Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2445/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Milana Varis qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük Idarəsinin rəis müavini, R Mahmud Nuriyev tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsi “xxxx” MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə ## #### 2026-cı il tarixli *****-*****/** nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Bakı Baş Gömrük idarəsi, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- ****/***/****** saylı materialın araşdırılması ilə əlaqədar olaraq müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən ##.##.2017ci il tarixindən ##.##.2026-cı il tarixinə qədər rəsmiləşdirilən 01252000083799 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2874 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarı ilə Hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük Idarəsinin rəis müavini, R Mahmud Nuriyev apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ixracatçı tərəfindən gömrük orqanına düzgün məlumat verilməmiş, müvafiq gömrük bəyannaməsinə düzəliş edilməsi üçün heç bir müraciət edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati orqana məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində inzibati orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi IXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək iş üzrə icraata xitam vermişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli *****-*****/** nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük idarəsi, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş *- **-****/***/****** saylı materialın araşdırılması ilə əlaqədar olaraq müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən ##.##.2017-ci il tarixindən ##.##.2026-cı il tarixinə qədər rəsmiləşdirilən 01252000083799 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2874 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. Faktla bağlı Bakı Bas Gömrük Idarəsinin Əməliyyat və təhqiqat Idarəsinin Təhqiqat şöbəsində araşdırma başlanılmışdır. Araşdırma ilə əlaqədar olaraq ABŞ dollarının Azərbaycan manatına qarsı məzənnəsinin müəyyən olunması zərurəti yaranmışdır. Bu məqsədlə ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsi barədə məlumatı dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilmişdir. Baxış zamanı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış Idarəetmə sisteminin "Əməkdaşlıq” bölməsinin “X1 məzənnəsi” alt bölməsindəki "Azərbaycan Respublikasının Mərkəzi Bankı ##.##.2025-ci il tarixdən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülleteni”ndə göstərilmiş 1 ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsinin 1.7Q manat olmasını müəyyən edilmişdir. Odur ki, ##.##.2025-ci il tarixdən etibarən 1 ABŞ dollarının Azərbaycan manatına qarsı rəsmi məzənnəsinin 1.70 manat olmasını nəzərə alsaq 2874 AB$ dolları 4885.80 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə “xxxx” MMC tərəfindən 1 gömrük bəyannaməsi üzrə miqdarı 4885 80 manat təşkil edən xarici valyuta vəsaitlərinin ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməmişdir. “xxxx" MMC-nin nümayəndəsi X2 izahat vermiş və izahatında göstərmişdir ki, hüquqi şəxs “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsidir, MMC tərəfindən 2025-ci ilin may ayında Türkiyə Respublikasından “bulğur, quru qara çay, tut pəkməzi, helva, çörəkotu yağı, pomidor qurusu, konservləşdrilmiş tərəvəzlər, konservləşdirilmiş zeytunlar, konservləşdirilmiş tərəvəz turşuları, kakaolu fındıq kreması, fındıq əzməsi, fıstıq əzməsi, yaşıl çay və konservləşdrılmış yarpaq dolması” yükləri idxal olunmuşdur. Həmin yüklərdən 2874 ABŞ dolları dəyərində olan “çörəkotu yağı” yükünə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən rəy verilmədiyi üçün MMC həmin yükləri geri qaytarmalı olmuşdur. 2874 ABŞ dolları dəyərində olan "çorəkotu yağı" yükünü Türkiyə Respublikasına geri qaytaran zaman təkrar ixrac gömrük proseduru altında deyil, ixrac gömrük proseduru altında yerləşdirildiyi üçün bu hal baş vermişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin ## ### 2025-ci il tarixli *** nömrəli qərarından görünür ki, xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixli, ID********** nömrəli müraciət əsasında Türkiyədən idxal olunmuş, istehsalçısı “xxxx” müəssisəsi olan ##.##.2025-ci il istehsal tarixli, ##.##.2027-ci il son istifadə tarixli 240327 partiya nömrəli ümumi çəkisi 339 kq olan, çörəkotu yağı məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina olunmuşdur. ## #### 2026-cı il tarixli Gömrük Bəyannaməsindən görünür ki, 2874 ABŞ dolları dəyərində olan 339 kq “çörəkotu yağı” yükü “xxxx" MMC tərəfindən “X3 Gıda Sanayi ve Ticaret Limited Şirketi” adına Türkiyə Respublikasına ixrac edilmişdir. IXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin ## #### 1997-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Məhkəmə, MMC-nin əməlində IXM-in 483-cü maddəsinin tərkibinin olması və sübuta yetirilməsi ilə bağlı inzibati orqanının dəlili ilə razılaşmır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, “Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasının subyektiv cəhəti şəxsin təqsirli olması, yəni onun qəsdən və ya ehtiyatsızlıqdan törədilən hüquqazidd hərəkətə və ya hərəkətsizliyə psixi münasibəti ilə müəyyən edilir.”. Qeyd edilən Konstitusiya Məhkəməsi Qərarından da aydın olur ki, xarici valyuta vəsaitlərinin xarixdən vaxtında qaytarılmaması inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qəsdi ilə əhatə olunmalıdır. Hüquqi şəxs“xxxx” MMC tərəfindən Türkiyədən idxal edilmiş mallara Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin ## ### 2025-ci il tarixli *** nömrəli qərarına əsasən sağlamlıq aktının verilməsindən imtina olunduğundan, həmin mallar ## #### 2026-cı il tarixli Gömrük Bəyannaməsinə əsasən Türkiyəyə qaytarılmış, faktiki olaraq təkrar ixrac adı altında bəyan edilməli olan mallar ixrac kimi bəyan edilmiş və hüquqi şəxsin qanunsuz olaraq xarici valyuta vəsaitlərinin ölkə xaricində saxlaması və ya valyuta sisteminin fəaliyyətinə mənfi təsir göstərməsi kimi niyyətinin olması sübuta yetirilməmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq Qərara aldım: Apellyasiya qaydasında şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin «xxxx” MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2445/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2445/2026
10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver