Məhkəmə qərarları › İş №3(3-6)-2422/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2422/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2422/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas X1, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi X2 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2025-ci il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhər Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilən ## ### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ ******** nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona EQ 26192932 və onunla əsasən IXP 7419646 təqdim olunmuş protokol səhvdir. Protokolda qeyd olunub ki, şikayətçi 50 km/saat limiti olan yolda 72 km/saat sürətlə sürmüşdür. Ancaq şikayətçi qeyd edir ki, həmin hissədə 3.31. və 5.1(avtomagistral) yolun nişanlarından sonra hərəkət olunmuşdur. Kordinatlarla, foto və videolara uyğun olaraq dəfələrlə yoxladığını özünün və hakimlərin 3 dəfə məhkəmədə möhtərəm hakimlər tərəfindən yoxlandığını; həmin hissədə video və foto çəkilişi etdiyini 50 km/saat və piyada keçidindən sonra 3.** nömrəli nişanın qoyulduğunu və Hövsan yoluna döngədən sonra ## ###### 2025-ci il tarixində 5.1(avtomagistral) yol nişanının olduğunu bildirmişdir. Ona görə də mübahisələndirdiyi hadisənin görüntülərinə yenidən baxılaraq qərar etibarsız hesab olunmaqla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Aygün Həsənova) Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Bakı şəhər Dövlət Yol Polis Idarəsinin ## ### 2025-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən xüsusi texniki vasitə ilə qəbul edilmiş ## ### 2025-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, tərtib olunmuş ## ### 2025-ci il tarixli, EQ ******** saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Lakin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat iştirakçılarının məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması qanunla müəyyən edilmiş qaydada həyata keçirilməli, bildirişin aidiyyəti şəxsə və ya orqana çatdırılmasını təsdiq edən sənəd məhkəmə tərəfindən əldə edildikdən sonra işə mahiyyəti üzrə baxılmalıdır. Iş materiallarından isə səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatın məhz qanunvericiliyin tələb etdiyi qaydada çatdırılmasını təsdiq edən sənədin mövcudluğu aydın görünmür. Lakin hazırkı iş üzrə məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin gəlməməsinin səbəblərini araşdırmamış, həmin şəxsin iştirakı olmadan işə baxılmasının hüquqi əsaslarını kifayət qədər əsaslandırmamış və bununla bağlı hər hansı prosessual tədbir görməmişdir. Iş materiallarında olan xüsusi texniki vasitələrin göstəriciləri inzibati xətanın baş verməsini təsdiq edir və məhkəmədə həmin sübutlara lazımi hüquqi qiymət verilməmişdir. inzibati xəta haqqında iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixdə saat 09:43-də **-XC-*** dövlət qeydiyyat nişanlı “KIA Sorento” markalı nəqliyyat vasitəsini idarə edərkən müəyyən edilmiş hərəkət sürətini aşmışdır. Bu hal xüsusi texniki vasitə ilə qeydə alınmış və qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Lakin məhkəmə tərəfindən yol nişanlarının tətbiqi və həmin nişanların nəqliyyat vasitəsinin hərəkət etdiyi istiqamət üzrə hüquqi nəticələri tam və düzgün qiymətləndirilməmişdir. Iş materiallarında olan foto və video görüntülər məhkəmə tərəfindən yalnız şikayətçinin mövqeyi əsasında qiymətləndirilmiş, lakin xüsusi texniki vasitə ilə qeydə alınmış sürət göstəricisinin, hadisənin dəqiq koordinatlarının və həmin anda qüvvədə olan yol hərəkəti rejiminin tam hüquqi qiymətləndirilməsi aparılmamışdır. Bundan əlavə, inzibati xəta haqqında elektron qərarın qəbul edilməsi zamanı istifadə olunmuş xüsusi texniki vasitənin məlumatları inzibati xəta faktını təsdiq edən sübut kimi qəbul edilməlidir. Həmin sübutların mötəbərliyini şübhə altına alan kifayət qədər əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Apellyasiya icraatı zamanı çıxış edən Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi X2 şikayəti şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsi və xüsusi texniki vasitə ilə qəbul edilmiş ## ### 2025-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Dövlət Yol Polis Idarəsinin ## ### 2025-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixdə, saat 09:43-də “KIA Sorento” minik markalı, 99-XC321 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21- 40 km/saat həddində aşması əsas gətirilərək barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, tərtib olunmuş ## ### 2025-ci il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarda Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixdə, saat 09:43-də “KIA Sorento” minik markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşması göstərilmiş və ona 50 (əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Protokolda şikayətçinin 50 km/saat limiti olan yolda 72 km/s nəqliyyat vasitəsini sürdüyü qeyd edilsə də, məhkəmə araşdırması zamanı təqdim edilmiş foto və videogörüntüyə tərəfin iştirakı ilə baxış keçirilmiş, müəyyən edilmişdir ki, inzibati xətanın qeydə alındığı yerdən əvvəl 2 yol hərəkətini tənzimləyən nişan mövcuddur. Birinci nişan (3.31 Bütün məhdudiyyətlər zonasının qurtaracağı) yolda müəyyən edilmiş sürət həddinin 50 km/saat limitinin bitməsi göstərilmiş, bundan sonra isə ikinci nişan (5.1 Avtomagistral) aşkar edilmişdir. Belə olan halda inzibati xətanın qeydə alındığı yerdə sürət limiti 110 km/saatdadır. Bu səbəbdən məhkəmə hesab edir ki, tərtib olunmuş ## ### 2025-ci il tarixli, EQ ******** saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2025-ci il tarixli, EQ 26192932 inzibati xəta haqqında iş üzrə qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayəti təmin edilməli, barəsində Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2025-ci il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq anın törədilməsinə dair işin icraatına xitam vermişdir. Inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. Inzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik– davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, şikayətdə xüsusi texniki vasitələrin göstəriciləri inzibati xətanın baş verməsini təsdiq etdiyi və məhkəmədə həmin sübutlara lazımi hüquqi qiymət verilmədiyi göstərilsə də, lakin təqdim edimiş foto və videogörüntüyə tərəfin iştirakı ilə baxış keçirilərkən inzibati xətanın qeydə alındığı yerdən əvvəl 2 yol hərəkətini tənzimləyən: Bütün məhdudiyyətlər zonasının qurtaracağını bildirən 3.31 və Avtomagistralı ehtiva etdən 5.1 nişanlarının mövcud olması müəyyən edilmişdir. Bu halda həmin yerdə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin sürət limiti 50 km/saat deyil, 110 km/saat olmuşdur. Məhkəmə qeyd edir ki, şikayətin dəlillərinin əksinə olaraq inzibati orqan tərəfindən xüsusi texniki vasitə ilə qeydə alınmış sürət göstəricisi ilə hadisənin koordinatları üzrə yol hərəkəti rejimi düzgün qiymətləndirilməmişdir. Məhkəmə qeyd edir ki, istər inzibati orqan, istərsə də məhkəmə tərəfindən şəxsin inzibati məsuliyyətə görə tənbeh edilməsinə dair qərarı qanuni və əsaslı olmalı, mümkün və mötəbər sübutlara əsaslanmalıdır. X3 Məcəlləsində inzibati xətaya dair qərar sübut növlərindən biridir və şəxs yalnız o halda inzibati xətaya görə təqsirli bilinib tənbeh edilə bilər ki, işdə olan sübutların məcmusu şəxsin barəsində tənbeh qərarının çıxarılması üçün kifayət etsin. Lakin şikayətin dəlillərindən və iş materiallarından həmin hallar məhkəmə tərəfindən müəyyən edilmir. Qeyd edilir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilibtörədilməməsini yoxlamalıdır. Və məhkəmə materialı tədqiq edərkən şəxs tərəfindən inzibati xətanınn törədilməsi qeyri müəyyən qalmamalıdır, çünki barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs öz müdafiəsi üçün əks arqument gətirdiyi halda yaranmış şübhə onun xeyrinə həll edilməli olacaqdır. Hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən sübut əlavə edilmədiyindən, onun təqsirli bilinməsi yolverilməzdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən hər hansı prosessual pozuntulara yol verməsi halına rast gəlinməmişdir. Məhkəmə belə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar