Məhkəmə qərarları › İş №3(3-6)-2452/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2452/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2452/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis Idarəsindən daxil olmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş ##.##.2026- cı il tarixli, IXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər AR DIN Bakı şəhər Nizami Rayon Polis Idarəsinə geri qaytarılmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: AR DIN Bakı şəhər Nizami Rayon Polis Idarəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 329.3-cü və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə ##.##.2026-cı il tarixli, IXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında materialdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 08:15-də Heydər Əliyev prospektində “FORD TRANSIT” minik markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini IXM-in 329.3-cü və 333.1-ci maddələrinin tələblərini pozaraq idarə etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis Idarəsindən daxil olmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 329.3-cü və 333.1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş ##.##.2026- cı il tarixli, IXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər AR DIN Bakı şəhər Nizami Rayon Polis Idarəsinə geri qaytarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin həmin qərardadından şikayət verərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin təmin edilməsini xahiş etdi. Işin materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyib aşağıdakı əsaslara görə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. IXM-in 329.3-cü maddəsinə baxılması səlahiyyəti rayon (şəhər) məhkəmələrinə aid edilməmişdir. Azərbaycan Respublikası IXM-in 43.2-ci maddəsinə əsasən, bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il ## ###### tarixli **-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2016-cı il tarixli *** nömrəli Fərmanının 5.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə həm də Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi baxır. Həmin Fərmanın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ həmin Fərmanla həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Azərbaycan Respublikası IXM-in 333.1-ci maddəsi ilə materiallar Nizami Rayon Məhkəməsinə göndərilərkən protokol tərtib etməyə səlahiyyəti müəyyən edilmiş Nizami rayon Polis Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbehin verilməsinin qeyrimümkünlüyü qərardadla əsaslandırılmalıdır. Əgər materiallarda şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruriliyi aşkara çıxarsa, bu halda toplanmış materiallar məhkəməyə göndərilməlidir. Lakin, AR DIN Bakı şəhər Nizami Rayon Polis Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəlməsi barədə məhkəməyə əsaslandırılmış qərardad təqdim edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı mübahisələndirilən qərardadı qanuni və əsaslı olduğundan şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis Idarəsindən daxil olmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş ##.##.2026- cı il tarixli, IXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər AR DIN Bakı şəhər Nizami Rayon Polis Idarəsinə geri qaytarılmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar