Məhkəmə qərarları › İş №3(3-6)-2446/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2446/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2446/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X3, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1, Vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən IXM-nin 53.1.6-cı maddəsinə əsasın xitam verilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında ## ### 2026-cı il tarixli IXP seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyinin baş məsləhətçisi X2 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli IXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Ağsu rayonu, Qaraməryəm yolu, Girdimançay ərazisində ## ###### 2026-cı il tarixdə vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən akkreditasiya olunmadan kalibrlənmə fəaliyyətinin həyata keçirilməsi nəticəsində vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Elnurə Rəcəbova) ##.##.2026-cı il tarixli qərarı ilə Vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən IXM-nin 53.1.6-cı maddəsinə əsasın xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyi apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Şikayətlə əlaqədar inzibati işin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyinin baş məsləhətçisi X2 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli IXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Ağsu rayonu, Qaraməryəm yolu, Girdimançay ərazisində ## ###### 2026-cı il tarixdə vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən akkreditasiya olunmadan kalibrlənmə fəaliyyətinin həyata keçirilməsi nəticəsində vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Republikasının Inzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi iş materialları ilə sübut olunsa da, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən şəxsin barəsində Azərbaycan Respublikası IXM-in 538-1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-in 53.1.6-cı maddəsinə əsasən xitam verilməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Republikasının Inzibati Xətalar Məcəlləsinin ; 538-1.1-ci maddəsinə əsasən, akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Inzibati orqanın iddiasına görə hazırkı xəta uzanan inzibati xəta olmuş, birinci instansiya məhkəməsinin inzibat məsuliyyətə cəlbetmə müddətinin keçməsi əsası ilə iş üzrə icraata xitam verməsi qanuni olmamışdır. IXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (“M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il ## ##### və “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il ## ###### tarixli Qərarlar). Bu hüquqi mövqeyin davamı olaraq qeyd olunmalıdır ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirlməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır. Yuxarıda göstərilənlərə əsasən qeyd etmək lazımdır ki, Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə vaxtının müəyyən edilməsi məsələsinin həlli zamanı Inzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin həmin Məcəllənin 38.3cü maddəsi ilə sistemli əlaqəsindən çıxış etmək lazımdır. Şəxsin IXM-nin 538-1.1-ci maddəsi ilə əhatə olunan hüquqazidd əməli Inzibati Xətalar Məcəlləsinin Idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aiddir və Məcəllənin 38.1-ci maddəsinə əsasən göstərilən maddə ilə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən 4 ay keçənədək verilə bilərdi. Məhkəmə razılaşır ki, qeyd olunan xəta uzanan inzibati xətadır və inzibati məsuliyyətə cəlbetmə müddətinin hesablanması zamanı IXM-in 38.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. IXM-in 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Hazırkı işin hallarından görünür ki, səlahiyyətli orqan tərəfindən MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ##.##.2026-cı il tarixdə tərtib edilmişdir. Səlahiyyətli orqan protokolda inzibati xətanın törədilməsi vaxtını ## ###### 2026-cı il göstərmişdir. Yəni, səlahiyyətli orqan tərəfindən inzibati xəta artıq ##.##.2026-cı il tarixdə aşkar edilmişdir. IXM-nin 538-1.1-ci maddəsində qeyd edilən inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti qanunvericiliyə əsasən dörd ay müəyyən edildiyindən, hüquqazidd fəaliyyətin aşkar edildiyi tarix ##.##.2026-cı il olduğundan, bununla da həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etməyə imkan verən 04 aylıq müddət də keçmiş hesab olunmaqla bu hal, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini istisna edir. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsi ilə əhatə olunan hüquqazidd əməli Inzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aiddir və Məcəllənin 38.1-ci maddəsinə əsasən göstərilən maddə ilə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən 4 ay keçənədək verilə bilərdi. Hazırda müəyyən olunur ki, inzibati xətanın törədildiyi gündən dörd aydan artıq müddətin keçdiyi müəyyən olunur. Məhkəmə iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, qanunvericiliyin tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında icraata xitam verməkdə haqlı olmuşdur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən IXM-nin 53.1.6-cı maddəsinə əsasın xitam verilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar