Məhkəmə qərarları › İş №3(3-6)-2460/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2460/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2460/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra – Qərardan şikayət verən orqan (şəxs)) adından verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X4) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qərarından Qərardan şikayət verən orqan (şəxs) adından elektron poçt vasitəsilə verilmiş şikayətdə onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Lakin həmin şikayət Qərardan şikayət verən orqan (şəxs) tərəfindən imzalanmamışdır. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 verdiyi izahatında iş üzrə birinci instansiya məhkəməsinin qərarından Qərardan şikayət verən orqan (şəxs) adından verilmiş şikayətin sonuncu tərəfindən imzalanmamasına görə hərəkətsiz saxlanılmasını və inzibati xəta haqqında iş üzrə icraat materiallarının Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclası Qərardan şikayət verən orqan (şəxs) vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, gəlməməsinə və bunun üzrlü səbəbi barədə məhkəməyə məlumat verməməsinə görə iştirakı olmadan keçirilmişdir. Azərbaycan Respublikası İXM-də birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayət və ya protestin onu vermiş şəxs və ya vəzifəli şəxs tərəfindən imzalanmadığı halda, hansı qərarın qəbul edilməsini tənzimləyən norma yoxdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun: - 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. - 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. - 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 387.3-cü maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır. - 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı tərəfindən imzalanmadıqda baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası İXM-in 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarından Qərardan şikayət verən orqan (şəxs) adından verilmiş şikayət sonuncu tərəfindən imzalanmadığına görə Azərbaycan Respublikası CPM-in 122.6-cı maddəsi hazırki işin müvafiq prosessual halına qanunun analogiyası qaydasında tətbiq edilməklə (Azərbaycan Respublikası İXM-də bu halda hansı qərarın qəbul edilməsini tənzimləyən normanın olmaması səbəbindən) iş üzrə inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılmadan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalı, Qərardan şikayət verən orqan (şəxs) iş üzrə birinci instansiya məhkəməsinin qərarından imzalamaqla şikayət vermək və bunun üçün Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddəti ötürmüşsə, onun bərpa edilməsi barədə vəsatət vermək hüququnun olması izah edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 391.4-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) adından verilmiş şikayət iş üzrə inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılmadan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardan şikayət verən orqan (şəxs) izah edilir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarından imzalamaqla şikayət vermək və bunun üçün Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddəti ötürmüşsə, onun bərpa edilmə barədə vəsatət vermək hüququ vardır. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar