Məhkəmə qərarları › İş №3(3-6)-2456/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2456/2026

13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2456/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının iştirakı ilə, Protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasının Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, X2 ##.##.2026-cı il tarixində Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi “Avbusparkı” ərazisində iş vaxtı xəsarət alması ilə bağlı aparılmış araşdıma zamanı onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi məlum olmuşdur. Bununla da, protokol tərtib etmiş orqanın mövqeyinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə “xxxx” Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasının inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11,06.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin (Xidmət) Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında işə baxılaraq iş üzrə icraata xitam verilmişdir. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-99)- ****/**** nömrəli qərarı ləğv edilməli və X5 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması inzibati məsuliyyətə cəlb edilməlidir. Bildiririk ki, məhkəmə işə baxılmasında, yalnız barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən müəssisənin müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. Firmada əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxsin fəaliyyəti araşdırılmadan əsassız olaraq, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasının təqsirinin və əməlində inzibati xəta tərkibinin olmadığı barədə əsassız qərar qəbul edilmişdir. Halbuki, X2 X5 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi ##.##.2026cı il tarixli izahatından görünür ki, “xxxx” Firmasında ##.##.2026-cı il tarixindən *** nömrəli avtobusda sürücü vəzifəsində işlədiyini və ##.##.2026-cı il tarixdə saat 18:00 radələrində avtobusun radiatorunu.ı qapağını açarkan sağ əlindən yanıq xəsarəti aldığını bildirmişdir. Həmçinin, X2 həmin MMC-də 2026-cı ilin yanvar-fevral ayları üzrə *** nömrəli avtobusda işləməsini təsdiq edən yol vərəqələri də təqdim edilmişdir. Diqqətinizə çatdırırıq ki, X2 xəsarət alması ilə bağlı TTTYS * saylı bölməsinə verilən məlumatda Əzizovun “Avtobusparkf’da çalışması bildirilmişdir. Lakin, məhkəmə yuxarıda sadalanan bu faktlara və sübutlara qiymət verməmişdir. Həmin sübutlarla müəyyən olunur ki, ##.##.2026-cı il tarixdən ##.##.2026- cı il tarixədək X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsində nəzərdə tutulmuş əməli törəddiyi məsi təsdiq edilir. Beləliklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi aparılmadan və onlar nəzərə alınmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə tərtib olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tam qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Əmək Məcəllənin 49-cu maddəsinin 1 -ci hissəsinin tələblərinə əsasən “Bu maddənin 2-ci və 3cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir”. Lakin, müəssisə tərəfindən sadalanan normaların tələblərinə əməl edilməyərək adıçəkilən işçi ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmçinin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması tərəfindən Əmək Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş tələblərin təmin edilməməsi, işçiyə əmək haqqının ödənilməsinin təmin edilməməsi, habelə Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbinin pozulması ilə nəticələnmiş və İXM-in 192.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas obyekti olan əmək qanunvericiliyinə və əlavə obyekti sayılan işçinin maraqlarına ziyan vurulduğu aşkar olunmuşdur. Eyni zamanda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edlir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə əsasən onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Apellyasiya baxışı zamanı protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, bildirdi ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmişdir. Vətəndaş avtobus sürücüsü, oranın işçisi olması barədə izahat vermişdir. Bu səbəbdən əmək müqaviləsi qüvvəyə minmədən şəxsin işlərin görülməsinə cəlb edilməsi ilə protokol tərtib edilmişdir. Lakin məhkəmə ilkin sübutları mötəbər sübut kimi qiymətləndirməmiş, sonraki izahatı əsas götürmüşdür. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin olunmalı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmaması ilə bağlı inzibati xəta haqqında icraata xitam verərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş vətəndaş X2 ilkin ## ###### 2026-cı il tarixli izahatından görünür ki, ## ###### 2026-cı il tarixdə saat 18:00 radələrində avtobusda mühərrikin temperaturunun qalxması səbəbi ilə radiatorun qapağını açıb su əlavə etmək istədiyini, bu zaman qaynar suyun əlinə töküldüyünü, yuxarı ətrafdan aşağıya doğru və sağ əlindən yanıq xəsarəti aldığını, təcili tibbi yardım vasitəsi xəstəxanaya aparıldığını, ##.##.2026-cı il tarixdən *** nömrəli avtobusda sürücü vəzifəsində çalışdığını, onun işəgötürən şəxsin Asif adlı şəxs olduğunu, müəssisənin adının General Motors (Avto Company) olduğunu, onunla əmək müqaviləsinin bağlanılmadığını, həmin işin pul qarşılığında günü 63 manat olmaqla danışıldığını, tam əmək haqqını hələ almadığını, üç dəfə nəğd formada avans aldığını bildirmişdir. X2 həmin MMC-də 2026-cı ilin yanvar-fevral ayları üzrə *** nömrəli avtobusda işləməsini təsdiq edən yol vərəqələri də təqdim edilmişdir. Bədbəxt hadisədə məhz fevral ayının 17-si, onun işdə olduğu zaman baş vermişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən hadisə baş verən dövrdə X2 ilə hər hansı işəgötürən arasında əmək münasibətlərinin mövcud olmadığı məlum olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəllənin 49-cu maddəsinin 1 -ci hissəsinin tələblərinə əsasən “Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir”. Göründüyü kimi, müəssisə tərəfindən sadalanan normaların tələblərinə əməl edilməyərək işçi X2 2026-cı ilin yanvar-fevral ayları üzrə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Odur ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə əhəmiyyət vermədən, işin hallarını tam araşdırmadan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yanlış nəticəyə gəlmişdir. Həmçinin X2 şahid qismində birinci instansiya məhkəməsində verdiyi izahatına münasibətdə məhkəmə onun inzibati xəta haqqında icraatın ilkin mərhələsində verdiyi şikayət ərizəsini daha inandırıcı qəbul edərək həmin izahatından sonradan hüquqi şəxsin vəzifəli şəxsləri ilə danışıqlar apardıqdan sonra onları məsuliyyətdən yayındırmaq cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması tərəfindən törədilməsi iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında əldə edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasına törətdiyi xətanı nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tədbirini təyin etməklə tənbehin məqsədlərinə nail olmağı mümkün sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Odur ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv olunmalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20000 (iyirmi min) manat məbləğində cərimə edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDIM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar