Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2429/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X4 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* saylı X3 haqqında qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş ## #### 2026-cı il tarixli TP ******* nömrəli X3 haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## #### 2026-cı il tarixdə barəsində tərtib edilən Qərardan Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsi barəsində tərtib edilən X3 Haqqında Qərarı ləğv edərək yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinə göndərmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi əməkdaşı Arzuman Azumanlı onu dəvət etmədən və araşdırmadan Yasamal Rayon Məhkəməsinin qərarını qüvvəsində saxlayaraq həmin barəsində olan X3 Haqqında Qərarı yeniləyərək ## #### 2026-cı il tarixdə 150 azn cərimə qərarı çıxarmışdır. O, bunu bilən kimi dərhal Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinə Arzuman müəllimə yaxınlaşmış və onun iştirakı olmadan qanunsuz eyni qərarı nə üçün yenilədiyini soruşmuşdur. O da bildirmişdir ki, məhkəmə kimdi ki, onun qərarını ləğv etsin. O, yenidən qərarın surətini istəmiş və Məhkəməyə müraciət edəcəyini bildirmişdir. Arzuman müəllim qərarın surətini vermiş və bildirmişdir ki, boş-boşuna vaxtın gedir əlindən gələni elə. Barəsində yenidən qanunsuz və əsassız tərtib edilən Qərardan narazıdır və Arzuman müəllimin iştirakı ilə araşdırılmasını vacib bilir. Ümumiyyətlə IXM-nin 342.2.2-ci maddəsinə aid olmayan protokol üzrə qərar qəbul edilib və DYPI-si tərəfindən hər hansısa sübut Məhkəməyə təqdim edilməyib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Rəşad Cavadzadə) şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş ## #### 2026cı il tarixli TP ******* nömrəli X3 haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*- ***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Inzibati Xətalar Məcələsinin 342.2.2-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli TP ******* nömrəli X3 haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Birinci instansiya məhkəməsinin hakimi qərarında qeyd etmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla bağlı bildirilir ki, Idarəyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyin tələblərinə uyğun qaydada hər hansı rəsmi bildiriş daxil olmamışdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sifarişli poçt göndərişi ilə göndərilməli və həmin bildirişin səlahiyyətli orqana və ya vəzifəli şəxsə çatdırıldığını təsdiq edən xəbərnamə məhkəməyə daxil olduqdan sonra məhkəmə inzibati xəta haqqında işə mahiyyəti üzrə baxa bilər. Lakin iş materiallarında məhkəmə bildirişinin sifarişli poçt vasitəsilə çatdırılmasını təsdiq edən xəbərnamə, yaxud bildirişin şəxsən səlahiyyətli vəzifəli şəxsə və ya Idarənin səlahiyyətli nümayəndəsinə təqdim edilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Belə olan halda, birinci instansiya məhkəməsi icraat iştirakçısı olan səlahiyyətli orqanın və ya onun nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin səbəblərini araşdırmadan, habelə qanunvericilikdə nəzərdə tutulmuş bildiriş qaydasına riayət olunmasını yoxlamadan işə həmin orqanın iştirakı olmadan baxmışdır. Nəticə etibarilə, məhkəmə prosessual qanunvericiliyin qeyd olunan tələblərini pozmuş, Idarənin məhkəmə araşdırmasında iştirak etmək, öz mövqeyini bildirmək və dəlillərini təqdim etmək hüququnu məhdudlaşdırmış, bununla da çəkişmə və ədalətli məhkəmə araşdırması prinsiplərinə əməl etmədən formal mülahizələr əsasında qanunsuz qərar qəbul etmişdir. Tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan inzibati xəta haqqında protokol olmuş hansı ki, bilavasitə səlahiyyətli vəzifəli şəxs olan Yol Patrul Xidməti inspektoru aşkar etdiyindən xüsusi texniki vasitə ilə qeyd alınmasının vacibliyi Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Inzibati xəta haqqında protokol tərtib edilərkən və qərar qəbul edilərkən vəzifəli şəxs tərəfindən nəqliyyat vasitəsinin vəziyyəti, aşkar edilmiş nasazlıqlar və normativ tələblərin pozulması araşdırılmışdır. Həmin hallar inzibati iş üzrə materiallarda öz əksini tapmışdır. Apellyasiya icraatı zamanı çıxış edən Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X4 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli TP ******* nömrəli X3 haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş ## #### 2026-cı il tarixli TP ******* nömrəli X3 haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ## #### 2026-cı il tarixdə 09:10 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində idarə etdiyi “Toyota Camry” minik markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, ona görə də barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026 tarixli qərarından görünür ki, eyni inzibati xəta hadisəsi əsasında tərtib edilmiş X3 haqqında qərardan verilmiş şikayət qismən təmin edilmiş, həmin qərar ləğv edilərək iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsnə göndərilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən mübahisələndirilən ## #### 2026-cı il tarixli, TP ******* nömrəli X3 haqqında qərarda və həmin qərarın əsaslandığı ## #### 2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokolda Inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin dispozisiyasını təşkil edən şərtlər konkretləşdirilməmişdir. Belə ki, həmin qərardan məlum deyildir ki, inzibati məsuliyyətə cəlb edilmiş şəxs məhz hansı normativ tələbi pozmaqla hansı avadanlığı dəyişdirmiş və ya quraşdırmışdır: nə pozulduğu iddia edilən normativ hüquqi aktın adı və konkret norması, nə də normativ tələblər pozulmaqla dəyişdirilmiş və ya quraşdırılmış avadanlığın nədən ibarət olması göstərilməməklə əməlin hüquqi tövsifi qeyrimüəyyən qalmışdır. Eyni zamanda dəyişdirilmiş və ya quraşdırılmış avadanlığın normativ tələblərə uyğun olmamasının nə ilə öz təsdiqini tapması aydın deyildir, belə halın mövcudluğunu təsdiq edən hər hansı sübuta (texniki baxış aktı, mütəxəssis və ya ekspert rəyi, foto-videomaterial və s.) istinad nə protokolda, nə də qərarda öz əksini tapmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Qeyd edilmişdir ki, məhkəmə araşdırılması zamanı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi öz təsdiqini tapmamışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda və həmin protokol əsasında qəbul edilmiş qərarda Qərardan şikayət verən orqan (şəxs) tərəfindən nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla hansı avadanlığın quraşdırılması və ya hansı əhəmiyyətli parçasının dəyişdirilməsi barədə heç bir əsaslandırma mövcud deyildir. Birinci instansiya məhkməsi qeyd etmişdir ki, eyni inzibati xəta hadisəsi üzrə əvvəllər qəbul edilmiş X3 haqqında qərar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə ləğv edilərək iş yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilsə də, səlahiyyətli orqan işə yenidən baxarkən göstərilən çatışmazlıqları aradan qaldırmamış, əlavə araşdırma aparmamış, barəsində icraat aparılan şəxsin iştirakını təmin etmədən və ona izahat vermək imkanı yaratmadan mahiyyət etibarilə eyni məzmunlu qərarı təkrarən qəbul etmişdir. Bu hal həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin prosessual hüquqlarının pozulmasına dəlalət edir, həm də işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması tələbinin yerinə yetirilmədiyini göstərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş ## #### 2026-cı il tarixli TP ******* nömrəli X3 haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə bu mövqe ilə razılaşaraq və şikayətin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. Inzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik– davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, inzibati orqan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən nəqliyyat vasitəsinə hansı avadanlığın quraşdırılması və ya dəyişdirilməsi barədə sübut əlavə etməməklə bu pozuntunu bilavasitə səlahiyyətli vəzifəli şəxs olan Yol Patrul Xidməti inspektorunun aşkar etdiyindən xüsusi texniki vasitə ilə qeyd alınmasının vacibliyinin Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Lakin inzibati orqan tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan inzibati xəta haqqında protokolun inzibati xətanı sübut etməyə kifayət etməsi qənaətinə gələrkən nəzərə almamışdır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında protokol səlahiyyətli vəzifəli şəxs tərəfindən tərtib edilmiş rəsmi prosessual sənəddir və həmin sənəddə göstərilən hallar digər iş materialları ilə birlikdə qiymətləndirilməlidir. Qeyd edilir ki, inzibati orqan inzibati xəta haqqında protokolu tərtib etməklə yanaşı, inzibati xətanın mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. Məhkəmə qeyd edir ki, istər inzibati orqan, istərsə də məhkəmə tərəfindən şəxsin inzibati məsuliyyətə görə tənbeh edilməsinə dair qərarı qanuni və əsaslı olmalı, mümkün və mötəbər sübutlara əsaslanmalıdır. X5 Məcəlləsində inzibati xətaya dair qərar sübut növlərindən biridir və şəxs yalnız o halda inzibati xətaya görə təqsirli bilinib tənbeh edilə bilər ki, işdə olan sübutların məcmusu şəxsin barəsində tənbeh qərarının çıxarılması üçün kifayət etsin. Lakin şikayətin dəlillərindən və iş materiallarından həmin hallar məhkəmə tərəfindən müəyyən edilmir. Qeyd edilir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilibtörədilməməsini yoxlamalıdır. Və məhkəmə materialı tədqiq edərkən şəxs tərəfindən inzibati xətanınn törədilməsi qeyri müəyyən qalmamalıdır, çünki barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs öz müdafiəsi üçün əks arqument gətirdiyi halda yaranmış şübhə onun xeyrinə həll edilməli olacaqdır. Lakin hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən sübut əlavə edilməməklə yanaşı, hansı avadanlığın quraşdırılması və ya dəyişdirilməsi qeyd edilməyərək hansı normativ tələblərin pozulması aydın olmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntulara yol verməsi halına rast gəlinməmişdir. Məhkəmə belə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2429/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2429/2026
10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver