Məhkəmə qərarları › İş №3(3-6)-2426/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2426/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2426/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3, Məhkəmə iclas katibi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Rəşad Dövlətov Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-16(010)- ***/**** nömrəli icra sənədinə əsasən ərizəçi Zərərçəkmiş şəxs ##.##.2025- ci il təvəllüdlü X1 və X2 ilə həftədə bir dəfə, hər həftənin şənbə günü saat 13:00-dan saat 15:00-dək uşaqların anası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə ünsiyyətdə olması müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-**(***)- ***/**** nömrəli icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəfələrlə icra sənədini könüllü olaraq icra etməsi tələb olunsa da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini hazırki günədək icra etməmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək və barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən tərtib edilmiş protokol əsaslı deyil. İşə baxan məhkəmə işin hallarını araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Rəşad Dövlətov və tələbkar Zərərçəkmiş şəxs şikayətin təmin olunmamasını xahiş etmişdirlər. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının izahatını dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə, əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-**(***)-***/**** nömrəli icra sənədinə əsasən ərizəçi Zərərçəkmiş şəxs ##.##.2025-ci il təvəllüdlü X1 və X2 ilə həftədə bir dəfə, hər həftənin şənbə günü saat 13:00-dan saat 15:00-dək uşaqların anası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə ünsiyyətdə olması müəyyən edilmişdir. İcraata başlamaq haqqında ## #### 2026-cı il tarixli qərardan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-16(010)- ***/**** nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir Tələbin könüllü icrası haqqında ## #### 2026-cı il tarixli bildirişdən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e**(***)-***/**** nömrəli qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78, 79 və 81ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq işə baxan məhkəmə qeyd edir ki, hazırki iş üzrə barəsində protokol tərtib olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən dəfələrlə pozuntulara yol verilərək icra vərəqəsinin icra olunmasına maneə törədilmiş, nəticədə tələbkarın uşaqları ilə görüşü baş tutmamışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmaqla məhkəmə aktına borclu tərəfindən laqeyd və saymazyana münasibət sərgiləməsinə gətirib çıxarmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar