Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2425/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarix, saat 19:05-də idarə etdiyi "Mercedes Benz E240" minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında yolun hərəkət hissəsinin kənarındakı ikinci cərgədə dayandırmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, sonuncu barəsində səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) avtomobilini yol ayırıcından 15 metr aralıda və ayırıcı zolaqda saxlamasını, bundan başqa, səlahiyyətli orqan tərəfindən eyni inzibati xəta ilə əlaqədar onun barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərildikdən sonra sonuncu tərəfindən heç bir əlavə araşdırma aparılmadan yenidən eyni məzmunlu hazırki inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsini nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 verdiyi izahatında Qərardan şikayət verən orqan (şəxs) tərəfindən avtomobilin yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlanılmasının iş materiallarına əlavə edilmiş, iş üzrə inzibati xəta hadisəsinin qeydə alındığı fotoşəkillər əsasında sübut edilməsinə görə şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) izahatında əlavə olaraq göstərmişdir ki, iş üzrə avtomobilini iş materiallarına əlavə edilmiş yerdə saxlamasının səbəbini həmin vaxt birinci cərgədəki bütün yerlərdə avtomobillərin saxlanması, bu səbəbdən birinci cərgədə avtomobilini saxlamaq üçün boş yerin olmaması ilə izah edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində inzibati cərimə tətbiq edilir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gələrkən, “Google maps” vasitəsi ilə əldə edilmiş görüntü əsasında iş üzrə inzibati xətanın törədilməsinin istinad edildiyi yolun zolaqlara ayrılmamasının müəyyən edilməsinə baxmayaraq, Qərardan şikayət verən orqan (şəxs) avtomobilini saxladığı yerin yol ayırıcına yaxın olması səbəbindən orada avtomobil saxlamağın qanunvericiliyin tələblərinə zidd olmasına, beləliklə də, onun ## ###### 2026-cı il tarix, saat 19:05-də idarə etdiyi "Mercedes Benz E240" minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında yolun hərəkət hissəsinin kənarındakı ikinci cərgədə hər hansı üzrlü səbəb olmadan dayandırmaqla Azərbaycan Respublkası İXM-in 346.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin müəyyən edilməsinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan fotoşəkillərə, səlahiyyətli orqanın nümayəndəsi X3 apellyasiya və Qərardan şikayət verən orqan (şəxs) isə həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iclaslarında verdikləri izahatlara, sonuncunun məhkəməyə verdiyi şikayətlərində göstərdiyi, özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə dair hər hansı sübut növünü təqdim etməməsinə əsaslanaraq hesab edir ki, iş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş üzrə birinci instansiya məhkəməsi işin faktiki hallarını müəyyən edərkən, həmin hallara müvafiq qanunvericilik normalarını tətbiq etməklə, yuxarıda göstərilən nəticəyə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2425/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2425/2026
10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver