Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2442/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlyasova Qətibə Cəmil qızının, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya qaydasında şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə, ## ###### 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu, Kəlbəcər şəhəri, S.Vurğun küçəsi, ev 39-da qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan İlyasova Qətibə Cəmil qızının şikayəti təmin edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 253.3.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli ****** nömrəli aktdan görünür ki, ETSN-nin 168 Çağrı mərkəzi və ünvan 1 ünvanında yaşayan Ziyad Mənsimov tərəfindən daxil olmuş ##.##.2026-cı il tarixli İD-34971 nömrəli və Nazirliyin elektron poçt ünvanına daxil olmuş qonşusu tərəfindən ağac kəsilməsi müraciəti, və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən idarəyə daxil olmuş ##.##.2026-cı il tarixli *-**-**-*/*- **** nömrəli məktubda qeyd edilmiş dəymiş ziyan məbləğinin müəyyən edilməsi barədə müraciəti tərəflərindən yerində araşdırıldı. Araşdırma zamanı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi ünvanında vətəndaş İlyasova Qətibə Cəmil qızının yaşadığı fərdi yaşayış evinin qarşısında, divarın dibində köküstə yaş vəziyyətdə iki ədəd sərv (d=13,18sm) ağaclarının kök-boğazından kəsilərək məhv edildiyi müəyyən edildi. Faktla bağlı İlyasova Qətibə Cəmil qızı yazılı izahatında sözügedən ağacların fərdi yaşayış evinin qarşısında yerləşdiyini, elektrik xəttlərinə toxunduğunu, bu səbəbdən elektrik enerjisinin verilməsində problemlər yarandığını, buna görə ağacların kəsildiyini qeyd etdi. Araşdırma müddətində vətəndaş tərəfindən fərdi yaşayış evinin dam hissəsində çardaq konstruksiyasının quraşdırılması işlərinin həyata keçirildiyi aşkar edildi. Bununla da Azərbaycan Respublikasının “Yaşıllıqların Mühafizəsi haqqında” Qanununun 10 və 13-cü maddələrinin tələbləri pozulmuş və Nazirlər Kabinetinin 2016-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na əməl olunmamışdır. ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində İlyasova Qətibə Cəmil qızı tərəfindən fərdi yaşayış evinin qarşısında çardaq konstruksiyasının quraşdırılması zamanı iki ədəd ağac kəsilib. Nəticədə İlyasova Qətibə Cəmil qızı İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ### 2026cı il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, İlyasova Qətibə Cəmil qızı tərəfindən Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi, fərdi yaşayış evinin qarşısında tikinti işləri aparılarkən iki ədad DM (13 və 18)sm olan sərv ağacının qanunsuz kəsilməsi müəyən edilmişdir. Nəticədə İlyasova Qətibə Cəmil qızı Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 4400 (dörd min dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İlyasova Qətibə Cəmil qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi apellyasiya qaydada şikayət verərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli MN ******* saylı qərarının dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Sabunçu Rayon Məhkəməsində ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin məhkəmədə iştirakı təmin olunmadan, İdarə nümayəndəsinin işlə bağlı obyektiv mövqeyi və ya izahatı alınmadan, yalnız inzibati xəta törətmiş şəxsin iştirakı ilə qərar qəbul edilmişdir. İşin faktiki halları ilə bağlı bildiririk ki, ETSN-nin 168 Çağrı mərkəzi və ünvan 1 ünvanında yaşayan Ziyad Mənsimov tərəfindən daxil olmuş ##.##.2026-cı il tarixli İD-34971 nömrəli və Nazirliyin elektron poçt ünvanına daxil olmuş qonşusu tərəfindən ağac kəsilməsi müraciəti, və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən idarəyə daxil olmuş ##.##.2026-cı il tarixli *-**-**-*/*-**** nömrəli məktubda qeyd edilmiş dəymiş ziyan məbləğinin müəyyən edilməsi barədə müraciəti tərəflərindən yerində araşdırılmışdır. Araşdırma zamanı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi ünvanında vətəndaş İlyasova Qətibə Cəmil qızının yaşadığı fərdi yaşayış evinin qarşısında, divarın dibində köküstə yaş vəziyyətdə iki ədəd sərv (d=13,18sm) ağaclarının kök-boğazından kəsilərək məhv edildiyi müəyyən edilmişdir. Faktla bağlı İlyasova Qətibə Cəmil qızı yazılı izahatında sözügedən ağacların fərdi yaşayış evinin qarşısında yerləşdiyini, elektrik xəttlərinə toxunduğunu, bu səbəbdən elektrik enerjisinin verilməsində problemlər yarandığını, buna görə ağacların kəsildiyini qeyd etmişdir. Araşdırma müddətində vətəndaş tərəfindən fərdi yaşayış evinin dam hissəsində çardaq konstruksiyasının quraşdırılması işlərinin həyata keçirildiyi aşkar edilmişdir. Bununla da Azərbaycan Respublikasının “Yaşıllıqların Mühafizəsi haqqında” Qanununun 10 və 13-cü maddələrinin tələbləri pozulmuş və Nazirlər Kabinetinin 2016-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na əməl olunmamışdır. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan İdarənin qanuni qərarını əsassız olaraq ləğv etmişdir. Göründüyü kimi, İlyasova Qətibə Cəmil qızı barəsində aparılmış inzibati araşdırma tam qanunvericiliyin tələblərinə uyğun aparılmış və qeyd olunan səbəblərdən Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-***)-****/**** saylı qərarı tamamilə qərəzlidir. Belə ki, inzibati xəta haqqında işə məhkəmə tərəfindən hərtərəfli və tam baxılmamış, inzibati xətalar və ətraf mühitin mühafizəsi haqqında qanunverciliyin bir sıra maddələrini kobud şəkildə pozmuş İlyasova Qətibə Cəmil qızınun qanunsuz əməllərinə hüquqi qiymət verilməmişdir. İdarə tərəfindən aparılan araşdırma zamanı aşkar olunmuş faktları özündə əks etdirən akt, daxil olmuş məlumat, şəxsin yazılı izahatı, protokol, inzibati xəta hadisəsini özündə əks etdirən (sübüt edən) sənədlər, inzibati xəta haqqında işə baxılmanın yeri və müddətinin İlyasova Qətibə Cəmil qızına qanunvericiliyin tələblərinə uyğun bildirilməsi və s. bunu sübut edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 şikayətin dəlillərinə uyğun çıxış edərək birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İlyasova Qətibə Cəmil qızı şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələb İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları qiymətləndirərək qeyd etmişdir ki, inzibati xəta haqqında qərarı qəbul etmiş orqan tərəfindən yaşıllıq sahəsində hər hansı tikinti və abadlıq işlərinin aparılması halı müəyyən edilməmişdir. Həmçinin, İlyasova Qətibə Cəmil qızı ağacları məcburiyyətdən kəsmiş, bu da onun hərəkətlərinin təqsirli olaraq törədilməməsinə dəlalət edən hal olmuşdur. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-nin 2-ci maddəsi). İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutlarla şikayətin dəlillərini yoxlamış, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirmişdir. Məhz bu qiymətləndirmənin nəticəsi olaraq apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. İşin mübahisəsiz halıdır ki, İlyasova Qətibə Cəmil qızı yaşadığı fərdi yaşayış evinin qarşısında, divarın dibində köküstə yaş vəziyyətdə iki ədəd sərv ağaclarını kəsərək məhv etmişdir. Bu fakt, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş akt, foto şəkillərlə yanaşı İlyasova Qətibə Cəmil qızının özünün izahatı ilə təsdiq olunur. Birinci instansiya məhkəməsi İlyasova Qətibə Cəmil qızının xətanı təqsirli olaraq törətməməsini onunla əlaqələndirmişdir ki, o, özünün əkib əziyyətlə böyütdüyü, kəsməyə əli gəlmədiyi ağacları elektrik xətlərinə mane olması ilə bağlı məcburiyyət səbəbindən kəsmiş, bu qəsdin “arzu etmək” və “şüurlu surətdə yol vermək” kimi xüsusiyyətlərinə uyğun olmamışdır. Məhkəmə, birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmaq üçün əsas görmür və işin faktiki halları onu deməyə əsas verir ki, İlyasova Qətibə Cəmil qızı öz əməlinin (hərəkətinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. İlyasova Qətibə Cəmil qızı izahatında ağacları elektrik xətlərinə mane olması və həmin xətlər üçün təhlükə yaratması səbəbindən kəsdiyini bildirmişdir. İXM-in 253.2-ci maddəsinə əsasən, meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsi, kəsilməsi və ya məhv edilməsi inzibati məsuliyyət yaradır. Həmin normanın dispozisiyasında ağacın kəsilməsinin “qanunsuz” olması ayrıca ifadə edilməsə də, inzibati məsuliyyətin ümumi əsaslarına görə yalnız hüquqazidd və təqsirli əməl inzibati xəta hesab edilir. İXM-in 3-cü və 12.1-ci maddələrindən də görünür ki, inzibati məsuliyyət üçün əməl həm hüquqazidd, həm də təqsirli olmalıdır. Şəxsin ağacları elektrik xətlərinə mane olduğu üçün kəsməsi barədə izahatı onun ağacları təsadüfən və ya nəticəni qabaqcadan görmədən kəsməsini deyil, əksinə, ağacların kəsilməsi barədə şüurlu və məqsədyönlü qərar qəbul etdiyini göstərir. Başqa sözlə, şəxs ağacların mövcudluğunu bilmiş, onları məhz müəyyən məqsədlə kəsməyə yönəlmiş hərəkətlər etmişdir. İXM-in 13-cü maddəsinə əsasən, şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmiş və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, inzibati xəta qəsdən törədilmiş hesab olunur. Bu baxımdan, şəxsin ağacları bilərəkdən kəsməsi faktı öz-özlüyündə onun hərəkətinin ehtiyatsızlıqdan törədildiyini qəbul etməyə əsas vermir. “Elektrik xətlərinə mane olurdu” ifadəsi hərəkətin ehtiyatsızlıqla törədilməsini deyil, şəxsin ağacları hansı məqsədlə kəsməsini izah edən motivi ifadə edir. Birinci instansiya məhkəməsi İlyasova Qətibə Cəmil qızının elektrik xətlərinin təhlükəsizliyini təmin etmək məqsədilə hərəkət etdiyini göstərsə də, real və konkret təhlükənin mövcudluğu ilə bağlı, həmin təhlükənin digər vasitələrlə aradan qaldırılmasının mümkün olubolmaması və şəxsin ağacları kəsmədən əvvəl müvafiq səlahiyyətli quruma müraciət etmək imkanının olub-olmamasını araşdırmamışdır. Eyni zamanda, hazırkı iş üzrə son zərurət halı da müəyyən edilməmişdir. İXM-in 19.1-ci maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. İlyasova Qətibə Cəmil qızının yalnız “ağaclar elektrik xətlərinə ziyan vururdu” deməsi onun əməlini birmənalı olaraq son zərurət vəziyyətində edilmiş hərəkət kimi qiymətləndirməyə əsas vermir. Bunun üçün elektrik xətlərinə real və bilavasitə təhlükənin mövcudluğu, təhlükənin təxirəsalınmaz xarakter daşıması və həmin təhlükənin başqa qanuni vasitə ilə aradan qaldırılmasının mümkün olmaması sübuta yetirilməli idi. Belə hallar təsdiqini tapmadığından və şəxsin ağacları öz təşəbbüsü ilə, müvafiq səlahiyyətli qurumun razılığı və ya göstərişi olmadan, bilərəkdən kəsdiyi müəyyən edildiyindən, onun əməlində İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu qənaətinə gəlmək mümkündür. Bununla belə, birinci instansiya məhkəməsinin tikinti və abadlaşdırma işləri aparılması halının müəyyən edilməməsi qənaəti əsaslı olmuşdur. Qeyd edildiyi kimi, İlyasova Qətibə Cəmil qızı ağacları elektrik xətlərinə ziyan vururması səbəbindən kəsməsini bildirmiş, səlahiyyətli orqan həmin ərazidə tikinti və abadlaşdırma işləri aparılması ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. Tikinti-abadlaşdırma işlərinin aparılması, səlahiyyətli orqanının əməkdaşlarının birtərəfli şəkildə tərtib etdiyi aktda göstərilmiş, araşdırma müddətində vətəndaş tərəfindən fərdi yaşayış evinin dam hissəsində çardaq konstruksiyasının quraşdırılması işlərinin həyata keçirildiyi göstərilmişdir. İlyasova Qətibə Cəmil qızı çardağın əvvəldən quraşdırıldığını, həmin ağacların çardağa hər hansı maneə törətmədiyini, ağacların bu məqsədlə kəsilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 həmin evdə çardaq tikintisi getsə də, həmin ağacların çardaq tikilən ərazidən aralı olduğunu göstərmişdir. İXM-in 75-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi). Şikayətçidən alınmış izahatı, sənədləri işin müəyyən edilmiş sayılan halları və Qətibə İlyasovanın təqsirli bilindiyi İXM-in 253.3.1-ci maddəsinin dispozisiyası, xətanın tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan, sözügedən xətanın tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı aydın olur. Qətibə İlyasovanın mübahisəsiz qəbul edilən əməlinə gəldikdə, məhkəmə nəzərə alır ki, inzibati xətalar qanunvericiliyində əməlin tövsif edilməsi ilə bağlı bilavasitə normalar nəzərdə tutulmamışdır. Bununla belə, qanunvericilik bunu qadağan etməmiş, əksinə Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarındakı şərhlər bunun mümkün olduğunu göstərmişdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsinə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Məsələn, Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşı iş üzrə # #### 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə ## ###### 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd etmişdir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyində əməlin tövsifini qadağan edən normalar olmamış, inzibati xətalar qanunvericiliyində əməlin tövsif edilməsi ilə bağlı normaların olmaması da məhəkəmənin əməli tövsif etmək kimi imkanını məhdudlaşdırmamışdır. Məhkəmə bir daha qeyd edir ki, əməlin tövsifini tənzimləyən normalar maddi hüquq norması olmamaqla prosessual münasibətləri tənzimləməkdədir. Yuxarıda sadalanan normalar da, qanunun analogiya üzrə tətbiqinin o zaman mümkün olduğunu göstərmişdir ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə onu da nəzərə alır ki, İXM-in 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin İXM-in məhz hansı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxması konkret göstərilmişdir. Hazırda mübahisələndirilən xəta haqqında işə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) aid edilmişdir. Lakin, hazırkı icraat ilkin icraat olmamaqla inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması icraatıdır və bu halda da məhkəmənin İXM-in 43.1-ci maddəsində nəzərtə tutulmayan xətalara dair işlər üzrə yekun nəticəyə gəlmək səlahiyyəti də qanunvericiliklə məhdudlaşdırılmamışdır. Aydındır ki, inzibati xətalara dair qanunvericilikdə inzibati tənbehlə əlaqədar müvafiq icra hakimiyyəti orqanın qərarından məhkəməyə şikayət vermək hüququ mövcuddur. Bu halda, qanunvericilik məhkəməyə (hakimə) inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar nəzərdə tutmuş, bunun nəticəsi olaraq qəbul ediləcək qərarları sadalamışdır. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İXM-in 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göründüyü kimi, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar yalnız səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması zamanı mümkündür. Digər - İXM-in 135.1.2 – 135.1.5-ci maddələrində nəzərdə tutulan hallarda isə hakim müstəsna olaraq qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək səlahiyyətindədir. Qeyd olunan normaların müqayisəli təhlili onu göstərir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim İXM-in 135.1.2 – 135.1.5-ci maddələrində nəzərdə tutulan halları müəyyən edərsə onun səlahiyyəti yalnız İXM-in 43.1-ci maddəsində nəzərdə tutulan xətalara münasibətdə məhdudlaşmır, əksinə İXM-in 43.1-ci maddəsində nəzərdə nəzərdə tutulmayan xətalar üzrə qəbul edilmiş qərarların dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması səlahiyyətini nəzərdə tutur ki, bu zaman xətanın İXM-in 43.1ci maddəsində nəzərdə tutulan xəta olub-olmamasını qanunvericilik fərqləndirmir. İXM-in 135.2-ci maddəsinin tələbləri də bu mövqeyi dəstəkləyərək müəyyən edir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yəni, bu norma barəsində qərar qəbul edilmiş şəxsin şikayəti üzrə onun vəziyyətini yüngülləşdirən qərarın qəbulunu da nəzərdə tutumuşdur. Qanunvericiliklə yanaşı məhkəmə təcrübəsi də, onu göstərir ki, məhkəmələr İXM-in 43.1ci maddəsində nəzərdə nəzərdə tutulmayan xətalara münasibətdə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxan zaman həmin qərarı ləğv etməklə yanaşı iş üzrə icraata xitam verməklə, bununla da, işi mahiyyəti üzrə həll etməklə yekun qərar qəbul edirlər. Əks yanaşma, hakimin, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması barədə səlahiyyətini də anlamsız edərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Həmin Qərarda göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması həmin qərarı qəbul etmiş orqanın səhvlərinin düzəldilməsinin vasitəsi kimi çıxış edir. Bu növ icraatda məhkəmə (birinci və ya apellyasiya instansiyası məhkəməsi) araşdırması zamanı işin hallarının hərtərəfli və tam öyrənilməsinə, törədilmiş inzibati xətaya lazımi hüquqi qiymətin verilməsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının təmin edilməsinə maneə yaratmış qanun pozuntusu müəyyən edilərək aradan qaldırılır. Bu isə məhkəməyə imkan verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim tərəfindən qəbul olunmuş qərarın qanuniliyinin yoxlanılması nəticəsində həmin qərarın işin faktiki hallarına və ya inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun olmadığı təqdirdə onu dəyişdirsin, ləğv edərək yeni qərar çıxarsın və ya işin yenidən baxılması üçün göndərilməsi haqqında qərar qəbul etsin. Bununla da səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya hakimin icraat zamanı yol verdiyi səhvlər aradan qaldırılır. Prosessual qənaət prinsipi də məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Məhkəmə yuxarıda sadalanları nəzərə alaraq hesab edir ki, hazırkı halda qanunun analogiya üzrə tətbiqi mümkündür və oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində tənzimlənmədiyindən qanunun analogiyası tətbiq edilməklə məsələ Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə şikayətçinin əməlində İXM-in 253.3.1-ci maddəsinin tərkibinin sübuta yetirilməməsi ilə razılaşsa da, onun tamamilə təqsirsiz olması qənaətində deyil. Məhkəmə təkrarlayır ki, Qətibə İlyasovanın iki ağac kəsməsi mübahisəsizdir və onun əməli İXM-in 253.2ci maddəsinin tərkibi ilə uzlaşmışdır. İXM-in 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Məhkəmə yuxarıda sadalanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin və inzibati orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə Qətibə İlyasovanın Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, onun İXM-nin 253.3.1-ci maddəsi ilə tənbeh edilməsinə dair ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməli, o, İXM-in 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməlidir. Beləliklə, şərh olunanlara əsasən və İXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İlyasova Qətibə Cəmil qızının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilsin. İlyasova Qətibə Cəmil qızının İXM-nin 253.3.1-ci maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin, o, İXM-in 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2442/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2442/2026
11.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver