Məhkəmə qərarları › İş №3(3-6)-2458/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2458/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2458/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Nümayəndə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*- **)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində AR IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, vətəndaş X4 müraciəti əsasında AR ƏMnin 15.2-ci maddəsinə əsasən ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək sənədlər 7 (yeddi) iş günü ərzində təqdim edilməsi tələb edilsə də, tələb edilmiş sənədlər təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR IXMnin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt AR ƏƏSMN Avtomatlaşdırılmış Sosial Informasiya Sistemi vasitəsilə göndərilmiş bildiriş ilə öz təsdiqini tapır. Əlavə olaraq protokolda qeyd edilmişdir ki, müəssisəsinin rəhbəri protokolun müzakirəsinə dəvət edilsə də, iştirak etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Aynur Əliyeva) ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş X4 şikayəti əsasında X2 Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2026-cı il tarixli 3-17-5/2- *****/**** nömrəli məktub ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubun çatdırılmasına baxmayaraq sənədlər təqdim olunmamışdır. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilnəsi təsdiq edilmişdir. Odur ki, Xidmətin Bakı Şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol qanuni və əsaslıdır. Beləliklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-99)- ****/**** nömrəli qərarı qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini xahiş etdi. Işin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, iş üzrə icraata xitam vermişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Belə ki, ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, vətəndaş X4 müraciəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən ##.##.2026-cı il tarixli 3-17-5/2- *****/**** nömrəli məktub göndərilərək sənədlər 7 (yeddi) iş günü ərzində təqdim edilməsi tələb edilsə də, tələb edilmiş sənədlər təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt AR ƏƏSMN Avtomatlaşdırılmış Sosial Informasiya Sistemi vasitəsilə göndərilmiş bildiriş ilə öz təsdiqini tapır. Əlavə olaraq protokolda qeyd edilmişdir ki, müəssisəsinin rəhbəri protokolun müzakirəsinə dəvət edilsə də, iştirak etməmişdir. - Xidmət üçün müraciətlə bağlı bildirişdən və müraciətdən müəyyən edilir ki, X4 “Xətai Zeytun 184” aptekində rəsmi əmək müqaviləsi ilə işləmiş, maaş kartı əlindən alınaraq ona əlbəəl maaş verilmişdir. Fevral ayının 1-də maaş verilməli olduğu halda verilməmiş və maaşı tələb etdiyi üçün sübutsuz olaraq dərman götürmək ittihamı irəli sürülmüş, kamera açılmasını tələb etdikdə isə bu halla razılaşmamışdırlar. Vətəndaş haqsızlığa qarşı tədbir görülməsini xahiş etmişdir. “Məktubdan” müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanan ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli sənədlərin tələb edilməsi barədə sorğu hüquqi şəxsin şəxsi kabinetinə daxil olmuş, ##.##.2026-cı il tarixdə saat 09:39- da poçt vasitəsilə çatdırılmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanan ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubdan müəyyən edilir ki, vətəndaş X4 müraciətinə münasibət bildirilməsi məqsədilə onunla bağlanmış əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə), əmək haqlarının ödənilməsini təsdiq edən sənədlərin surəti (bank çıxarışı, bank arayışı və ya ödəniş tapşırığı), əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, HIT-a müraciət və HIT-nın razılığı və s.), son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlərin surətləri (bank çıxarışı, bank arayışı və ya ödəniş tapşırığı) və vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunu 7 (yeddi) iş günü ərzində X2 Xidmətinin Bakı Şəhər Idarəsinə təqdim edilməsi xahiş olunmuşdur. ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərliyi inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilməsi məqsədilə ##.##.2026-cı il tarixdə saat 11:00-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidmətinin Bakı şəhər idarəsinə dəvət edilmişdir. Eyni zamanda şəxsə bildirilmişdir ki, “Əmək və Məşğulluq” altsistemində əks olunmuş zoom-link vasitəsilə də inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilə bilər. “Məktubdan” müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanan ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixdə keçirilməsi nəzərdə tutulan protokola dəvət məktubunun ##.##.2026-cı il tarixdə saat 11:13- də poçt vasitəsilə çatdırılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən “AzərExpresspost”-a ünvanlanan ****/** nömrəli, ##.##.2026-cı il tarixli məktubdan müəyyən edilir ki, mövcud məhkəmə işi üzrə cəmiyyət tərəfindən iş materiallarında olan qoşma “göndəriş izləməsi”ndən olan çıxarışa tərəfinizdən təsdiqedici sənəd təqdim edilməklə münasibət bildirilməsinə zərurət yaranmışdır. Belə ki, sözügedən sənədin statusunda X2 Xidməti tərəfindən cəmiyyətə ünvanlanan ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** saylı sorğu məktubu cəmiyyətin ünvanına ##.##.2026-cı il tarix, saat 09:39-da çatdırılmış kimi qeyd edilir, Odur ki, yuxarıda qeyd olunanlara əsasən X2 Xidməti tərəfindən ünvanlanan ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubunun cəmiyyətə çatdınlıb-çatdırılmamasına, çatdınlıbsa hansı üsulla çatdırılmasına dair münasibətin bildirilməsi, eləcə də poçt göndərişinin çatdırılması haqqında xəbəmamənin və ya müvafiq bildirişin surətinin cəmiyyətə təqdim olunması xahiş olunmuşdur. - “xxxx” MMC “xxxx” RMF tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə ünvanlanan məktubdan müəyyən edilir ki, SS*********AZ nömrəli poçt göndərişi “xxxx” RM-nə aid deyildir. bu poçt göndərişi ilə bağlı məlumatın alınması üçün "xxxx" MMC-nin Baş ofisinə müraciət etməyimiz tövsiyə olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən “xxxx”-a ünvanlanan ****/** nömrəli, ##.##.2026-cı il tarixli məktubdan müəyyən edilir ki, mövcud məhkəmə işi üzrə cəmiyyət tərəfindən iş materiallarında olan qoşma "göndəriş izləməsi”ndən olan çıxarışa təsdiqedici sənəd təqdim edilməklə münasibət bildirilməsinə zərurət yaranmışdır. Belə ki, sözügedən sənədin statusunda X2 Xidməti tərəfindən cəmiyyətə ünvanlanan ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubu cəmiyyətin ünvanına ##.##.2026-cı il tarix, saat 09:39-da çatdırılmış kimi qeyd edilir. Məsələ ilə bağlı cəmiyyət tərəfindən "AzərExpressPosf'un Bakı ofisinə qoşma sənədlərlə birgə ##.##.2026- cı il tarixli, ****/** saylı sorğu məktubu ilə müraciət edilərkən, həmin qurum tərəfindən qoşma ##.##.2026-cı il tarixli, PIKNŞ-***/** saylı cavab məktubu ilə cavab verilmişdir ki, SS*********AZ nömrəli poçt göndərişi "xxxx" Rabitə Müəssisəsinə aid deyil və bu poçt göndərişi ilə bağlı məlumatın alınması üçün "xxxx" MMC-nin Baş ofisinə müraciət etməyimiz tövsiyə olunmuşdur. Odur ki. yuxarıda qeyd olunanlara əsasən X2 Xidməti tərəfindən ünvanlanan ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** saylı sorğu məktubunun cəmiyyətimizə çatdınlıb-çatdırılmamasına. çatdınlıbsa hansı üsulla çatdırılmasına dair münasibətin bildirilməsi, eləcə də poçt göndərişinin çatdırılması haqqında xəbəmamənin və ya müvafiq bildirişin surətinin cəmiyyətə təqdim olunması xahiş olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR ƏƏSMN DƏMX Bakı Şəhər Idarəsinə ünvanlanan ##.##.2026-cı il tarixli, ****/** nömrəli məktubdan müəyyən edilir ki, Protokolu tərtib edən orqan tərəfindən vətəndaş X4 ilə bağlı ünvanlanan (vətəndaşın müraciət vərəqəsi olmadan) ##.##.2026-cı il tarixli, 3-17- */*-*****/**** saylı müraciət cəmiyyətimizə daxil olmuşdur. Ilk növbədə bundan əvvəlki müraciətlərimizdə olduğu kimi bildirilmişdir ki, cəmiyyətə ##.##.2026-cı il tarixli, *-**-*/*- *****/**** saylı sorğu məktubunuz daxil olmamışdır. Vətəndaş ilə bağlı tələb edilən müvafiq qoşma sənədlər isə diqqətinizə çatdırılır. Eləcə də məktubun vətəndaşın müraciəti üzrə münasibət bildirilməsinə dair tələblə bağlı bildirilmişdir ki, müraciət məktubunda analoji olaraq vətəndaşın müraciət vərəqəsi hüquqi şəxsə yenə də təqdim olunmamışdır. Lakin, vətəndaş müraciət vərəqəsini yalnız Bakı şəhəri Nizami rayon Məhkəməsində hazırda cəmiyyət barəsində aparılan *(*-**)-****/**** saylı inzibati xətaya dair mövcud iş materiallarından əldə edilən və yalnız məhkəmə vasitəsilə tanış olduqlarından, həmin vətəndaş müraciəti üzrə bildirilmişdir ki, işçinin cəmiyyətdə çalışdığı dövr ərzində cəmiyyət tərəfindən əmək qanunvericiliyinin bütün tələblərinə tam şəkildə riayət edilir və işçinin əmək hüquqları təmin olunur. Odur ki, cəmiyyət barəsində aparılan müvafiq araşdırma icraatına xitam verilməsi xahiş edilmişdir. Həmçinin haqq hesab vərəqəsi, əməkhaqqı ödənişləri, əmr və vətəndaşın öz xahişi ilə işdən ayrılmasna dair ərizəsi qoşma kimi əlavə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR ƏƏSMN DƏMX Bakı Şəhər Idarəsinə ünvanlanan ##.##.2026-cı il tarixli, ***/** nömrəli məktubdan müəyyən edilir ki, Protokolu tərtib edən orqan tərəfindən ünvanlanan ##.##.2026-cı il tarixli, 3- **-*/*-*****/**** saylı müraciət daxil olmuşdur. Daxil olan müraciətlə əlaqədar ilk növbədə bildirilmişdir ki, vətəndaş X4 ilə bağlı tərəfinizdən ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** saylı sorğu məktubunuz poçt vasitəsilə cəmiyyətə daxil olmamış və məhz bu səbəbdən həmin sorğuya münasibət bildirilməsi qeyrimümkün olmuşdur. Hazırki müraciətin ##.##.2026-cı il tarixdə, saat 11:00-da dəvəti ilə bağlı hissəsinə dair isə bildirilmişdir ki, müraciət cəmiyyətə ##.##.2026-cı il tarixdə, gec daxil olduğundan (bununla bağlı qoşma zərfin və göndərişlərin izlənməsindən poçt çıxarışının surətləri əlavə edilir) dəvətdə iştirak baş tutmamışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq münasibət bildirilməsi üçün vətəndaş X4 ilə bağlı sözügedən sorğu məktubunun (vətəndaşın müraciət vərəqəsi ilə birgə) cəmiyyətə göndərilməsi xahiş olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR ƏƏSMN DƏMX Bakı Şəhər Idarəsinə ünvanlanan ##.##.2026-cı il tarixli, ***/** nömrəli məktubdan müəyyən edilir ki, cəmiyyətə daxil olan ünvanlanan ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı müraciətlə əlaqədar ilk növbədə bildirilmişdir ki, məlumat və iştirakları olmadan cəmiyyət barəsində Azərbaycan Respubikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xətaya dair protokolu qanunsuz və hüquqi əsası olmayan hesab etmişdirlər. Belə ki, vətəndaş X4 ilə bağlı hələ 09.04,2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı müraciət cəmiyyətə daxil olarkən ##.##.2026-cı il tarixli, ***/** saylı cavab məktubunda (qoşma əlavə edilir) vaxtında diqqətə çatdırılmışdır ki, sözügedən müraciətdə vətəndaşla bağlı qeyd olunan ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubu poçt vasitəsilə cəmiyyətə daxil olmamış və məhz bu səbəbdən həmin sorğuya münasibət bildirilməsi qeyrimümkün olmuşdur. Eləcə də cavab məktubunda həmin sözügedən müraciətin ##.##.2026- cı il tarixdə, saat 11:00-da dəvət hissəsinə də dair diqqətə çatdırılmışdır ki, müraciət cəmiyyətə ##.##.2026cı il tarixdə, gec daxil olduğundan (bununla bağlı sübut olaraq qoşma zərfin və göndərişlərin Izlənməsindən poçt çıxarışının surətləri əlavə edilib diqqətinizə çatdırılmışdır) dəvətdə iştirak baş tutmamışdır. Yekun olaraq cavab məktubunda xahiş olunmuşdur ki, vətəndaş X4 ilə bağlı ##.##.2026-cı il tarixli, 3- **-*/*-*****/**** saylı sorğu məktubu (vətəndaşın müraciət vərəqəsi ilə birgə) cəmiyyətə göndərilsin. Lakin bunun əksinə cəmiyyətin məlumatı və iştirakı olmadan cəmiyyət barəsində Azərbaycan Respubikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə qanunsuz hesab etdiyi ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xətaya dair protokol qəbul edilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məsələyə münasibət bildirilə və daxili araşdırmanın aparıla bilməsi üçün mövcud iş üzrə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xətaya dair protokolun ləğv olunmasını, daxili araşdırma üçün möhlət verilməsini və nəhayət həmin iş üzrə hüquqi əsas olan zəruri sənədlərin və məlumatların (##.##.2026-cı il tarixli. *-**-*/*-*****/**** saylı sorğunuz, vətəndaşın müraciət vərəqəsi və s.) cəmiyyətə göndərilməsi xahiş edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2026-cı il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmiş vəsatətdən müəyyən edilir ki, ##.##.2026-cı il tarixli, 3- **-*/*- *****/**** saylı sorğu məktubu ümumiyyətlə poçt vasitəsilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə daxil olmamışdır və məhz bu səbəbdən həmin sorğuya münasibət bildirilməsi qeyri-mümkün olmuşdur. Eləcə sözügedən sorğunun elektron informasiya vasitəsilə də əldə olunmasının qeyri-mümkünlüyü, həmin sorğunun sistemdə mövcud olmaması və “məlumat tapılmadı” kimi qeyd olunma faktını məhkəməyə sübut etmək üçün müvafiq əməkdaş tərəfindən görüntülənən video görüntünü hazırki vəsatətimizlə diqqətinizə çatdırır və mötəbər sübut kimi iş materiallarına əlavə edilməsi, həmin görüntü ilə bağlı məhkəmə tərəfindən zərurət yaranarsa yerində müayinə də aparılması xahiş olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən məhkəməyə təqdim edilən “CD-R” diskdən müəyyən edilir ki, hüquqi şəxsin əməkdaşı müvafiq elektron sistemdə sözügedən sorğunun əldə olunmasının qeyri-mümkün olduğunu, həmin sorğuya daxil olan zaman “məlumat tapılmadı” qeydi göründüyünü bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2026-cı il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmiş etirazdan müəyyən edilir ki, vətəndaş X4 ilə bağlı X2 Xidməti tərəfindən ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubu ünvan 1 ünvanında yerləşən "xxxx” MMC-yə göndərilmiş, eyni zamanda AR ƏƏSMN-nin Avtomataşdırılmış Sosial Informasiya Sistemi vasitəsilə işəgötürənin şəxsi kabinetində də yerləşdirmişdir. Bununla bağlı bildirilmişdir ki, ##.##.2026-cı il tarixli, 3-17- 5/2-22307/2026 say 11 sorğu məktubu ümumiyyətlə poçt vasitəsilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə daxil olmamışdır və məhz bu səbəbdən həmin sorğuya münasibət bildirilməsi qeyri-mümkün olmuşdur. Belə ki, bununla bağlı qurum tərəfindən ##.##.2026-cı il tarixli, *-**- */*-*****/**** saylı müraciət (qoşma əlavə edilir) şirkətə daxil olmuş və müraciətdə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubu üzrə sənədlərin təqdim olunmaması əsas gətirilmiş və ##.##.2026-cı il tarixdə, saat 11:00-a dəvətlə protokola baxış olacağı bildirilmişdir. Həmin məktub şirkətə qoşma zərf və göndərişlərin izlənməsindən poçt çıxarışına (qoşma əlavə edilir) əsasən görüşdən 1 (bir) gün sonra, yəni ##.##.2026-cı il tarixdə gec daxil olduğundan dəvətdə görüşmək mümkün olmamışdır. Buna cavab olaraq şirkət tərəfindən quruma ##.##.2026-cı il tarixli, ***/** saylı cavab məktubu ilə (qoşma əlavə edilir) açıqlama verilmiş və sonda xahiş edilmişdir ki, vətəndaş X4 ilə bağlı sözügedən sorğu məktubu (vətəndaşın müraciət vərəqəsi ilə birgə) cəmiyyət tərəfindən münasibət bildirilməsi üçün bir daha şirkətə göndərilsin. Lakin, qurum tərəfindən müvafiq sənədlər yenə göndərilməmiş, hətta bunun əksinə olaraq qurum tərəfindən şirkətə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubla (qoşma əlavə edilir) əsassız və qanunsuz hesab etdiyimiz sözügedən inzibati xətaya dair protokol göndərilmişdir ki. həmin məktublar da cəmiyyət tərəfindən ##.##.2026- cı il tarixli, ***/** saylı cavab məktubla (qoşma əlavə edilir) münasibət bildirilərək bir daha xahiş edilmişdir ki, məsələyə münasibət bildirilə və daxili araşdırmanın aparıla bilməsi üçün mövcud iş üzrə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xətaya dair protokol ləğv olunsun, daxili araşdırma üçün möhlət verilsin və nəhayət həmin iş üzrə hüquqi əsas olan zəruri sənədlər və məlumatlar (##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** saylı sorğuları, vətəndaşın müraciət vərəqəsi və s.) cəmiyyətə göndərilsin. Əlavə edilmişdir ki, qarşı tərəf ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** saylı müraciətində qeyd edir ki, ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubunu cəmiyyətə poçt vasitəsilə göndərmiş, lakin iş materiallarında həmin sorğunun cəmiyyətə çatmasına dair xəbərnaməsini əlavə etməmişdir. Belə ki, qanunvericiliyə əsasən stibutetmə yükü qarşı tərəfin üzərinə düşür. Sual olunur: Əgər həqiqətən də həmin sorğu cəmiyyətə poçt vasitəsilə göndərilmişdirsə və həqiqətən də tərəfimizdən qəbul edilmişdirsə, həmin sorğunun ünvana çatmasına dair xəbərnaməsi qarşı tərəfdən niyə iş materiallarına əlavə edilməyib?! Halbuki, eyni üsulla onlar tərəfindən ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı müraciət də poçt vasitəsilə ünvanlanmış və həmin sənəd cəmiyyətə çatmışdır (bunu sübut edən qoşma zərf və və göndərişlərin izlənməsindən poçt çıxarışından da görmək olar) və tam vaxtında münasibət bildirilmişdir. Eləcə də digər ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı müraciətləri də həmçinin Sual olunur: Necə olur ki, qurum tərəfindən göndərilən ##.##.2026- cı il tarixli, *-**-*/*-*****/**** saylı, eləcə də ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı müraciətlərinə münasibət bildirildiyi halda, niyə görə əgər onların həqiqətən də ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** saylı sorğuları cəmiyyətə daxil olmuşdursa münasibət bildirilməsin?! Beləliklə, işin faktiki hallarına əsasən hesab edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində heç bir inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi də qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barədə tərtib edilən ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXMnin 2-ci maddəsi). IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (IXM-in 8-ci maddəsi). Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Ümumdünya Insan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən göndərilən ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubu ümumiyyətlə poçt vasitəsilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə daxil olmamışdır və bu səbəbdən həmin sorğuya münasibət bildirilməsi mümkün olmamışdır. Həmçinin, barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən məhkəməyə təqdim edilən “CD-R” diskdən müvafiq elektron sistemdə sözügedən sorğunun əldə olunmasının qeyri-mümkün olduğu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidməti göndərilən həmin sorğuya daxil olan zaman “məlumat tapılmadı” qeydinin göründüyü müəyyən edilmişdir. Eyni zamanda müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidməti tərəfindən poçt vasitəsilə cəmiyyətə ünvanlanmış protokola dəvəti bildirən ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı müraciət ##.##.2026-cı il tarixdə hüquqi şəxsə çatdırıldığı zaman cəmiyyət müvafiq sorğudan məlumatlı olmuş və bundan sonra tələb olunan sənədlər tam, düzgün və vaxtında cəmiyyət tərəfindən inzibati orqana göndərilmişdir. Səlahiyyətli orqanın sənədləri almadığına dair iddiasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*- **)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar