Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2439/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## ##### 1981-ci il tarixdə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsi ilə inzibati həbs edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından zərərçəkmiş şəxs İsayeva Məfkurə Sadıq qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Materialdan görünür ki, İsayeva Məfkurə Sadıq qızı ##.##.2026-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə müraciət edərək, 2025-ci ilin oktyabr ayında “instagram” sosial şəbəkəsində qarşısına çıxan elandaki nömrə ilə əlaqə saxlayaraq mebel sifariş verdiyini, həmin zaman Natiq adlı şəxsə 300 manat, yanvar ayında ise 200 manat göndərdiyini, lakin həmin şəxsin verdiyi vədə əməl etməməsi barədə məlumat vermişdir. Qeyd olunan faktla bağlı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində araşdırılma aparılmış və ## ###### 2026-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və hadisəni törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bu hərəkətinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim R.Cavadzadə) ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə təqsirli bilinib, 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbs müddətinin əvvəli ## #### 2026-cı il tarixdən, saat 18:55 dən hesablanmışdır. Hakimin göstərilən qərarından zərərçəkmiş şəxs İsayeva Məfkurə Sadıq qızı şikayət verərək, şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsilə təqsirli bilinib, 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbs müddətinin əvvəli ## #### 2026-cı il tarixdən, saat 18:55 dən hesablanmışdır. Ona vurulan zərər tam olaraq tamamilə ödənilmişdir. Onunla barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Həmin qərarın ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iclas zalından həbsdən azad edilməsini xahiş etmişdir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərəçəkmiş şəxs İsayeva Məfkurə Sadıq qızı məhkəmə iclasına gəlməmişlər. Zərərçəkmiş şəxs İsayeva Məfkurə Sadıq qızı məhkəməyə telefon vasitəsi ilə məlumat verərək apellyasiya şikayətini müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayənədisi isə məhkəmə iclasına gəlməmələrinin üzürlü səbəbdən olması və işin baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxs İsayeva Məfkurə Sadıq qızı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini, zərərçəkmiş şəxs İsayeva Məfkurə Sadıq qızı ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını bildirmişdir. Göstərdiklərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək məhkəmə hesab edir ki, verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun zərərçəkmiş şəxs İsayeva Məfkurə Sadıq qızına vurulmuş ziyanın ödəməklə barışması əsası ilə xitam verilməlidir. İlk olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün hüquqi qiymət verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib sonuncu barəsində şəxsiyyəti nəzərə alınmaqla inzibati tənbeh olaraq 02 (iki) ay müddətinə inzibati qaydada həbs tətbiq etmişdir. Yuxarıda adı çəkilə qərarın qəbulundan sonra zərərçəkmiş şəxs İsayeva Məfkurə Sadıq qızı məhkəməyə apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayətinin, tələbinin olmadığını və onunla barışdığını göstərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübut olunsa da, hazırda işin apellyasiya baxışı ərəfəsində onun zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödəməklə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizəsi nəzərə alınmalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 39.2 və 53.0.10-cu maddələri tətbiq edilməklə sonuncu inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 53.0.10, 134.1 və 134.1.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Zərərçəkmiş şəxs İsayeva Məfkurə Sadıq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsi ilə inzibati həbs edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 39.2 və 53.0.10-cu maddələri tətbiq edilməklə o, inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2439/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2439/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver