Məhkəmə qərarları › İş №3(3-6)-2433/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2433/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2433/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) MMC-nin direktoru Vəzifəli şəxs, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) MMC-nin direktoru Vəzifəli şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayətin təmin edilməsi və həmin qərarın ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) MMC-nin direktoru Vəzifəli şəxs Azərbaycan Respublikası IXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) MMC-nin direktoru Vəzifəli şəxs məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 Xidmətinin Bakı şəhər Idarəsinin rəis müavini X1 tərəfindən ## ##### 2026-cı il tarixdə MN № ******* saylı qərar qəbul edilərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən barəsində 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati xəta haqqında işə baxılarkən işin bütün halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verilməlidir. Lakin qeyd olunan inzibati icraat zamanı bu tələblərə riayət edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) MMC-də müəllim vəzifəsində çalışmış X3 ##.##.2024-cü il tarixdən əmək müqaviləsi əsasında fəaliyyətə başlamışdır. 2025-ci ilin may ayından etibarən o, üzərinə düşən əmək funksiyalarını yerinə yetirməmiş, dərs prosesinin davamiyyətini pozmuş və işə mütəmadi gəlməmişdir. Bununla bağlı o, özü müraciət edərək əmək münasibətlərinə ##.##.2025-ci il tarixdən xitam verilməsini xahiş etmiş və bildirmişdir ki, ##.##.2025-ci il tarixdən etibarən Kapital Bank-da əmək fəaliyyətinə başlayır. Lakin buna baxmayaraq, o, faktiki olaraq işləmədiyi dövr üçün əməkhaqqı tələbi irəli sürmüşdür Bununla belə, o, faktiki olaraq işləmədiyi günlər üçün əməkhaqqı tələb etmişdir. Müəssisənin işgüzar nüfuzunun qorunması və təhsil alanların hüquqlarının təmin olunması məqsədilə, onun tələblərinə baxmayaraq, 2025-ci ilin may ayında 600 manat, iyun ayında isə 660 manat məbləğində ödəniş edilmişdir. Həmçinin, onun əmək intizamını pozması ilə bağlı tələbələr tərəfindən verilmiş yazılı izahatlar mövcuddur və iş materiallarına əlavə edilmişdir. Inzibati icraat zamanı o, izahat vermək üçün dəvət olunsa da, təqdim etdiyi sübutlar (iş davamiyyətin pozulması, digər iş yerində işləməsi və s.) nəzərə alınmamış, izahatı tam və obyektiv qiymətləndirilməmişdir. Qərar yalnız tabel qeydiyyatında ##.##.2025-ci il tarixinin göstərilməsinə əsaslanaraq qəbul edilmişdir ki, bu da texniki xarakterli səhvdir və faktiki vəziyyəti əks etdirmir. Azərbaycan Respublikasının inzibati qanunvericiliyinə əsasən sübutlar düzgün qiymətləndirilmədikdə və işin halları tam araşdırılmadıqda qəbul edilmiş qərar qanunsuz hesab olunur və ləğv edilməlidir. Beləliklə, inzibati orqan tərəfindən iş üzrə obyektiv araşdırma aparılmamış, təqdim edilmiş sübutlara hüquqi qiymət verilməmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Iş üzrə yuxarıda göstərilən qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən Vəzifəli şəxs barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, ##.##.2026-cı il tarixli qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) MMC ilə X3 arasında bağlanılan əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam verilmişdir. MMC tərəfindən Xidmətin Bakı Şəhər Idarəsinə təqdim edilən X3 iş uçotu tabeli cədvəlinə əsasən işçinin may ayının 22,24,26 və 29 tarixlərində tam iş vaxtı ilə işdə olduğu qeyd edilmiş, lakin araşdırma zamanı Əmək və Məşğulluq Altsisteminə baxış keçirilən zaman həmin tarxilərdə işçi ilə işəgötürən arasında qüvvədə ola əmək müqaviləsi aşkar edilməmişdir. Belə ki, sözügedən hal Inzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsi ilə hüquq pzountusu kimi öz əksini tapdığı üçün MMC-yə bu barədə məulmat verilən zaman müsəssisə tərəfindən məsuliyyətdən yayınmaq üçün addımlar atılmışdır. Vəzifəli şəxs izahat verərək bildirmişdir ki, işçinin həmin tarixlərdə işdə oluğunun qeyd edilməsi texniki yanlışıqla olmuşdur. Belə ki, sözügedən iş uçotu tabeli cədvəli MMC-nin mühasibi və ya bu işə təhkim olunmuş şəxs tərəfindən hazırlanır və müəssisənin möhürü vurulmaqla işəgötürənin imzası ilə təsdiq edilir. Göründüyü kimi, iş uçotu tabeli cədvəli həm mühasib və ya bu işə təhkim olunmuş şəxs tərəfindən, həm də işə götürən tərəfindən razılaşdırılaraq Xidmətə təqdim edilmişdir. Odur ki, sonradan həmin sənəddə texniki yanlışılığın olduğunun bildirilməsi məsuliyyətdən yayınmaq üçün atılan addım kimi, həmçinin ilk təqdim edilən iş uçotu tabeli cədvəli daha mötəbər sübut hesab edilərək işəgötürənin etirafı kimi qiymətləndirilməlidir. Bununla da, işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, işəgötürən tərəfindən əmək münasibətlərinə cəlb edildiyi sübut olunmuşdur. Beləliklə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Məhkəmə iclasında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək qərarın ləğv edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, ##.##.2026-cı il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) MMC-nin direktoru Vəzifəli şəxs apellyasiya şikayətinin əsassız olduğunu göstərmiş, bu səbəbdən də şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Işə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək qeyd etmişdir ki, tərəflər arasında tapşırıq müqaviləsi bağlandığından Rəmziyə Ilyasın əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi qənaətinə gəlinməsi üçün əsas yoxdur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisəsiz hal ondan ibarətdir ki, Babayev Hüseyn oğlunun ##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərində işə cəlb edilməsi əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş həyata keçirilmişdir. Işə faktiki cəlb edilmə halını təsdiq edən əsas sübutlardan biri iş vaxtının uçotu tabelidir. Həmin tabeldə göstərilən tarixlər üzrə işçinin öz imzasının olması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi tabeli işəgötürən tərəfindən birtərəfli qaydada tərtib edilən daxili uçot sənədi kimi qiymətləndirmiş və digər sübutlarla təsdiqlənmədiyi qənaətinə gəlmişdir. Lakin məhkəmənin bu nəticəsi tabeldə işçinin öz imzasının mövcud olması faktını lazımi qaydada nəzərə almamışdır. Belə ki, söhbət yalnız işəgötürənin birtərəfli qaydada etdiyi qeyddən deyil, işçinin dörd müxtəlif tarix üzrə işdə olmasını öz imzası ilə təsdiqlədiyi sənəddən gedir. Bu səbəbdən həmin sənədin yalnız “işəgötürənin birtərəfli daxili uçot sənədi” kimi qiymətləndirilməsi əsassızdır. Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin və iş üçün əhəmiyyətli digər halların müəyyən edilməsi üçün müxtəlif faktik məlumatlar, o cümlədən digər sənədlər sübut hesab olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə isə müəssisə, təşkilat, vəzifəli şəxs və fiziki şəxslərin təsdiq etdiyi və ya şərh etdiyi, iş üçün əhəmiyyətli məlumatları əks etdirən sənədlər də sübut hesab olunur. Məhkəmə işəgötürənin nümayəndəsinin tabeldəki qeydlərin “texniki səhv” nəticəsində aparılması barədə izahatına istinad etmişdir. Lakin həmin izahatın həqiqiliyini təsdiq edən obyektiv sübut qərarda göstərilməmişdir. Belə ki, müəyyən edilməmişdir: texniki səhvə konkret olaraq hansı şəxsin yol verdiyi; səhvin nədən ibarət olduğu; həmin səhvin hansı səbəbdən baş verdiyi; nə üçün səhv bir deyil, dörd müxtəlif tarixdə təkrarlandığı; işçinin öz imzasının tabeldə hansı əsasla mövcud olduğu; həmin səhvin sonradan düzəldilib-düzəldilmədiyi; düzəlişi təsdiq edən hər hansı sənədin olub-olmadığı; işçinin həmin tarixlərdə faktiki olaraq iş yerində olmadığını təsdiq edən hər hansı obyektiv sübutun mövcud olub-olmadığı. Beləliklə, işəgötürənin nümayəndəsinin “texniki səhv” barədə izahatının mövcud olması həmin halın özünün avtomatik olaraq sübut edilmiş hesab edilməsinə əsas vermir. Əksinə, dörd müxtəlif tarix üzrə aparılmış qeydlər və həmin qeydlərin işçinin imzası ilə təsdiqlənməsi nəzərə alınmaqla, məhkəmə bu izahatın digər sübutlarla müqayisəli şəkildə yoxlanılmasını təmin etməli idi. Məhkəmənin qərarında əmək müqaviləsi ilə tabeldə göstərilən tarixlər arasında ziddiyyətə istinad edilmişdir. Lakin bu hal hazırkı inzibati xətanın mahiyyəti baxımından əksinə, araşdırılmalı əsas məsələlərdən biridir. Çünki IXM-in 192.1-ci maddəsi məhz əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsini inzibati xəta hesab edir. Başqa sözlə, əmək müqaviləsinin həmin tarixlərdə hüquqi qüvvədə olmaması şəxsin həmin tarixlərdə işləmədiyini sübut etmir. Əgər şəxs faktiki olaraq işə cəlb edilmişdirsə, məhz bu hal 192.1-ci maddədə nəzərdə tutulan hüquqazidd əməlin əsas elementidir. Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2023-cü il tarixli qərarında da əmək münasibətlərinin formal sənədlə deyil, münasibətlərin həqiqi mahiyyəti və faktiki hallar araşdırılmaqla müəyyən edilməli olduğu vurğulanmışdır. Həmin qərarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin görülməsi ilə bağlı münasibətlərin, bir qayda olaraq, əmək münasibətləri olduğu və belə münasibətlərin işəgötürənin nəzarəti və təlimatı altında həyata keçirildiyi qeyd edilmişdir. Bu hüquqi mövqe hazırkı işə də tətbiq edilməlidir. Belə ki, əsas məsələ əmək müqaviləsinin mövcud olub-olmaması deyil, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin şəxsin faktiki olaraq işə cəlb edilib-edilməməsidir. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Odur ki, apellyasiya qaydasında şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati tənbeh vermə haqqında qərardan şikayət təmin edilməməli, MN ******* saylı, ##.##.2026-cı il tarixli “inzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-in 134.1.2, 135.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Vəzifəli şəxs MN ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Vəzifəli şəxs IXM-nin 192.1-ci maddəsi ilə tənbeh edilməsinə dair MN ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar