Məhkəmə qərarları › İş №3(3-6)-2457/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2457/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2457/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, X10 Oruc qızının katibliyi, “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İctimai Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İctimai Birliyinin Azərbaycan Respublikası İXM-in 579-cu maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İctimai Birliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İctimai Birliyi barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 579-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı ilə “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İctimai Birliyi (VÖEN:**********) AR İXM-nin 579-cu maddəsi ilə təqsirli bilinmiş və barəsində 2.500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İctimai Birliyi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarının ləğv edilməsini iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə toplanmış materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Baş Prokurorluğunun ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarından müəyyən edilir ki, “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İctimai Birliyi AR İXM-nin 579-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - “Şahidin əlavə dindirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Nümayəndə ##.##.2025-ci il tarixdə saat 11:20-də ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmişdir. Şəxs ifdəsində göstərmişdir ki,rəhbəri olduğu ictimai birliyin təxminən 50.000 nəfərdən çox üzvü vardır və həmin üzvlərin qeydiyyatı İctimai birliyin baş idarəsində yox, İB-nin 22 şöbəsində aparılır, hər bir üzvün şəxsi işi olur.İB-in hər hansı bir rayon şöbələri yaradılanda və ya ləğv ediləndə Nizamnaməyə uyğun olaraq əmr verilir vəəmrlər kitabında qeydiyyatda alınır. Şahid bildirmişdir ki, yaxın zamanda 14 şöbə ləğv edilmiş, möhürü və vəsiqələri geri alınmışdır. Əlavə olaraq qeyd etmişdir ki, İB-in şöbələri yaradılanda və ya ləğv ediləndə hər hansısa bir dövlət orqanına məlumat verilmir, çünki hüquqi şəxs İB-in baş idarəsi sayılır və rayon şöbələrinin yaradılması və ləğv edilməsi hüququ baş idarənin səlahiyyəti qismində Nizamnamədə qeyd edilmişdir. - ##.##.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərardan çıxarışdan” müəyyən edilir ki, “X7” İB-nin sədri X4, “Şəhid ailələri, müharibə veteranlarının müdafiəsi” İB-nin sədri Nümayəndə, “AR Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İBnin sədri X1, “Sabitlik və inkişaf mərkəzi” İB-nin sədri X2 və “Dədə Qorqud” Xeyriyyə Fondunun prezidenti İsmayılov Eldar İsmayıl oğlu barəsində başlanılmış cinayət təqibinə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilsin. - AR Prokurorluğu AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən AR Baş Prokurorluğunun Cinayət Təqibindən kənar icraatlar idarəsinin rəisi, R Elnur Musayevə ünvanlanan ##.##.2026-cı il tarixli məktubdan müəyyən olunur ki, AR Prokurorluğu AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İB-nin sədri Mehdiyev Mehdi İmdad oğlunun AR CMnin 309.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin ibtidai istintaqı zamanı “X7”, “Şəhid ailələri, müharibə veteranlarının müdafiəsi”, “Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatı”, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birlikləri və Dədə Qorqud” Xeyriyyə Fondu tərəfindən üzvlərinin reyestrinin aparılmaması müəyyən edilmiş və həmin İctimai Birliklər tərəfindən üzvlərin reyestrinə aid hər hansı bir sənədi (qeydiyyat jurnalı və s) istintaqa təqdim edilməmişdir. Nəticədə cinayət işindən ayrılmış sənədlərin surətləri “X7”, “Şəhid ailələri, müharibə veteranlarının müdafiəsi”, “Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatı”, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birlikləri və Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbərləri barədə AR İXMnin 579-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün AR Baş Prokurorluğunun Cinayət Təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-in 579-cu maddəsinə əsasən, qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış dəyişikliklər (təsis sənədlərində edilmiş və ya hüquqi şəxslərin dövlət reyestrində əvvəllər qeydə alınmış faktların sonrakı dəyişikliyi) əsasında hər hansı fəaliyyətin həyata keçirilməsinə, ictimai birlik tərəfindən onun üzvlərinin reyestrinin aparılmamasına, sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş gəlirin təşkilatın məqsədlərinə yönəldilməməsinə, könüllü fəaliyyətə cəlb edilmiş şəxslərlə müqavilələrin bağlanılmamasına, nizamnaməsində (əsasnaməsində) nəzərdə tutulmuş məqsədlərə zidd fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən edir ki, “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İctimai Birliyinin əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir - 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Belə ki, “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İctimai Birliyinin Azərbaycan Respublikası İXM-in 579-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə təsdiq olunmur. Həmçinin Azərbaycan Respublikasının İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qeyd edilmiş halları aydınlaşdırmadan gəldiyi nəticə yanlış olduğundan “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İctimai Birliyinin Azərbaycan Respublikası İXM-in 579-cu maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı ləğv olunmalı, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İctimai Birliyinin apellyasiya şikayəti təmin edilsin. “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İctimai Birliyinin Azərbaycan Respublikası İXM-in 579-cu maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı ləğv edilsin. “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İctimai Birliyi barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar