Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2459/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, İbrahimova İlahə Arif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, nömrəsiz qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsinin ##.##.2026cı il tarixli, nömrəsiz qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, nömrəsiz qərardan verdiyi şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Məhkəmə iş üzrə bütün sübutları tam və obyektiv araşdırmamışdır. Hadisə zamanı digər avtomobil avtobus zolağından və yalnız sağa dönmək üçün nəzərdə tutulmuş zolaqdan qanunsuz olaraq dairəyə daxil olmuşdur. Mən yol-nəqliyyat hadisəsinin qarşısım almaq məqsədilə sürətimi azaltmış və ehtiyatlı hərəkət etmişəm. Yol Patrul Xidməti əməkdaşı hadisəni xidməti telefon vasitəsilə videoqeydiyyata almışdır. Həmin görüntülərin tam şəkildə məhkəməyə təqdim edilməsi və araşdırılması təmin edilməmişdir. Birinci instansiya məhkəməsində mənim təqdim etdiyim dəlillərə lazımi hüquqi qiymət verilməmiş, məhkəmə araşdırması obyektiv aparılmamışdır. Hakimin məhkəmə iclasında işin mahiyyətinə uyğun olmayan ifadələr işlətməsi məndə məhkəmənin qərəzsizliyi ilə bağlı ciddi şübhə yaratmışdır. Birinci instansiya məhkəməsi iş üzrə bütün halları araşdırmamış, təqdim etdiyim izahat və dəlillərə hüquqi qiymət verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Bakı şəhər X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hadisə neftçilər metrosu yaxınlığında baş vermişdir. Yol üç zolaqdan ibrarətdir, ikisi adi nəqliyyat vasitələri üçün, biri isə avtobuslar üçün nəzərdə tutulmuş zolaqdır. Dairədə iki nəqliyyat vasitəsi tərəfindən sıxışdırıldığından, qəzanın qarşısını almaq üçün məcbur olub dayanmışdır. İşıqforda dayanan zaman onun sağ və sol tərəfində maşın olmuş, sağ tərəfdəki yol zolaq avtobus zolağı olduğundan həmin maşının sağa dönəcəyini düşünmüşdür. Həmin maşın isə qayda pozuntusu edərək düzünə hərəkətə davam etmişdir. Soldakı maşın isə qabaqda dairə olduğundan düzünə hərəkət edə bilmədiyindən maşını sağa, yəni ona tərəf çəkmişdir. Halbuki o, həmin maşının sağında olduğundan ona yol verməli idi. Belə bir halda qəza baş verməsin deyə o, həmin maşınları buraxmaq məcburiyyətində olmuş və dayanmışdır. Həmin vaxt dairədə hərəkət edən digər tərəfdən gələn maşın dayanaraq ona yol vermiş, o da hərəkətə davam etmişdir. Məhkəmədən verdiyi şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsinu xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026- cı il tarixli, nömrəsiz qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 16:51-də idarə etdiyi **-QP-*** dövlət qeydiyyat nişanlı “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 302 ünvanında yolayrıcını keçmə qaydalarının pozulmasına görə İXM-in 327.2-ci maddəsi ilə, bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2- 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333- 1.1, 342.7, 343.1, 343-1.1 və 346.2- 346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə isə İXM-nin 327.7ci maddsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin qərar ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 41ci bəndinə əsasən yol vermək – sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 40cı hissəsinə əsasən üstünlük – nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin X hissəsinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin XV hissəsinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Hazırda məhkəmə iclasında videogörüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı, **-QP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) dairədə hərəkət edən nəqliyyat vasitələrinin üstünlük hüququ olduğundan dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməli, həmin nəqliyyat vasitələrinin dairədə hərəkətini başa çatdırmasını gözləməli, daha sonra dairəyə daxil olmalı idi. Lakin sürücü qanunun bu tələblərinə əməl etməyərək dairədə olan nəqliyyat vasitələrini gözləmədən dairəyə daxil olmuşdur. Bununla da sürücüsü Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir Belə olan halda, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında qərarla yanaşı, toplanmış digər sənədlərlə, habelə subyektiv amillərin təsirindən uzaq, obyektiv sübut növü hesab edilən videogörüntü ilə də sübuta yetirilir. Odur ki, apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) istinad olunan inzibati xətanı törətməsində təqsirinin sübuta yetirildiyi üçün Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, nömrəsiz qərardan vermiş olduğu şikayəti rədd etmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, nömrəsiz qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2459/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2459/2026
13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver