Məhkəmə qərarları › İş №3(3-6)-2451/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2451/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2451/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızı, Bakı şəhər Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru, R Cəbrayıllı İlqar Çingiz oğlu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra – Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhər Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi (bundan sonra səlahiyyətli orqan) YPX inspektoru, R Cəbrayıllı İlqar Çingiz oğlunun tərtib etdiyi ## ##### 2026cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında (həmin protokol Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə səlahiyyətli orqana qaytarılmışdır) qəbul etdiyi ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarix, saat 09:25-də “Mitsubishi Pajero” minik markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – həmin avtomobil) ünvan 1 ünvanında işıq cihazlarından istifadə qaydalarını pozmaqla və alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilib, barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbirini tətbiq edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2026-cı il tarixli, TP seriyalı, 8075119 qərar dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, o, iş üzrə YPX inspektoruna sərxoş vəziyyətdə olmadığını bildirsə də, sonuncu tərəfindən tibbi müayinəyə aparılmamış, məcburiyyət qarşısında qalıb, öze həmin müayinədən keçmişdir. Lakin həmin rəy səlahiyyətli orqan və birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. O, ## ##### 2026-cı il tarix, saat 09:20-də səlahiyyətli orqanın əməkdaşı tərəfindən alkotester müayinəsindən keçirilərkən guya qanında alkoqol konsentrasiyasının miqdarı 0,515 promil müəyyən edilmiş, həmin gün saat 12:40-da öz təşəbbüsü ilə həkimnarkoloqun müayinəsindən keçirilərkən onun qanında alkoqol konsentrasiyası aşkar edilməmişdir. Bu hal belə qənaətə gəlməyə əsas verir ki, polis əməkdaşı tərəfindən müayinədə istifadə edilmiş alkotesterin nəticələri yalnış olmuşdur. Çünki ümumi qəbul olunmuş normaya əsasən gənc kişinin orqanizmi alkoqolu saatda orta hesabla 0,1–0,15 promil sürətlə xaric edir. Yəni, 0,515 promil alkoqol konsentrasiyası onun bədənindən ən azı 4-5 saata çıxa bilərdi. Bu fakt isə sübut edir ki, o, ümumiyyətlə sərxoş olmamış, müayinə keçirildiyi vaxtdan 4 gün əvvəl qəbul etdiyi alkoqol isə bu müddət ərzində onun qanında qala bilməzdi. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini, səlahiyyətli orqanın nümayəndəsi Cəbrayıllı İlqar Çingiz oğlu isə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd etdiyi işin faktiki hallarına uyğun izahat verib, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. - 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: - 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. - 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. - 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını, yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda, şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında müəyyən etmişdir ki,: - ## ##### 2026-cı il tarix, saat 09:25-də səlahiyyətli orqanın əməkdaşı - YPX inspektoru, R Cəbrayıllı İlqar Çingiz oğlu tərəfindən Qərardan şikayət verən orqan (şəxs) alkotesterlə müayinə edilməsi zamanı sonuncunun qanında alkoqolun konsentrasiyasının 0,515 promil olması aşkar edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarixdə səlahiyyətli orqana şəxsən yazdığı izahatında və “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında” ## ##### 2026-cı il tarixli, 1/P****** nömrəli protokola şəxsən etdiyi qeydində 2 bakal spirtli içki – pivə içdiyini, alkotesterin nəticəsi ilə razı olduğunu, həkim müayinəsindən keçməyə ehtiyacının olmadığını göstərmişdir. - Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarix 12:40-da həkim müayinəsindən keçirilərkən ayıq olmuşdur (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik hüquqi şəxsi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli, */***** nömrəli tibbi müayinə protokoluna əsasən). - Orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq, alkoqolun miqdarının 1 saata orta hesabla 0,1-0,2 promil azalması nəzərə alınaraq, ## ##### 2026-cı il tarix 09:25 və 12:40-da Qərardan şikayət verən orqan (şəxs) aid keçirildiyi göstərilmiş müayinələrin nəticələri arasında ziddiyyət yoxdur. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən sübut növlərinə və onların əsasında müəyyən edilmiş işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki,: - iş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, */***** nömrəli protokolda ## ##### 2026-cı il tarix, saat 12:40-da sonuncunun tibbi müayinəsi zamanı ayıq vəziyyətdə olmasının göstərilməsi onun müvafiq inzibati məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz. - Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilmiş məzmunda Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati cərimə tənbeh tədbirini Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin sanksiyası həddində tətbiq etmişdir. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar