Məhkəmə qərarları › İş №3(3-6)-2424/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2424/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2424/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X12 oğlunun sədrliyi, X21 Oruc qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın nümayəndəsi təsisçi X3, Nümayəndə vəkil Hümbətov və partnyorları Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3.000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın nümayəndəsi təsisçi X3 və nümayəndə vəkil Hümbətov və partnyorları Vəkil bürosunun vəkili Vəkil şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə toplanmış materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Qanunun mənasına görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, icra sənədindəki tələb üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməsin və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən edir ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iddiaçıların nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birləşdirilmiş əsas iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçılar X8, X1, X4, X9, X13, X18, Rzayev Yalçın İmaməddin oğlu və X5 münasibətdə iddianın təmin edilməyən hissəsində ləğv edillmiş, həmin hissələrdə iddia tələbi təmin edilmiş, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK tərəfindən X8, X1, X4, X9, X13, X18, Rzayev Yalçın İmaməddin oğluna, X5 mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK- nın üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməsi öhdəliyi cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın üzərinə qoyulmuş, birləşdirilmiş əlaqəli iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli 2(011)- ****/**** nömrəli qətnaməsi iddia tələbinin iddiaçılar X22, X15, X16, X10, X23, X11, X2 və Bəhrəmova Bəsti İbrahim qızına münasibətdə təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissələrdə iddia tələbi təmin edilmiş, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK tərəfindən X22, X15, X16, X10, X23, X11, X2 və Bəhrəmova Bəsti İbrahim qızına mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməsi öhdəliyi cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın üzərinə qoyulmuşdur. İcraata başlamaq haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş göndərilərək icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçılarının izahatlarnı dinləyib qeyd edir ki, qanun əvvəlcə icra məmurunun borclunu lazımi qaydada məlumatlandırmaq və ona könüllü icra imkanı yaratmaq vəzifəsini müəyyən etmiş, yalnız bundan sonra borclunun həmin qanuni tələbləri icra etmək öhdəliyini və bu öhdəliyin pozulmasına görə inzibati məsuliyyəti müəyyən etmişdir. İcra məmurunun bu prosessual vəzifəsinin yerinə yetirildiyi sübuta yetirilmədiyi halda, borclunun könüllü icra müddətini ötürməsi və ya icra məmurunun qanuni tələbini yerinə yetirməməsi barədə nəticəyə gəlmək hüquqi baxımdan mümkün deyildir. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir - 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Belə ki, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə təsdiq olunmur. Həmçinin Azərbaycan Respublikasının İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qeyd edilmiş halları aydınlaşdırmadan gəldiyi nəticə yanlış olduğundan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ləğv olunmalı, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın apellyasiya şikayəti təmin edilsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar