Məhkəmə qərarları › İş №3(3-6)-2449/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2449/2026

13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2449/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sedrliyi ilə, İbrahimova İlahə Arif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş ##.##.2026-cı il tarixli EP******* nömrəli inzibati xəta haqqında protokola görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 50.000 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ##.##.2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 50.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ##.##.2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş həmin ##.##.2026-cı il tarixli EP******* nömrəli protokol baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) AR İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 50.000 (əlli min) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni, 10.000 (on min) ABŞ dolları (ödənilən günün manatla olan məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx”xxxx"xxxx' MMC-nin he bir məlumatı olmamışdır. 1 ildən çoxdur ki, Qazaxstanda fəaliyyətgöstərən“xxxx” MMC ilə danışıqlar aparılmışdır ki, müqavilə çərçivəsində razılaşdırılmış malların Azərbaycana göndərilsin, həttaaidiyyəti nümayəndələrdə məsələnin həll olunması üçün Qazaxstana getmişdir. Lakin heç bir nəticə əldə etmək mümkün olmamışdır.Sonradan məlum olmuşdur ki, Qazaxtstanda vergi orqanının şikayəti əsasında məhkəmənin müvafiq qərarı əsasında “xxxx” MMCləğv edilmişdir. Bu səbəbdən malların Azərbaycana göndərilməsi baş tutmamışdır.Göründüyü kimi inzibati xəta hadisəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin səhvinə görə törədilməmişdir. Hazırda ləğv edilmiş "xxxx” MMCninsəlahiyyətli şəxsləri barəsində cinayət hüquqi tədbirlərin görülməsi üçün Qazaxstanda hüquqi proses başladılmışdır. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarından görünür ki, ##.##.2024-cü il tarixli “Contract”dan müəyyən edilir ki, həmin müqavilə satıcı- “Global Trade” ilə Alıcı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında bağlanmışdır. İş materiallarında olan - ##.##.2024-cü il tarixli “İnvoice”dan müəyyən edilir ki, cəmi 50.000 ABŞ dolları olan mallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən alınmışdır. İş materiallarında olan ##.##.2024-cü il tarixli “Ödəniş tapşırığı”dan müəyyən edilir ki, 50.000 ABŞ dolları məbləğində vəsait ##.##.2024-cü il tarixində benefisiar “Global Trade”nin bank hesabına köçürülmüşdür. İş materiallarında olan “xxxx” ASC tərəfindən AR Mərkəzi Bankına ##.##.2026-cı il tarixli məktubdan müəyyən edilir ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeydi-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın tələbi olaraq, idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və ya xidmətin idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin siyahısında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC də vardır. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 50.000 (əlli min) ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ##.##.2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 50.000 (əlli min) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ##.##.2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta pozuntusunun tərkibi vardır Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyə əsasən malı idxalını təsdiq edən yeganə sənəd gömrük bəyannaməsidir. Mal ölkəyə daxil olubsa, gömrük bəyannaməsi mövcud olmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2024-cü il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüş 50.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların vəsaitin köçürüldüyü gündən 2 il müddətində ölkəyə idxal olunmasını təsdiq edəcək sənədlər təqdim olunmamışdır. Qanunla qabaqcadan ödəniş aparılmış valyuta vəsaiti üzrə konkret müddət müəyyən edilmişdir və bu müddət ən geci iki ildən ibarətdir. Bu müddət ərzində mallar artıq ölkəyə faktiki olaraq daxil olmalı idi. İş materiallarına idxalla bağlı hər hansı sənəd əlavə edilməmişdir. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar