Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2420/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin İXP 8018480 sayli ##.##.2026-cı il tarıxli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin İXP ******* saylı ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ##.##.2026 tarixdə idarə etdiyim DONG FENG markalı avtomobillə həyat yoldaşımın iş yeri olan ünvan 2 ünvanına (yeni ünvan 345A) təsərrüfat obyektinə gəlib, orada yük boşaldırdım. Bu zaman DYP əməkdaşı mənə yaxınlaşıb bildirdi ki, giya mən səki üzrəində dayanmışam, barəmdə protokol yazdı, mən etiraz etdim ki, bura səki deyil və yolun hərəkət hisəsindən bura keşid də qoyulub. Səkidirsə niyə keçid qoyulurdu? Digər tərəfdən isə obyetin başqa giriş-çıxışı yoxdur, yol yalnız burdandır. Etiraz etsəm də, DYP əməkdaşı protokol yazdı və qərar çıxarılmağa etiraz etdim, protokola iştirakımla baxmağı tələb etdim. ##.##.2026 tarixdə mənə məlum oldu ki, ##.##.2026 tarixli protokola ##.##.2026 tarixdə baxılaraq İXM 346.9 və 327.7 maddələri ilə təqsirli bilinmişəm. Hesab edirəm ki, ##.##.2026 tarixli nömrəsiz qərar qanunsuz olduğu üçün ləğv edilməli, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 1) ##.##.2026 tarixli nömrəsiz inzibati xəta haqqında qərarda qeyd edilir ki, Məmmədşərif Həmidov 50 ünvanında dayanma və durma qaydalarını pozmuşam. 1.1) Ehtimal edilən inzibati xəta hadisəsi Məmmədşərif Həmidov 50 ünvaninda yox, ünvan 2 ünvaninda baş vermişdir. Məmmədşərif Həmidov 50 ünvani ünvan 2 ünvanindan 5 km arahdadır. 1.2) DYP Yasamal məhkəməyə sübut təqdim etməlidir ki, mən Məmmədşərif Həmidov 50 ünvaninda dayanma və durma qaydalarını pozmuşam. Mümkün deyil, çünki mən həmin ünvanda ümumiyyətlə olmamışam. 1.3) İXM maddə 115.1.4 İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir:işə baxılarkən müəyyən edilmiş hallar. 2) ##.##.2026 tarixli nömrəsiz inzibati xəta haqqında qərarda ümumiyyətlə mənə hansı tənbeh növü haqda məlumat yoxdur, qərarda yazılmır ki, hüququm məhdudlaşdırılıb, ya yox. Lakin DYP dən bildirldi ki, maşın sürsəm 400 manat cərimələnəcəm, sürücülük hüququm məhdudlaşdırlıb. 2.1) İXM maddə 115.1.5 İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, o cümlədən inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat. 3)İnzibati xəta haqqında ##.##.2026 tarixli protokolda ehtimal edilən xətanın hansı ünvanda baş verməsi göstərilmir, bu qrafa boşdur. Ona görə boşdur ki, çünki DYP əməkdaşı mənə rəsmi protokol yazmadı, yəqin ki, gözlədi idarəyə gəlib, onlara görümbaxım edəcəm, dedikləri ilə razılaşacam. Lakin rəsmi çağırış gələdiyi üçün mən getmədim. 3.1) 700.5. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 3.1.1. 1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 3.1.4. 4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti. 3.2)Ümumiyyətlə bu protokol sübut sayıla bilməz. Çünki protokolda xətanın mahiyyəti, ünvanı qeyd edilmir. Protokol yoxa bərabərdir. 3.3) İnzibati xətanın törədildiyi ünvan protokolda yoxdursa, ##.##.2026 tarixli qərarda hansı əsasla qeyd edilib ki, xəta Məmmədşərif Həmidov 50 ünvaninda baş verib? Bu məlumat qərara necə yazılıb, haradan götürülüb? 4)##.##.2026 tarixli inzibati xəta haqqında protokolda ümumiyyətlə İXM 327.7 maddəsinin qeyd edilməsi biabırçılıqdır. Çünki hələ mən İXM 346.5 maddəsi ilə təqsirli bilinməmişəm, İXM 346.5 maddəsi üzrə qərar qanuni qüvvəsini almamışdır. Bu halda şəxsi İXM 327.7 maddəsi üzrə necə təqsirli saymaq olar və ya protokol yazmaq olar? Bəlkə İXM 346.5 maddəsi üzrə işin icraatına xitam veriləcəkdi? 4.1) Eyni zamanda ##.##.2026 tarixli nömrəsiz qərarda da İXM 327.7 maddəsi üzrə məni təqsirli saymaq biabırçılıqdır. Çünki hələ mən İXM 346.5 maddəsi ilə təqsirli bilinməmişəm, İXM 346.5 maddəsi üzrə qərar qanuni qüvvəsini almamışdır. Bu halda şəxsi İXM 327.7 maddəsi üzrə necə təqsirli saymaq olar? Bəlkə İXm 346.5 maddəsi üzrə işin icraatınä xitam veriləcəkdi? Axı İXM bütün prosedurlar, ardıcıllıqlar dəqiq yazılıb. Qərarın qüvvəyə minməsi və s. 4.2) İXM maddə 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 4.3) İXM maddə 138.1. İnzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 4.3.1. 1. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün. 4.4) İXM maddə 327.7. Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2—346.9-cıı maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Bununla bağlı qərardan şikayətim Yasamal Rayon Məhkəməsinin ##.##.2026 tarixli qərarı ilə rədd edildi, qərarı almamışam. Halbuki Yasamal rayon Məhkəməsinin oxşar iş üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026 tarixli, *(*-*)-****/**** saylı qərarını əlavə etmişdim, məhkəmə həmin mövqeyi nəzərə almadı. Belə ki, işə xitam verilən həmin qərarda Bakı Apellyasiya Məhkəməsi göstərmişdir (5-ci vərəq, 6-8 ci abzaslar): “Qanunvericiliyin tələbindən göründüyü kimi Elmar Zeynalov tərəfindən ##.##.2025-ci il tarixdə törədilən inzibati xəta üzrə onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması üçün, ən azından qanunla müəyyən edilmiş 20 gün müddətində qərardan şikayət verilmə müddəti gözlənilməli və yalnız bundan sonra, əgər qərardan yuxarı məhkəməyə şikayət verilməmişdirsə, qərar qanuni qüvvəyə minmiş hesab olunduqdan sonra nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh icraya yönəldilməlidir. Göründüyü kimi X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5 və 327.7-ci maddələri ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli qərarı ən tez halda ##.##.2025-ci il tarixdə qanuni qüvvəyə minə bilərdi. Odur ki, X3 tərəfindən ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əlavə olaraq İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yarada bilməz”. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq xəstəliyi ilə bağlı iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət qismən təmin olunmalı, Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(*-***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan barəsində şikayət verilən Azərbaycan Respublikası Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin İXP ******* saylı ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, 21:59 radələrində ünvan 1 ünvanında “X1 Hev Hibrid minik” markalı, “**-YG-***” dövlət qeydiyyat nişanlı avtomobillə dayanma qaydalarını pozmağa, İnzibati Xətalar Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327- 1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9- cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə İXMin 327.7 və 346.9-cu maddəsi ilə təqsirli bilinib cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Əvvəla ilk növbədə qeyd edirəm ki, iş materialında məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi öz əksini tapsa da, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında iştirakı təmin edilməmiş və şikayətdə qeyd olunan dəlillərlə bağlı izahatları alınmamışdır. Bundan başqa, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iddia edir ki, inzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən müvafiq xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə inzibati tənbeh nəzərdə tutulmuşdur, hazırki halda isə onun cərimə balları bir il ərzində toplanmayıbdır. Birinci instansiya məhkəməsi tərəfindən bu hal araşdırılaraq qiymət verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1. və 138.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 94.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərardan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır. Qanunvericiliyin tələbindən göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2026-cı il tarixdə törədilən inzibati xəta üzrə onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması üçün, ən azından qanunla müəyyən edilmiş 20 gün müddətində qərardan şikayət verilmə müddəti gözlənilməli və yalnız bundan sonra, əgər qərardan yuxarı məhkəməyə şikayət verilməmişdirsə, qərar qanuni qüvvəyə minmiş hesab olunduqdan sonra nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh icraya yönəldilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, birini instansiya məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gələrkən iş üzrə, tam, obyektiv və hərtərəfli araşdırmanı təmin etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunanları əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsini rəhbər tutaraq qərara alıram: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin İXP 8018480 sayli ##.##.2026-cı il tarıxli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2420/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2420/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver