayətinin təmin olunmamasını və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubundan görünür ki, “Təhlil” altsisteminə baxış keçirilərkən «xxxx» MMC-nin işçisi Cəfərova Aytac İlham qızına ##.##.2025-ci il tarixdə təyinatı istehsalatda baş vermiş bədbəxt hadisə kimi qeyd edilmiş "Əmək qabiliyyətinin olmaması vərəqəsi"nin (e-bülleten) açılması barədə müəyyən edilmiş məlumat əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsində aparılmış araşdırma ilə bağlı Cəfərova Aytac İlham qızına aid sənədlərin 07 (yeddi) iş günü ərzində X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi və baş verən hadisə ilə bağlı ətraflı məlumat verilməsi xahiş edilmiş və məktub Avtomatlaşdırılmış Sosial İnformasiya Sistemi vasitəsilə hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmişdir. «xxxx» MMC-i tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli, KF-LL-****-*** nömrəli məktubdan görünür ki, «xxxx» MMC-i tərəfindən DƏMX-nin sorğusuna cavab olaraq baş verən hadisə ilə bağlı ətraflı məlumat verilmiş və müvafiq sənədlər X3 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. İXM-nin 539.3-cü maddəsində Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi ilə bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilmiş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşımaqla özünümüdafiə üsulu kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və direktoru inzibati xəta barədə icraata xitam verilməsi ilə əlaqər nə apellyasiya şikayətində, nə də məhkəmə iclasında məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, «xxxx» MMC-nin işçisi Cəfərova Aytac İlham qızına ##.##.2025ci il tarixdə təyinatı istehsalatda baş vermiş bədbəxt hadisə kimi qeyd edilmiş "Əmək qabiliyyətinin olmaması vərəqəsi"nin (e-bülleten) açılması barədə müəyyən edilmiş məlumat əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsində aparılmış araşdırma ilə bağlı «xxxx» MMC-yə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək, araşdırma aparılması məqsədi ilə lazımi sənədlərin 07 (yeddi) iş günü ərzində idarəyə təqdim edilməsi xahiş edilmişdir. Qeyd edilən məktub Avtomatlaşdırılmış Sosial İnformasiya Sistemi vasitəsilə hüquqi şəxsə çatdırılmış, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfindən məktub icra edilməmiş, tələb olunan sənədlər təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi qeyd olunan sorğuya tərəflərindən ## ### 2026-cı il tarixində, yəni inzibati xəta haqqında protokol tərtib edildikdən sonra cavab verildiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair # ### 2026-cı il tarixli qərarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır. Məhkəmə mübahisələndirilən qərarla razılaşaraq qeyd edir ki, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, hüquqi şəxs «xxxx» MMC-i və hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişlər. Onların inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetirilir və onların törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş hüquqi şəxs «xxxx» MMC-i və hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Odur ki, apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşımaqla əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar