Məhkəmə qərarları › İş №3(3-6)-2453/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2453/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2453/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X4, barəsində inzibati xəta haqqında qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X2 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Bakı Şəhər X2 Idarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, ## #### 2026-cı il tarixdə barəsində qanunsuz olaraq protokol tərtib edilmiş, onun əsasında da qanunsuz və əsassız olaraq qərar qəbul edilərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə yolayrıcı keçmə qaydalarının pozulmasına görə 100 manat və 3 bal cərimə edilmişdir. Halbuki, o, həmin inzibati xətanı törətməmişdir. Belə ki, qeyd olunan tarixdə Neftçilər metrosunun yanında dairəyə daxil olan zaman soldan gələn avtomobilləri buraxaraq daiərəyə daxil olmuşdur. Dairəyə daxil olan zaman soldan gələn heç bir avtomobilin hərəkətinə mane olmamış, onların əyləc sistemindən istifadə etməsinə məcbur etməmiş, yol istiqamətini dəyişməsinə səbəb olmamışdır. Belə olan halda **-YP-*** dövlət nömrə nişanlı yol polisi əməkdaşı onun avtomobilini saxladaraq özünü təqdim etmədən qanunsuz olaraq barəsində inzibati protokol tərtib etdi. Halbuki o, heç bir inzibati xətanı törətmədiyini bildirmişdir. Dairəyə daxil olan zaman inzibati xəta o zaman törədilmiş hesab olunur ki, digər nəqliyyat vasitəsinin axınının qarşısı alınsın və o əyləc sistemindən istifadə edərək tormozlama əməliyyatı həyata keçirsin. Bu zaman inzibati xəta törədilmiş hesab edilir. Bu halda isə bunların heç biri baş verməmiş, heç bir xəta törədilməmişdir. Inzibati xətanın törədilməsini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmçinin yol hadisəsi baş verən zaman video görüntülərin məhkəməyə təqdim edilməsi və işin ədalətli araşdırlmasını, barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli IXP ******* saylı protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli qərarın qanunsuz olduğundan ləğv edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Emin Axundov) şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X2 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan inzibati xəta haqqında qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı ## #### 2026-cı il qərarının ləğv edilməsini, şikayətinin təmin edilməsini, icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, o, qeyd olunan tarixdə Neftçilər metrosunun yanında dairəyə daxil olan zaman soldan gələn avtomobilləri buraxaraq dairəyə daxil olmuşdur. Dairəyə daxil olan zaman soldan gələn heç bir avtomobilin hərəkətinə mane olmamış, onların əyləc sistemindən istifadə etməsinə məcbur etməmiş, yol istiqamətini dəyişməsinə səbəb olmamışdır. Belə olan halda **-YP-*** dövlət nömrə nişanlı yol polisi əməkdaşı onun avtomobilini saxladaraq özünü təqdim etmədən qanunsuz olaraq barəsində inzibati protokol tərtib etmişdir. Dairəyə daxil olan zaman inzibati xəta o zaman törədilmiş hesab olunur ki, digər nəqliyyat vasitəsinin axınının qarşısı alınsın və o, əyləc sistemindən istifadə edərək tormozlama əməliyyatı həyata keçirsin. Bu zaman inzibati xəta törədilmiş hesab edilir. Bu halda isə bunların heç biri baş verməmiş, heç bir xəta törədilməmişdir. Birinci instansiya məhkəməsində də görüntü təqdim edilmiş və həqiqətən də həmin görüntüdə onun təqsiri müəyyən edilməmişdir. Buna baxmayaraq məhkəmə onun şikayətini əsassız olaraq təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun qaydada çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X2 Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb, proses iştirakçısını dinləyərək, belə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı və Bakı şəhər X2 Idarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və material yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsi X2 Idarəsinə qaytarılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri X2 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə, saat 10:24də idarə etdiyi **-FH-*** dövlət qeydiyyat nişanlı “X1 Hev Hibrid” minik markalı nəqliyyat vasitəsi ilə ünvan 2 ünvanında yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat cərimə edilmişdir. Həmin qərar ## #### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video materiala baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, “X1 Hev Hibrid” minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü dairədə hərəkət edən nəqliyyat vasitəsini gözləmədən dairəyə daxil olmuş, bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə, saat 10:24-də ünvan 1 ünvanında yolayrıcını keçmə qaydalarını pozmuşdur. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) dairədə hərəkət edən nəqliyyat vasitələrinin üstünlük hüququ olduğundan dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməli, həmin nəqliyyat vasitələrinin dairədə hərəkətini başa çatdırmasını gözləməli, daha sonra dairəyə daxil olmalı idi. Lakin sürücü qanunun bu tələblərinə əməl etməyərək dairədə olan nəqliyyat vasitələrini gözləmədən dairəyə daxil olmuşdur. Bu səbəbdən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, həmin inzibati xətanı törətməsi qərar, protokol, video material və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Məhkəmə işin faktiki hallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Göründüyü kimi birinci instansiya məhkəməsi qərarının əsası kimi orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video materialın olmasını, həmin videodiskə baxış keçirilməsini əsas götürərək Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətməsi nəticəsinə gəlmişdir. Qeyd edilən diskə məhkəmə iclasında yenidən baxış keçirilmiş və müəyyən edilmişdir ki, **-FH-*** dövlət qeydiyyat nişanlı “X1 Hev Hibrid” minik markalı nəqliyyat vasitəsinin sürücüsünün ünvan 1 ünvanında dairəyə daxil olan zaman dairədə hərəkətdə olan hansı digər nəqliyyat vasitəsini gözləməyərək hansısa nəqliyyat vasitəsinin sürücüsünün qəflətən hərəkət istiqamətini və ya surətini dəyişməsinə səbəb verən hərəkətlər etməsi faktını müəyyən etmək mümkün olmur. Belə ki, **-FH-*** dövlət qeydiyyat nişanlı “X1 Hev Hibrid” minik markalı nəqliyyat vasitəsinin dairədə hərəkətdə olması faktı müəyyən edilir, lakin dairəyə daxil olan zaman inzibati qərarda qeyd edilən pozuntu faktını törətməsi görüntüsü diskdə əksini tapmayaraq qeyri müəyyən qalmışdır. Məhkəmə belə hesab edir ki, inzibati xəta haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Hesab edilir ki, birinci instansiya məhkəməsi də qeyd edilən hal ilə əlaqədar ətraflı araşdırma aparmamış, inzibati xətanın törədilməsi qənaətinə yetərli mötəbər sübuta söykənməmiş, videogörüntüyə baxış keçirilməsini qeyd etməklə kifayətlənmiş və iş üzrə səthi araşdırma aparmışdır. Məhkəmə belə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı Şəhər X2 Idarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, inzibati xəta tərkibini yaranmasına səbəb olmuş sübutlar natamam olmuşdur. Məhkəmə şikayəti araşdıraraq qeyd edir ki, inzibati xətanın mövcudluğunun əsası kimi səlahiyyətli orqan tərəfindən təqdim edilmiş videogörüntü olmasına istinad edilsə də, lakin bu sübut şikayətdə irəli sürülən şübhələrin aradan qaldırılmasına yetərli olmamışdır. Belə ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olduğu halda, Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanın mövcudluğu ilə razı olmadığından və əksini iddia edən sübutlar natamam olduğundan iş üzrə yenidən araşdırma aparılmalı və onun əsasında qərar qəbul olunmalıdır. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Bununla bərabər xatırlatmaq zəruridir ki, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, bununla bağlı hərəkətləri vaxtında və lazımı qaydada icra etmək öhdəliyi (qanunvericiliklə nəzərdə tutulan digər kompleks tədbirlər) həmin vəzifəli şəxslərə (məhkəmə icraatında isə hakimlərə) aiddir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Hesab edilir ki, birinci instansiya məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarında gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması işin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına səbəb olmuşdur. Məhkəmə isə yekun nəticəyə gəlmək üçün qeyd edilən faktı tam araşdırmalı olduğu halda bu istiqamətdə addım atmadan şəxsin inzibati xətanı törətməsi barədə nəticəyə gəlmişdir ki, gəlinən nəticə qanunauyğun hesab edilmir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduqda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı və səlahiyyətli orqanın qərarı ləğv edilməli, qərarda qeyd edilən halların araşdırılması məqsədilə material yenidən baxılması üçün həmin orqana qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.4cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı və Bakı şəhər X2 Idarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Material yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsi X2 Idarəsinə qaytarılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar