Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2417/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X2 iştirakları ilə, ##.##.1956-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:*******), ailəli, Ağdam rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından iş üzrə Bakı şəhəri Qaradağ rayon prokuroru tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Protokol tərtib edən orqanlar tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398ci maddəsi ilə ##.##.2026-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmiş, həmin qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli (sədrlik edən, hakim X3) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması səbəbi ilə xitam verilməsi qərara alınmışdır. Həmin qərardan iş Bakı şəhəri Qaradağ rayon prokuroru apellyasiya protesti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərara əsasən fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X9 əldə edilmiş məlumata əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sahibkarlıq subyekti kimi qeydiyyata alınmamışdır. İş materiallarına əlavə edilmiş ## ##### 2026-cı il tarixli Azərbaycan Respublikası ƏƏSMN-nin yanında Əmək Müfəttişliyinin Bakı şəhəri İdarəsinin rəisi cənab Rüfət Əliyevə ünvanlanmış sorğudan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən istinad edilən sənədlərin və alınan izahatların surətlərinin göndərilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli Azərbaycan Respublikası ƏƏSMN yanında Əmək Müfəttişliyinin Bakı şəhəri İdarəsi tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və həmin qərar qəbul edilərkən istinad olunmuş izahatların surətləri təqdim edilmişdir. Müəyyən edilmişdir ki, fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Binə ticarət mərkəzinin 3-cü sıra, 2-ci mərtəbəsində yerləşən ödənişli “Sanitar qovşağı” kimi xidmət göstərən obyekti # ###### 2024-cü il tarixdən # ###### 2026-cı il tarixədək işlədərək aylıq 100 manat olmaqla, ümumilikdə 2 il ərzində 2400 manat məbləğində gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X1, X4 izahatları, Bakı şəhəri, Protokol tərtib edən orqanlar daxil olmuş məlumat və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X9 əldə edilmiş sənədlə təsdiq edilir. ##.##.2026-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-96)- ***/**** nömrəli qərarı ilə (hakim Şəfa Dadaşova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair işdə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata əsassız olaraq xitam verilmişdir. Tərtib edilmiş xitam qərarı ##.##.2026-cı il tarixdə elektron formatda X7 vasitəsilə Protokol tərtib edən orqanlar daxil olmuşdur. Məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır və rayon prokurorluğunda araşdırma aparılarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində sahibkarlıq subyekti kimi dövlət qeydiyyatına alınmadığı, buna baxmayaraq Binə ticarət mərkəzinin ərazisində yerləşən "Sanitar qovşağı" obyektini işlədərək sistemli qaydada gəlir əldə etdiyi, həmin obyektin fəaliyyətini təşkil etdiyi, X1 və xadimə, X4 isə xadimə kimi işə cəlb etdiyi kifayət qədər sübutlarla təsdiq edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması və Azərbaycan Respublikası İXM-in 398ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübut olunmuşdur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Sanitar qovşağı” kimi xidmət göstərən obyekti işlədərək müəyyən məbləğdə gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması aşağıdakılarla təsdiq olunur: -Məhkəmə tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlardan biri olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X9 əldə edilmiş məlumata ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Belə ki, həmin məlumatdan açıq şəkildə görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunvericiliyin tələblərinə uyğun olaraq sahibkarlıq subyekti kimi dövlət qeydiyyatına alınmamışdır. Bu hal Azərbaycan Respublikası İXM-in 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanın obyektiv tərəfinin müəyyən edilməsi baxımından əhəmiyyətli sübutlardan biridir. Məhkəmə isə qərarında bu sübutun məzmununu təhlil etməmiş, onun iş üzrə sübutedici əhəmiyyətini qiymətləndirməmiş və həmin sənədin hansı səbəbdən nəzərə alınmadığını əsaslandırmamışdır. Halbuki, məhkəmə iş üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmalı, hər bir sübuta ayrıca və digər sübutlarla qarşılıqlı əlaqədə hüquqi qiymət verməli idi. Qeyd olunan rəsmi məlumat Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sahibkarlıq subyekti kimi dövlət qeydiyyatında olmamasını birmənalı şəkildə təsdiq edir və iş materiallarında həmin məlumatı təkzib edən hər hansı sübut mövcud deyildir. Məhkəmə bu sübutu ümumiyyətlə qiymətləndirməməklə sübutların tam və obyektiv araşdırılması prinsipini pozmuş, nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Məhkəmə qərarında X5 Xidmətinin Bakı şəhər İdarəsinin X17 inzibati məsuliyyətə cəlb edilərək 1000 manat məbləğində inzibati cərimə edilməsi barədə ## #### 2026-cı il tarixli, MN 1933403 nomrəli “İnzibati tənbeh vermə haqqında” qərarının Protokol tərtib edən orqanlar tərəfindən toplanmış izahatlar əsasında, əlavə izahatlar alınmadan qəbul edildiyi qeyd olunaraq, həmin hal faktiki olaraq həmin qərarın sübutedici əhəmiyyətini azaltmaq üçün əsas kimi göstərilmişdir. Lakin, məhkəmənin bu mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, X6 Xidmətinin inzibati tənbeh vermə haqqında qərarının Protokol tərtib edən orqanlar tərəfindən toplanmış materiallar əsasında qəbul edilməsi həmin qərarın qanunsuz və ya əsassız olmasını göstərmir. Əksinə, bu hal səlahiyyətli dövlət orqanının prokurorluq tərəfindən toplanmış sübutları kifayət qədər və mötəbər hesab edərək onları hüquqi qiymətləndirməsi və həmin sübutlar əsasında şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə nəticəyə gəlməsini təsdiq edir. Bundan başqa, analoji hallarda da X6 Xidməti tərəfindən prokurorluq orqanlarının topladığı materiallar hüquqi cəhətdən kifayət qədər hesab edilərək həmin materiallar əsasında inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Bu, inzibati icraat təcrübəsində qəbul edilmiş yanaşmadır və hər bir halda əlavə izahatların alınmasının mütləq tələb olunduğu anlamına gəlmir. Belə olan halda, məhkəmənin yalnız əlavə izahatların alınmamasına istinad etməklə X6 Xidmətinin qərarının sübutedici əhəmiyyətini şübhə altına alması hüquqi cəhətdən əsaslandırılmış hesab edilə bilməz. Məhkəmə həmin qərarın qəbul edilməsinin əsasını təşkil edən sübutların məzmununu və onların digər sübutlarla qarşılıqlı uyğunluğunu qiymətləndirmək əvəzinə, qərarın qəbul edilmə prosedurunun ayrı-ayrı məqamlarına formal yanaşmış, nəticədə iş üzrə toplanmış sübutların məcmusuna düzgün hüquqi qiymət verməmişdir. Habelə, Məhkəmənin "Nağı" kimi qeyd olunan şəxslə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında hər hansı əlaqənin müəyyən edilməməsi barədə gəldiyi nəticə iş materiallarında olan sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Protokol tərtib edən orqanlar verdiyi ##.##.2026-cı il tarixli izahatında öz iradəsi ilə "insanlar arasında mənə "Nağı" deyə müraciət edildiyi üçün mən Nağı kimi tanınıram" ifadəsini işlətmiş, həmin izahatı oxuduğunu, öz sözləri ilə düzgün yazıldığını və həqiqəti əks etdirdiyini imzası ilə təsdiq etmişdir. Bu izahat onun "Nağı" ləqəbi ilə tanınmasını birbaşa təsdiq edən ilkin sübutdur. Bundan əlavə, şahid X1 da ##.##.2026-cı il tarixli izahatında işlədiyi obyektin sahibi kimi el arasında "Nağı" adı ilə tanınan şəxsin məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğunu göstərmiş, həmin izahatın düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Beləliklə, həm barəsində icraat aparılan şəxsin öz izahatı, həm də şahid ifadəsi eyni faktı təsdiqləyərək bir-birini tamamlayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair tələblərinə əsasən, sübutlar ayrı-ayrılıqda deyil, onların məcmusu və qarşılıqlı əlaqəsi nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə isə qeyd olunan sübutları qarşılıqlı əlaqədə qiymətləndirmək əvəzinə, onların hüquqi əhəmiyyətini nəzərə almamış və heç bir obyektiv əsas göstərmədən "Nağı" ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında əlaqənin müəyyən edilmədiyi qənaətinə gəlmişdir. Halbuki, iş materiallarında "Nağı" ləqəbinin məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aid olmasını təkzib edən hər hansı sübut mövcud deyildir. Əksinə, həmin hal həm onun öz izahatı, həm də şahid ifadələri ilə təsdiq olunur. Eləcə də, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fəaliyyəti nəticəsində işçi qüvvəsindən istifadə etməsi faktına hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarında olan X1 və X4 izahatlarından görünür ki, onlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işlətdiyi "Sanitar qovşağı" obyektində müvafiq olaraq kassir və xadimə, eləcə də xadimə kimi çalışmışlar. X1 izahatında işə qəbul olunması üçün el arasında "Nağı" kimi tanınan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müraciət etdiyini, sonuncunun onu kassir və xadimə kimi işə götürdüyünü göstərmişdir. Əgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin qənaətinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdırsa, bu halda onun hansı hüquqi əsasla X1 və xadimə, X4 isə xadimə kimi işə cəlb etməsi və onların əmək fəaliyyətini təşkil etməsi izah olunmur. İşçilərin müəyyən vəzifələr üzrə fəaliyyət göstərməsi, onların işə qəbul edilməsi və xidmət obyektində işləmələri obyektin təşkil olunmuş qaydada istismar edildiyini və həmin fəaliyyətin gəlir əldə etmək məqsədi daşıdığını göstərən mühüm hallardır. Məhkəmə isə bu xüsusatlara ümumiyyətlə hüquqi qiymət verməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işçiləri idarə etməsi, onların əmək funksiyalarını müəyyən etməsi, əmək haqqı təyin etməsi və xidmət obyektinin fəaliyyətini təşkil etməsi faktlarının qanunsuz sahibkarlıq fəaliyyətinin mövcudluğunu təsdiq edən sübutlar olmasını nəzərə almamışdır. Yuxarıda qeyd olunanlar əsas götürülmədən Bakı şəhəri, Qaradağ rayon məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraata əsassız olaraq xitam verilmiş, inzibati xəta törətmiş şəxs inzibati məsuliyyətdən kənarda qalmış və inzibati cərimənin dövlət büdcəsinə ödənilməsinin qarşısı alınmışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon prokurorunun köməkçisi X2 apellyasiya protestinə müdafiə edərək, şikayətin təmin olunmasını, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məlumat verilsə də, məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş protestin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tədbiq olunmalıdır. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərara əsasən fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X9 əldə edilmiş məlumata əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sahibkarlıq subyekti kimi qeydiyyata alınmamışdır. İş materiallarına əlavə edilmiş ## ##### 2026-cı il tarixli Azərbaycan Respublikası ƏƏSMN-nin yanında Əmək Müfəttişliyinin Bakı şəhəri İdarəsinin rəisi cənab Rüfət Əliyevə ünvanlanmış sorğudan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən istinad edilən sənədlərin və alınan izahatların surətlərinin göndərilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli Azərbaycan Respublikası ƏƏSMN-nin yanında Əmək Müfəttişliyinin Bakı şəhəri İdarəsi tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və həmin qərar qəbul edilərkən istinad olunmuş izahatların surətləri təqdim edilmişdir. Apellyasiya məhkəməsində məhkəmə araşdırması zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X9 əldə edilmiş məlumata ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Belə ki, həmin məlumatdan açıq şəkildə görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunvericiliyin tələblərinə uyğun olaraq sahibkarlıq subyekti kimi dövlət qeydiyyatına alınmamışdır. Bu hal Azərbaycan Respublikası İXM-in 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanın obyektiv tərəfinin müəyyən edilməsi baxımından əhəmiyyətli sübutlardan biridir. Məhkəmə isə qərarında bu sübutun məzmununu təhlil etməmiş, onun iş üzrə sübutedici əhəmiyyətini qiymətləndirməmiş və həmin sənədin hansı səbəbdən nəzərə alınmadığını əsaslandırmamışdır. Halbuki, məhkəmə iş üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmalı, hər bir sübuta ayrıca və digər sübutlarla qarşılıqlı əlaqədə hüquqi qiymət verməli idi. Qeyd olunan rəsmi məlumat Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sahibkarlıq subyekti kimi dövlət qeydiyyatında olmamasını birmənalı şəkildə təsdiq edir və iş materiallarında həmin məlumatı təkzib edən hər hansı sübut mövcud deyildir. Məhkəmə bu sübutu ümumiyyətlə qiymətləndirməməklə sübutların tam və obyektiv araşdırılması prinsipini pozmuş, nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Məhkəmə qərarında X5 Xidmətinin Bakı şəhər İdarəsinin X17 inzibati məsuliyyətə cəlb edilərək 1000 manat məbləğində inzibati cərimə edilməsi barədə ## #### 2026-cı il tarixli MN 1933403 nomrəli “İnzibati tənbeh vermə haqqında” qərarının Protokol tərtib edən orqanlar tərəfindən toplanmış izahatlar əsasında, əlavə izahatlar alınmadan qəbul edildiyi qeyd olunaraq, həmin hal faktiki olaraq həmin qərarın sübutedici əhəmiyyətini azaltmaq üçün əsas kimi göstərilmişdir. Lakin məhkəmənin bu mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, X6 Xidmətinin inzibati tənbeh vermə haqqında qərarının Protokol tərtib edən orqanlar tərəfindən toplanmış materiallar əsasında qəbul edilməsi həmin qərarın qanunsuz və ya əsassız olmasını göstərmir. Əksinə, bu hal səlahiyyətli dövlət orqanının prokurorluq tərəfindən toplanmış sübutları kifayət qədər və mötəbər hesab edərək onları hüquqi qiymətləndirməsi və həmin sübutlar əsasında şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə nəticəyə gəlməsini təsdiq edir. Bundan başqa, analoji hallarda da X6 Xidməti tərəfindən prokurorluq orqanlarının topladığı materiallar hüquqi cəhətdən kifayət qədər hesab edilərək həmin materiallar əsasında inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Bu, inzibati icraat təcrübəsində qəbul edilmiş yanaşmadır və hər bir halda əlavə izahatların alınmasının mütləq tələb olunduğu anlamına gəlmir. Belə olan halda, məhkəmənin yalnız əlavə izahatların alınmamasına istinad etməklə X6 Xidmətinin qərarının sübutedici əhəmiyyətini şübhə altına alması hüquqi cəhətdən əsaslandırılmış hesab edilə bilməz. Məhkəmə həmin qərarın qəbul edilməsinin əsasını təşkil edən sübutların məzmununu və onların digər sübutlarla qarşılıqlı uyğunluğunu qiymətləndirmək əvəzinə, qərarın qəbul edilmə prosedurunun ayrı-ayrı məqamlarına formal yanaşmış, nəticədə iş üzrə toplanmış sübutların məcmusuna düzgün hüquqi qiymət verməmişdir. Habelə, məhkəmənin "Nağı" kimi qeyd olunan şəxslə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında hər hansı əlaqənin müəyyən edilməməsi barədə gəldiyi nəticə iş materiallarında olan sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Protokol tərtib edən orqanlar verdiyi ##.##.2026cı il tarixli izahatında öz iradəsi ilə "insanlar arasında mənə "Nağı" deyə müraciət edildiyi üçün mən Nağı kimi tanınıram" ifadəsini işlətmiş, həmin izahatı oxuduğunu, öz sözləri ilə düzgün yazıldığını və həqiqəti əks etdirdiyini imzası ilə təsdiq etmişdir. Bu izahat onun "Nağı" ləqəbi ilə tanınmasını birbaşa təsdiq edən ilkin sübutdur. Bundan əlavə, şahid X1 da ##.##.2026-cı il tarixli izahatında işlədiyi obyektin sahibi kimi el arasında "Nağı" adı ilə tanınan şəxsin məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğunu göstərmiş, həmin izahatın düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Beləliklə, həm barəsində icraat aparılan şəxsin öz izahatı, həm də şahid ifadəsi eyni faktı təsdiqləyərək bir-birini tamamlayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair tələblərinə əsasən, sübutlar ayrı-ayrılıqda deyil, onların məcmusu və qarşılıqlı əlaqəsi nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə isə qeyd olunan sübutları qarşılıqlı əlaqədə qiymətləndirmək əvəzinə, onların hüquqi əhəmiyyətini nəzərə almamış və heç bir obyektiv əsas göstərmədən "Nağı" ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında əlaqənin müəyyən edilmədiyi qənaətinə gəlmişdir. Halbuki, iş materiallarında "Nağı" ləqəbinin məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aid olmasını təkzib edən hər hansı sübut mövcud deyildir. Əksinə, həmin hal həm onun öz izahatı, həm də şahid ifadələri ilə təsdiq olunur. Eləcə də, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fəaliyyəti nəticəsində işçi qüvvəsindən istifadə etməsi faktına hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarında olan X1 və X4 izahatlarından görünür ki, onlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işlətdiyi "Sanitar qovşağı" obyektində müvafiq olaraq kassir və xadimə, eləcə də xadimə kimi çalışmışlar. X1 izahatında işə qəbul olunması üçün el arasında "Nağı" kimi tanınan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müraciət etdiyini, sonuncunun onu kassir və xadimə kimi işə götürdüyünü göstərmişdir. Əgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin qənaətinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdırsa, bu halda onun hansı hüquqi əsasla X1 və xadimə, X4 isə xadimə kimi işə cəlb etməsi və onların əmək fəaliyyətini təşkil etməsi izah olunmur. İşçilərin müəyyən vəzifələr üzrə fəaliyyət göstərməsi, onların işə qəbul edilməsi və xidmət obyektində işləmələri obyektin təşkil olunmuş qaydada istismar edildiyini və həmin fəaliyyətin gəlir əldə etmək məqsədi daşıdığını göstərən mühüm hallardır. Məhkəmə isə bu xüsusatlara ümumiyyətlə hüquqi qiymət verməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işçiləri idarə etməsi, onların əmək funksiyalarını müəyyən etməsi, əmək haqqı təyin etməsi və xidmət obyektinin fəaliyyətini təşkil etməsi faktlarının qanunsuz sahibkarlıq fəaliyyətinin mövcudluğunu təsdiq edən sübutlar olmasını nəzərə almamışdır. Məhkəmə qeyd olunan işin faktiki hallarına məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin şəxsin əməlində inzibati xəta tərkibinin olmaması və inzibati icraata xitam verməsi kimi gəldiyi mövqe ilə razılaşmaq olmaz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsaən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunduğundan, şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin göstərilən maddələri ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Məhkəmə iş üzrə bütün halları nəzərə alaraq törədilmiş inzibati xətaya görə fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Binə ticarət mərkəzinin 3-cü sıra, 2-ci mərtəbəsində yerləşən ödənişli “Sanitar qovşağı” kimi xidmət göstərən obyekti # ###### 2024-cü il tarixdən # ###### 2026-cı il tarixədək işlədərək aylıq 100 manat olmaqla, ümumilikdə 2 il ərzində 2400 manat məbləğində gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və buna görə də inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə edilməyini inzibati tənbehin məqsədləri baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Qaradağ Rayon Prokurorunun apellyasiya protesti təmin edilsin. Fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin. Fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin), yəni 2400 manatın iki misli miqdarında - 4800 (dörd min səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2417/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2417/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver