Məhkəmə qərarları › İş №3(3-6)-2443/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2443/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2443/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Məhkəmə iclas katibi X2 Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məmmədova İlahə Ramiz qızının iştirakı ilə, Məmmədova İlahə Ramiz qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Məmmədova İlahə Ramiz qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Məmmədova İlahə Ramiz qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Məmmədova İlahə Ramiz qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbir tətbiq. edilmişdir Qərardan narazı qalan Məmmədova İlahə Ramiz qızı apellyasiya qaydasında şikayət verərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı tamamilə əsassızdır. İcradan yayınma halı yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məmmədova İlahə Ramiz qızı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya şikayətinə etraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının izahatını dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə, əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokola əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli icra sənədinə əsasən, Məmmədova İlahə Ramiz qızından Zərərçəkmiş şəxs xeyrinə 19.268,24 manat məbləğində pul vəsaitinin tutulması müəyyən edilmiş, lakin borclu tərəfindən icra sənədinin tələbləri üzrsüz səbəbdən yerinə yetirilməmişdir.. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Kia K7” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpası üçün 13410 manat, avtomobilə görə real zərər üçün 5000 manat olmaqla, cəmi 18410 manat məbləğində pul cavabdeh Məmmədova İlahə Ramiz qızından tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə keçirilmiş qiymətləndirmənin aparılmasına sərf edilmiş mütəxəssis xərci kimi 400 manat məbləğində pulun 250 manatı, həmçinin 186.31 manat dövlət rüsumu və 421.93 manat hüquqi xidmət haqqı cavabdeh Məmmədova İlahə Ramiz qızından tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi nəzərdə tuutlmuşdur. İş materiallarına əlavə edilmiş “İcraata başlamaq haqqında” ##.##.2026-cı il tarixli qərardan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 3(008)- ****/****-*** saylı, ##.##.2026cı il tarixli icra sənəd ilə bağlı icraat başlanılmışdır. İzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon İcraŞöbəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Məmmədova İlahə Ramiz qızına tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq işə baxan məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş materiallarında olan izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Məmmədova İlahə Ramiz qızı tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədova İlahə Ramiz qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məmmədova İlahə Ramiz qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar