Məhkəmə qərarları › İş №3(3-6)-2428/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2428/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2428/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) ünvanına məktub daxil olmuşdur. Bu məktuba qoşma olaraq ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əlavə edilmişdir. Göstərilən qərarın “müəyyən edildi” hissəsində qeyd edilmişdir ki, vətəndaş X3 əmək müqaviləsinə xitam vetilərkən, ona haqqhesab ödənilmədiyi müəyyən edilmişdir". Sözügedən qərara əsasən “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) AR İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə nəzərdə tutulan əməlin törədilməsində (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) təqsirli hesab olunmuşdur. Belə ki, DƏMX-nin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı bildirişinə əsasən inzibati xəta haqqında protokolun tərtib olunması məsələsinə baxılnası ##.##.2026-cı il tarixinə, saat 10:30-a təyin olunmuş və barəsində iş üzrə icraat aparılan şəxs qismində DƏMX-nin Bakı şəhər İdarəsinə və ya video konfrans vasitəsilə görüşə dəvət olunmuşdur. Bu bildirişə əsasən ##.##.2026-cı il tarixində qərarın tərtib edilməsinə dair DƏMX ilə arasında ZOOM vasitəsilə video görüş keçirilmişdir. DƏMX-nin əməkdaşları tərəfindən bildirilmişdir ki, X3-haqq hesabının tərəfimizdən ödənilmədiyi müəyyən edilmişdir. Nəticə olaraq səlahiyyətli orqan tərəfindən ##.##.2026-cı il tarixli MN******* nömrəli inizibati tənbriı vermə haqqında qərar tərtib edilmişdir. X4 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. X3 ilə “xxxx” MMC arasında ##.##.2025-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Lakin tərəflər arasında olan əmək müqaviləsinə ##.##.2026-cı il tarixində AR Etmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funskiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalahan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Belə ki, ## ###### 2025-ci il tarixdə X3 istifadəsində olan nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisən törətmişdir və həmin gündən sonra işə gəlməmişdir. ##.##.2026-ci il tarixdə onun tərəfindən işə gəlməməsinin səbəbləri barədə izahat verməsi üçün X3 məktub göndərilmiş dir. X3 ##.##.2026-ci il tarixdə gələrək verdiyi izahatında bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə iş yoldaşı Əmiraslan tərəfindən “xxxx” MMC-yə çatdırması üçün 2270 manat məbləğində pul vermişdir. O sifarişi icra etdikdən sonra həmin pul vəsaitini şirkətə çatdırmalı idi. Lakin yolda nəqliyyat hadisəsi baş verdiyindən pul itmişdir və o həyəcandan pulun necə itdiyini müəyyən edə bilməmişdir. X3 tabel cədvəllərindən və əmək hesabdan çıxarışdan görünür ki, ##.##.2025-ci il tarixində işə qəbul edilən vergilər daxil olmaqla (bundan sonra - “gross”) 420 manat olan müəyyən əmək müqaviləsinə dəyişiklik edilmiş və işçinin əmək haqqı 670 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, X3 2025ci ilin aprel ayı üzrə işlədiyi günlər üzrə hesablanmış əmək haqqı “gross” 420 manat müəyyən edilmişdir. Əlbəttə ki, bütün vergilər çıxıldıqdan sonra şəxsə 2025-ci ilin aprel ayı üzrə ödənilməli vergilər çıxılmaqla olan (bundan sonra “nett”) əmək haqqı 240.15 manat təşkil etmişdir. 2025-cü ilin may ayı üzrə şəxs 17 gün işləmiş və “gross” əmək haqqı olan 420 manatın “neft" məbləği 263.90 manat təşkil etmişdir. 2025-ci ilin iyur ayı üzrə ümumilikdə 17 gün işləmiş işçinin “nett” əməkhaqqı 488.58 manat (“gross” 670 manat) təşkil etmişdir. 2025-ci ilin iyu ayı üzrə ümumilikdə 22 gün işləmiş işçinin “neft” əmək haqqı 491.69 manat (“gross” 670 manat) təşkil etmişdir. 2025-ci ilin avqust ayı üzrə ümumilikdə 21 gün işləmiş işçinin “nett” əmək haqqı 487.51 manat (“gross” 670 manat) təşkil etmişdir. 2025-ci ilin sentyabr ayı üzrə ümumilikdə 23 gün işləmiş işçinin “neft” əmək haqqı 532.61 manat (“gross” 670 manat) təşkil etmişdir. 2025-ci ilin oktyabr ayı üzrə ümumilikdə 15 gün işləmiş işçinin “nett” əmək haqqı 541.80 manat (“gross” 670 manat) təşkil etmişdir. Belə ki, işçi ərizəsinə əsasən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək əmək məzuniyyətində olmuşdur. 2025- ci ilin noyabr ayı üzrə ümumilikdə 20 gün işləmiş işçinin “nett” əmək haqqı 523.78 manat (“gross” 670 manat) təşkil etmişdir. 2025-ci ilin dekabr ayı üzrə ümumilikdə 12 gün işləmiş işçinin “nett” əmək haqqı 284.58 manat (“gross” 670 manat) təşkil etmişdir. Göründüyü kimi, son haqq-hesab istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə tabel cədvəllərindən ödənilməli əməkhaqqından ibarətdir. Əmək haqqı ödənişləri ilə bağlı hesabdan çıxarışdan görünür ki, işçinin işlədiyi bütün günlərə görə əmək haqqı ödənilmiş və ona ödənilməyən əmək haqqı qalmamışdır. Digər tərəfdən istifadjə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya məsələsinə gəldikdə isə, əmək müqaviləsi üzrə X3 ##.##.2025-ci ildən ##.##.2026-cı ilədək iş ili üçün 21 gün məzuniyyət hüququ olmuşdur. Beləliklə onun təxmini 9 ay işlədiyi və ##.##.2025-ci il tarixejən ##.##.2025-ci il tarixədək 14 gün məzuniyyətdə olduğu nəzərə alınaraq istifadə etmədiyi məzuniyyət günü də qalmamışdır. Belə olan halda, hər hansı ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyət olmadığından buna müvafiq olaraq son haqq-hesab da hesablanaraq ödənilməmişdir. Azərbaycan Respublikası X4 Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilmiş, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli, ## ### 2026-cı il tarixli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə lazımi qaydada xəbər verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan MN seriyalı ******* nömrəli, ## ### 2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, vətəndaş X3 əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesab ödənilmədiyini müəyyən olunmuşdur. Nəticədə, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan “xxxx” MMC ilə X3 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, X3 “xxxx” MMC-də sürücü vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli №***/** saylı məktubdan görünür ki, qeyd olunan məktub əsasında "xxxx" MMC protokol üzrə görüşə dəvət olunmuş, keçirilmiş görüş zamanı məsələ müzakirə edilmişdir. Müzakirənin nəticəsinə uyğun olaraq, X3 aid tələb olunan sənədlər "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsinə təqdim olunur. İşçi tərəfindən təqdim edilmiş şikayət ərizədə onun müharibə veteranı olduğu qeyd edilmişdir. Lakin həmin statusu təsdiq edən hər hansı rəsmi sənəd işçi tərəfindən cəmiyyətə təqdim edilmədiyindən, əmək məzuniyyəti günlərinin hesablanması Azərbaycan Respublikası Əmək Məcəlləsinin ümumi tələblərinə uyğun olaraq 21 (iyirmi bir) təqvim günü əsasında aparılmışdır. ## ###### 2026-cı il tarixli aktdan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan tarixdə işçiyə iş yoldaşı tərəfindən «Ulduz» metrosunun qarşısında 2.270 (iki min iki yüz yetmiş) manat məbləğində şirkətə məxsus pul vəsaiti təqdim edilmişdir ki, həmin vəsait «xxxx» şirkətinə çatdırılsın. Sözügedən gün işçi “xxxx” sifarişini icra etdiyinə görə pul vəsaiti ona verilmişdir. İşçi öz yazılı izahatında bildirmişdir ki, qeyd olunan məbləği aktla birlikdə idarə etdiyi avtomobilin sənəd qutusunda saxlamışdır. “xxxx"a gedən zaman yol- nəqliyyat hadisəsi baş verdiyini, hadisənin təsirindən həyəcan keçirdiyini və naməlum səbəbdən 2.270 manat məbləğində pul və aktın itdiyini qeyd etmişdir. İşçi vəsaitin harada və hansı şəraitdə itdiyini izah edə bilmədiyini və pulu tapa bilmədiyini bildirmişdir. Aparılmış xidməti araşdırmanın nəticəsinə əsasən müəyyən edilmişdir ki, işçiyə etibar edilmiş 2.270 (iki min iki yüz yetmiş) manat məbləğində pul vəsaiti təyinatı üzrə təhvil verilməmiş və nəticədə işəgötürənə maddi zərər dəymişdir. İşçinin bu hərəkəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “c" bəndi - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, 72ci maddənin "e" bəndi - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) uyğun olaraq əmək müqaviləsinin xitam verilməsi üçün əsas ola bilər. İş materiallarında olan “xxxx” MMC-nin № ***/Ş saylı, ## ###### 2026-cı tarixli əmrindən görünür ki, Cəmiyyətin Sürücü vəzifəsində çalışır. ## ###### 2026-ci il tarixindən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işinə xitam verilsin. İstifadə edilməmiş 0 (sıfır) məzuniyyət günü üçün son haqq-hesab ödənilsin. İş materiallarında olan əmək haqqı ödənişlərinə əsasən “xxxx” MMC-i “xxxx” ASC-də olan hesabından əmək haqqı ödənişləri aylıq olaraq X3 hesabına köçürmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “X3 “xxxx” MMC-də sürücü vəzifəsinə işə qəbul edilmişdir, ## ###### 2026-ci il tarixindən AR ƏM- nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işinə xitam verilmişdir. İstifadə edilməmiş 0 (sıfır) məzuniyyət günü üçün son haqq-hesab ödənilmişdir. Eyni zamanda X2 ## ###### 2026-ci il tarixdə işdən azad edildikdən sonra qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əsasən “xxxx” MMC “xxxx” ASC-də olan hesabından əmək haqqı ödənişləri aylıq olaraq X3 hesabına köçürmüşdür. xxxx” MMC ilə bağlanmış əmək müqaviləsi üzrə X3 ##.##.2025-ci ildən ##.##.2026-cı ilədək iş ili üçün 21 gün məzuniyyət hüququ olmuşdur. Beləliklə X3 təxmini 9 ay işlədiyi və ##.##.2025-ci il tarixejən ##.##.2025-ci il tarixədək 14 gün məzuniyyətdə olduğu nəzərə alınaraq istifadə etmədiyi məzuniyyət günü də qalmamışdır. Belə olan halda, hər hansı ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyət olmadığından buna müvafiq olaraq son haqq-hesab da hesablanaraq ödənilməmişdir. Belə olan halda əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı qərar qəbul qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin maddənin qeydindən görünür ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Həmin Məcəllənin 172.4-cü maddəsin əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmamış və buna görə də düzgün olaraq inzibati iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər-hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimaitəhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsinə dair *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar