Məhkəmə qərarları › İş №3(3-6)-2462/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2462/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2462/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, vəzifəli şəxs - barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1.000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2.000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən: hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Toğrul Məmmədov) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, vəzifəli şəxs - barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1.000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2.000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 apellyasiya qaydasında şikayət verərək, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarının ləğv edilməsini və ##.##.2026-ci il tarixli MN ******* nömrəli inzibatı xəta protokol əsasında başlanmış iş üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, proses zamanı tam təsdiq edildi ki, müfəttişlik tərəfindən sorğu edilən sənədlər onlar tərəfindən hələ məhkəmə prosesindən çox öncə (və hətta inzibati xəta protokolu tərtib edilməsindən öncə) ##.##.2026-ci ildə, təkrarən ##.##.2026-ci il və ##.##.2026-ci il tarixlərində təqdim edilib. Qeyd edilən danılmaz faktı prosesdə iştirak edən əmək müfəttişliyinin nümayəndəsi də tanıdı. Və hətta proses zamanı da “e-məhkəmə” kabineti vasitəsi ilə müfəttişlik tərəfindən sorğu edilmiş sənədlər tam şəkildə bir daha təqdim edildi. Belə olduğu halda, yəni hüquqpozma məhkəmə prosesindən öncə tərəfimlərindən artıq aradan qaldırmasını nəzərə alaraq, qanunun hərfi mənası və sadə məntiq baxımından barələrində hər hansı cərimə, o cümlədən şərti cərimə tədbiq edilə bilməzdi, ona görə ki, şərti cərimə yalnız o təqdirdə tədbiq edilir ki, hüquqpozma məhkəmə zamanı aradan qaldırılmasın və onun qaldırılması üçün məhkəmə müddət təyin etsin. Və bu müddət ərzində hüquqpozma aradan qaldırılmazsa, inzibati cərimə tətbiq edilir. Məhkəmənin digər əsas əhəmiyyətli səhvi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin dispozisiyasının düzgün şəhr edilməməsidir. Belə ki, bu maddənin dispozisiyasında açıq qeyd edilir ki, "əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi” inzibati xəta sayılır. Yəni, qanunvericilik icra hakimiyyəti orqanının istənilən sorğu məktubunu vaxtında və ya düzgün cavablandırılmamasını inzibati xəta saymır. Hərəkətlərində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi konkret mövcud deyildir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti eyni məzmunlu apellyasiya şikayəti verərək, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 3(5-95)-1423/2026 sayl, ## #### 2026-ci il tarixli qərarının ləğv edilməsini və ##.##.2026-ci il tarixli MN ******* nömrəli inzibatı xəta protokol əsasında başlanmış iş üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qərar qəbul edilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətlərini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətlərinin təmin edilərək qərarın dəyişdirilməsini və inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 şikayətlərin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Apellyasiya instansiyası məhkəməsi şikayətləri və inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, aşağıda qeyd olunanlara görə şikayətlər təmin edilməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində təyin edilən inzibati cərimə və hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində təyin edilən inzibati cərimə şərti olaraq tətbiq edilməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X4 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Aparatına ünvanlanmış müraciətindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi 2 ay 15 günlük müddət ərzində rəhbər barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən dəfələrlə təhqirə məruz qalmış və bu səbəbdən rəhbərliyə yazılı ərizə ilə müraciət etmişdir. Bundan sonra isə rəhbərlik tərəfindən işdən azad olunmuşdur. Eyni zamanda əmək haqqılarından qanunsuz tutulmalar və işçiləri müqavilədə qeyd olunan saatlardan artıq işlədərək haqlarının verilməməsi halları da mövcuddur. “Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında” ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən göndərilmiş *-**-*/*-*****/**** nömrəli sənəd barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron kabinetinə ##.##.2026-cı il, saat 10:13 radələrində yerləşdirilmişdir. ##.##.2026-cı il tarixli son haqq-hesab vərəqəsindən görünür ki, vətəndaş X4 haqq-hesabının məbləği 1338,16 AZN təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ##.##.2026-ci il tarixli *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, vətəndaş F.Almaszadənin «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarının pozulması barədə müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim ediIməsinıI habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək onları Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq F.Almaszadənin müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 (yeddi) iş günü ərzində X5 Xidmətinə (ünvan- AZ1114 ünvan 1) təqdim edilməsi xahiş olunmuşdur. (Tələb olunan sənədlərin siyahısı: Əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, izahatlar, aktlar, təqdimatlar və s.) Əmək haqqının hesablanması cədvəlləri və ödənilməsini təsdiq edən sənədlər (bank arayışı, bank çıxarışı). Iş vaxtının qeydiyyat cədvəlləri. Son haqq hesabın hesablanması cədvəli və ödənilməsini təsdiq edən sənədlər. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu). ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli bildirişdən görünür ki, X5 Xidmətində X4 "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarının pozulması ilə bağlı araşdırma aparılır, yol verilmiş qanun pozuntularının araşdırılması ilə əlaqədar Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi ##.##.2026-cı il tarixdə saat 12:00-da əyani şəkildə Xidmətə dəvət olunmuş, əyani gəlmək mümkün olmadıqda isə videokonfrans əlaqə sistemindən istifadə etməklə onlayn şəkildə qoşulma imkanlarıda təklif edilmişdir. ##.##.2026-cı il tarixli, MN******* nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ##.##.2026-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktub göndərildiyi vaxtdan 7 iş günü müddətində təqdim edilmədiyinə görə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. ##.##.2026-cı il tarixli, MN******* nömrəli protokoldan görünür ki, X4 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ünvanlanan ##.##.2026-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubda qeyd olunan sənədlər 7 iş günü müddətində DƏMX BŞI-yə araşdırmaya təqdim edilmədiyinə görə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Elektron Məhkəmə Informasiya sistemində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 gəlir məlumatlarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) direktoru vəzifəsində çalışır. Birinci instansiya məhkəməsi iş materiallarındakı sübutları tədqiq edərək hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs - barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qanuni tələblərinin icrasını təşkil etmək, tələb olunan məlumat və sənədlərin müəyyən edilmiş müddətdə təqdim edilməsini təmin etmək vəzifəsini daşımışdır. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ##.##.2026-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubu ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətindən X4 əmək hüquqlarının pozulması ilə bağlı müraciəti üzrə aparılan araşdırma çərçivəsində zəruri məlumat və sənədlərin 7 iş günü müddətində təqdim edilməsi tələb edilmiş və "Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında" ##.##.2026-cı il tarixli arayışla həmin məktubun ##.##.2026-cı il tarixdə hüquqi şəxsin elektron kabinetinə çatdırıldığı təsdiq edilir. Buna baxmayaraq, tələb olunan məlumat və sənədlər müəyyən edilmiş müddətdə təqdim edilməmiş, həmçinin dəvətə əməl olunmamışdır. Eyni zamanda, vəzifəli şəxsin göstərilən hərəkətsizliyi hüquqi şəxsin fəaliyyətində təzahür etmiş və nəticə etibarilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət nəzarətini həyata keçirən orqanın qanuni tələbi üzrə zəruri məlumat və sənədlərin qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə səbəb olmuşdur. Hüquqi şəxs öz idarəetmə orqanları və vəzifəli şəxsləri vasitəsilə fəaliyyət göstərdiyindən, direktorun xidməti vəzifələrinin icra edilməməsi hüquqi şəxsin üzərinə düşən qanuni öhdəliyin yerinə yetirilməməsi ilə nəticələnmişdir. Buna görə də barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində də Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və hüquqi şəxs həmin maddəyə əsasən müstəqil inzibati məsuliyyət daşıyır. Məhkəmə hesab etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlinmiş və həmin inzibati xətaya yol vermiş Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 9.1-ci və 21-ci maddələrinin tələblərini rəhbər tutaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində inzibati tənbeh növü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə almışdır: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əməllərində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əməllərində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətini təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs direktor barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin qərarı qanunidir. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol və Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi barəsində ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə işə baxarkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni işdə olan sənədlərə və qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Belə ki, məhkəmə materialı tədqiq edərkən müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ünvanlanmış məktubla X4 əmək hüquqlarının pozulması ilə bağlı müraciəti üzrə aparılan araşdırma çərçivəsində zəruri məlumat və sənədlərin 7 iş günü müddətində təqdim edilməsi tələb edilmiş və qeyd edilən məktub ##.##.2026-cı il tarixdə hüquqi şəxsin elektron kabinetinə çatdırılmışdır. Lakin hüquqi şəxs tərəfindən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə zəruri olan məlumatların (sənədlərin) vaxtında təqdim edilməmişdir ki, bu səbəbdən hüquqi şəxs və vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 həmin inzibati xətanı törətməsi tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollar, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər ilə tam sübuta yetirilir. Inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin tətbiq etdiyi inzibati tənbehlə razılaşmayaraq qeyd edir ki, məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində qərar qəbul edilərkən, inzibati tənbeh tətbiq etmənin ümumi prinsipləri və qanunun tələbləri kifayət qədər nəzərə alınmamışdır. Göründüyü kimi, X14 həm Ümumi, həm də Xüsusi hissəsində təsbit olunmuş müddəalar, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilməli olan tənbehin tətbiqi qaydalarını şəxsin şəxsiyyətini xarakterizə edən amillər və işin müəyyən edilmiş faktiki halları ilə şərtləndirmişdir. Inzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən ədalətlilik prinsipinin tələbinə əsasən Inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Hakim tərəfindən qərar qəbul edilərkən, işin halları tam, ətraflı araşdırılmamış, inzibati xətanın xarakterini, törədilməsi halların müəyyən edilərək nəzərə alınması faktı qanuna müvafiq qaydada həll edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edilir ki, məhkəmə Məcəllənin qeyd edilən maddələrinin tələblərini pozmuş, nəticədə proses iştirakçısının hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 205-1.1.2–205-1.1.4, 205-1.1.6, 205-1.2, 209, 220.1, 220.2, 279.1.1, 393- 1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. Işə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəməsi hesab edir ki, hüquqi şəxs bu inzibati xətaya görə ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğundan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa, məhkəməyə bu barədə məlumat verilməli, hüquqpozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci mddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasdır. Beləliklə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində təyin edilən inzibati cərimə və hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində təyin edilən inzibati cərimə şərti olaraq tətbiq edilməli, hüquqpozmanı aradan qaldırması üçün müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Barəsində inzibati qərar qəbul edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində təyin edilən 1.000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri şərti olaraq tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində təyin edilmiş 2.000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri şərti olaraq tətbiq edilsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinə törətdiyi hüquqpozmanın aradan qaldırması üçün 1 (bir) ay müddət təyin edilsin. Hüquqpozmanı aradan qaldırdıqda məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozmalar aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərar qətidir, ondan şikayəti verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar