Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2421/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim X1) *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə, hüquqi ünvanı ünvan 1 ünvanında yerləşən (VÖEN **********) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 496.1-ci maddəsi ilə təqsirli bilinmiş, inzibati tənbeh vermə müddəti başa çatdığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXM-nin 496.1-ci maddəsi ilə ## ######## 2025-ci il tarixli, *****-*****/** nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə üzrə birinci instansiya məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən, ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ünvanına gələn, ## ######## 2024-cü il tarixində, ************** saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 2 ay müddətinə, yəni ##.##.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr ventilyasiya pəncərələri, metal döşəmələr, montajlar, çuxur taxtaları, qurutma cihazının qapı hissələri, silindr montajları, daşınma kanalı, dağıtım boşaltma kanalları və dəstəkləri, döşəmə dəstəkləri, künclər, huller ayaq padları, daşınma kanalları və qurutma avadanlığı komponentləri, qurutma blowers üçün vdf. yanıcılar və yanıcıların idarə edilməsi üçün cihazlar" yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 31 gün sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi həyata keçirilmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və İXM-nin 496.1-ci maddələrinin sanksiya hissəsində nəzərdə tutulmuş inzibati cərimə məbləğinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin ##.##.2025-ci il tarixli *****/***** nömrəli qərardadına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş ## ######## 2025-ci il tarixli *****-*****/** nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 496.1ci maddəsi ilə təqsirli bilmiş, lakin inzibati xəta hadisəsi həmin iş üzrə qərar qəbul edildiyi vaxtdan 01 (bir) il 07 (yeddi) ay 25 (iyirmi beş) gün öncə, yəni ##.##.2024-cü il tarixdə baş verdiyindən və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə İXM-nin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə inzibati tənbeh törədildiyi gündən ən geci bir il keçənədək verilə bildiyinə əsaslanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinə Balakən Gömrük İdarəsi tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli *-**-****/*-******/**** nömrəli, ##.##.2026-cı il tarixli *-**-****/*-******/**** nömrəli məktublarda hal-hazırki dövrə qədər Balakən Gömrük İdarəsinə 00500-00971/25, 00500-00976/25, 00500-01059/25, 00500-01060/25, *****-*****/** nömrəli inzibati xəta haqqında işlər üzrə toplanmış materiallar ilə bağlı məhkəmə qərarlarının göndərilmədiyi ilə bağlı, qeyd olunan halın araşdırılması və müvafiq məhkəmə qərarlarının Balakən Gömrük İdarəsinə göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. Xətai Rayon Məhkəməsindən daxil olmuş ##.##.2026-cı il tarixli *-**/*-****/**** nömrəli sorğuya cavab məktubunda Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 3(011) ****/**** saylı və ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı məhkəmə qərarları göndərilmiş, lakin Balakən Gömrük İdarəsinə 00500-00971/25, 00500-00976/25, 00500-01059/25, 00500-01060/25, *****-*****/** nömrəli inzibati xəta haqqında işlər üzrə toplanmış materiallar ilə bağlı məhkəmə qərarları təqdim olunmamışdır. Qeyd olunan hallarla bağlı ##.##.2026-cı il tarixli, *-**-****/*-******/**** nömrəli məktubla Məhkəmə-X3 müraciət olunmuş həmin halın araşdırılması və müvafiq məhkəmə qərarlarının Balakən Gömrük İdarəsinə göndərilməsinin təmin edilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Balakən Gömrük İdarəsi aşağıda qeyd olunan əsaslara görə Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə razı deyil. İXM-nin 111-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunmuş xüsusatları nəzərə almamışdır. Şikayət etdikləri məhkəmə qərarı maddi və prosesual hüquq normalarının kobud şəkildə pozulması, İXM-nin aidiyyəti maddələrinin düzgün tətbiq edilməməsi ilə qəbul olunmuşdur. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın və MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, MMCni İXM-in 496.1-ci maddəsi ilə təqsirli bilinmiş, inzibati tənbeh vermə müddəti başa çatdığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya şikayətində inzibati məsuliyyətə cəlb etmə müddətinin ötürülməsi səbəblərinin məhkəmə tərəfindən nəzərə alınmadığı bildirilmişdir. İşdə olan ## ######## 2025-ci il tarixli protokoldan və gömrük baxışının keçirilməsi haqqında ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, MMC-nin ünvanına gələn, ## ######## 2024-cü il tarixində, ************** saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 2 ay müddətinə, yəni ##.##.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr ventilyasiya pəncərələri, metal döşəmələr, montajlar, çuxur taxtaları, qurutma cihazının qapı hissələri, silindr montajları, daşınma kanalı, dağıtım boşaltma kanalları və dəstəkləri, döşəmə dəstəkləri, künclər, huller ayaq padları, daşınma kanalları və qurutma avadanlığı komponentləri, qurutma blowers üçün vdf. yanıcılar və yanıcıların idarə edilməsi üçün cihazlar" yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 31 gün sonra MMC tərəfindən malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi həyata keçirilmişdir. İşdə olan ************** saylı gömrük bəyannaməsindən görünür ki, MMC-yə məxsus kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr ventilyasiya pəncərələri və s. “Mazımqara” gömrük postu vasitəsi ilə ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazisinə gətirilmişdir. İşdə olan gömrük xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, ## ######## 2024-cü il tarixində, ************** saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 2 ay müddətinə, yəni ##.##.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş, ## ###### 2024-cü il tarixdə MMC tərəfindən malların digər gömrük proseduru altında rəsmiləşdirilmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. MMC-nin İXM-in 496.1-ci maddəsi ilə əhatə olunan hüquqazidd əməli İXM-in qaydaları əleyhinə olan inzibati xətalara aiddir və Məcəllənin 38.1-ci maddəsinə əsasən göstərilən maddə ilə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən bir il keçənədək verilə bilərdi. İşdə olan sənədlərdən müəyyən olunur ki, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altına yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi ##.##.2024-ci il tarix olmuş, yəni inzibati xəta ##.##.2024ci il tarixdə törədilmişdir ki, bu isə öz növbəsində qərar çıxarılan ## #### 2026-cı il tarixə inzibati tənbeh vermə müddətinin başa çatdığına dəlalət edir. İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2421/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2421/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver