Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2430/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən ##.##.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola və ona əlavə edilmiş sənədlərə əsasən vətəndaş Şahid ##.##.2025ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixlərdə ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də proqramlaşdırma müəllimi vəzifəsi üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə işə baxılmasında yalnız barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən müəssisənin müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. Şirkətdə əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxsin şikayətinin səbəbləri araşdırılmadan, habelə şikayətçinin təqdim etdiyi və inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən protokola əlavə edilmiş ərizə və izahata qiymət verilmədən, əsassız olaraq, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirinin və əməlində inzibati xəta tərkibinin olmadığı barədə birtərəfli və ədalətsiz qərar qəbul edilmişdir. Halbuki, Şahid DƏMX-ə müraciətində bildirdiyi əmək müqaviləsi bağlanılmadan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə işlərə cəlb edilməsi məhkəmə qərarında göstərilmişdir. Lakin məhkəmə bu faktları təsdiq edən sübutlara qiymət verməmişdir. Diqqətinizə çatdırırıq ki, Şahid həmin şirkətdə işləməsi MMC tərəfindən Xidmətə təqdim edilən tabellərlə təsdiq olunur. Bununla da, Şahid Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi tam sübuta yetir. Beləliklə, Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi aparılmadan və həmin sübutlar nəzərə alınmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tam qanuni və əsaslıdır. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətin dəlilləri ilə əlaqədar qeyd оlunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin olunmalı, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmaması ilə bağlı inzibati xəta haqqında icraata xitam verərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə” **/**-X saylı əmrdən görünür ki, “X2 Mərkəzi” bölməsində “proqramlaşdırma müəllimi” vəzifəsində işləyən Şahid ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. ##.##.2025-ci il tarixli müraciət vərəqəsindən görünür ki, vətəndaş Şahid ##.##.2024cü il tarixindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də “Proqramlaşdırma müəllimi” vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunmuşdur. ##.##.2025ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Lakin cari tarixədək son haqq-hesab ödənişi edilməmişdir. Vətəndaş qeyd edir ki, mart, aprel və may ayları üzrə əmək haqqı ödənişi tam şəkildə ödənilməmişdir. Vətəndaş iddia edir ki, əmək müqaviləsi xitam edildikdən sonra may və iyul ayı üzrə də həmin müəssisədə fəaliyyat göstərmişdir. Həmin dövrlə bağlı ödənişlər də həyata keçirilməmişdir. Göründüyü kimi, vətəndaş Şahid DƏMX-ə müraciət edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək müqaviləsinə xitam edildikdən sonra işlərə cəlb edildiyini bildirmişdir. İş üzrə tərtib edilmiş inzibati protokola əsasən, vətəndaş Şahid ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixlərdə ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də proqramlaşdırma müəllimi vəzifəsi üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də tərtib edilmiş iş vaxtının uçotu (tabel) cədvəllərinə əsasən vətəndaş Şahid ##.##.2025-ci il, ##.##.2025ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixlərdə ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də proqramlaşdırma müəllimi vəzifəsi üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi təsdiq olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Odur ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə əhəmiyyət vermədən, işin hallarını tam araşdırmadan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yanlış nəticəyə gəlmişdir. Həmçinin Şahid birinci instansiya məhkəməsində verdiyi ifadəsində və məhkəməyə ünvanladığı teleqram müraciətində əmək müqaviləsinə xitam verildikdən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də hər hansı fəaliyyət göstərmədiyini qəti şəkildə bildirməsinə münasibətdə məhkəmə Şahid inzibati xəta haqqında icraatın ilkin mərhələsində verdiyi şikayət ərizəsini daha inandırıcı qəbul edərək həmin ərizəsini sonradan hüquqi şəxsin vəzifəli şəxsləri ilə barışıq əldə etdiyindən onları məsuliyyətdən yayındırmaq cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən törədilməsi iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında əldə edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə törətdiyi xətanı nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tədbirini təyin etməklə tənbehin məqsədlərinə nail olmağı mümkün sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Odur ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv olunmalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20000 (iyirmi min) manat məbləğində cərimə edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDIM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2430/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2430/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver