Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2465/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Nəsimi Rayon Məhkəməsinin icraatına Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi, R X6 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, barəsində 15 (on beş) gün müddətə inzibati həbsin tətbiq edilməsi, inzibati həbsdə saxlama müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən, saat 20:10-dan hesablanması qərara almışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi vəkil2 şikayət verərək, şikayətin inzibati həbs tənbehinə dair olduğu və həbs müddətinin ##.##.2026-cı il saat 20:10-da başa çatdığı nəzərə alınaraq, IXM-in 129.3 və 131.2-ci maddələrinin tələblərinə uyğun olaraq iş təxirəsalınmaz qaydada hakimə məruzə edilməsini və bir gün müddətində məhkəmə baxışına təyin edilməsini, bu şikayətin V bölməsində sadalanan videoyazıların və digər tez itə bilən sübutların dərhal mühafizəsi və məhkəməyə təqdim olunması barədə müvafiq qurumlara sorğuların göndərilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş № *(5-98)-5596/2026 üzrə ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın hadisəsi və tərkibi mötəbər sübutlarla təsdiq edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, qərarın ləğvi ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması barədə göstərişin də ləğv edilməsi və qəbul ediləcək apellyasiya qərarı dərhal icra üçün inzibati həbs olunanların saxlanılması məntəqəsinə, Daxili Işlər Nazirliyinə və aidiyyəti narkoloji quruma göndərilməsini, apellyasiya qərarı ##.##.2026-cı il saat 20:10-dək qəbul edilərsə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal azad edilməsinin təmin edilməsi, tənbeh müddəti baxış anında artıq başa çatmış olarsa, qərarın qanunsuz hüquqi nəticələrinin tam aradan qaldırılmasını, məhkəmə iş üzrə icraata xitam verilməsi üçün hazırkı mərhələdə materialları yetərli hesab etmədikdə, alternativ olaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək işin IXM-in 135.1.1 və 135.1.6-cı maddələrində nəzərdə tutulan pozuntular aradan qaldırılmaqla yeni məhkəmə baxışına göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, polis əməkdaşlarının ifadələri ilə müstəqil şahid Şahid ifadəsi saxlanılmanın yeri, səbəbi, əvvəlcədən izlənmə və şəxsin başına qara torba keçirilməsi məsələlərində bir-birini təkzib edir. Müdafiəçi ilə görüşə imkan verilməməsi, fiziki təzyiq və işgəncə iddiaları üzrə kamera görüntülərinin götürülməsi, məhkəmə-tibbi ekspertiza və təkrar narkoloji müayinə barədə vəsatətlər araşdırılmamış və əsaslandırılmış prosessual qərarla həll edilməmişdir. Narkoloji rəyin ilkin laborator sənədləri, nümunənin götürülməsi və saxlanması zənciri, tətbiq edilən metod, nəticələrin təsdiqləyici müayinə ilə yoxlanılması və mümkün dərman təsirləri araşdırılmadan rəy təqsirin yeganə həlledici sübutuna çevrilmişdir. Məhkəmə cərimənin niyə kifayət etmədiyini fərdiləşdirilmiş faktlarla əsaslandırmadan, ümumi sosial mülahizələr əsasında azadlıqdan məhrumetmə xarakterli ən sərt tənbeh növünü seçmişdir. Iş materiallarında tədqiq edilmiş "## #### 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokol”da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il saat 20:10-da inzibati qaydada tutulduğu göstərilmişdir. Eyni qərarın nəticə hissəsində isə inzibati həbs müddətinin əvvəli ## #### 2026-cı il saat 20:10 kimi müəyyən edilmişdir. Beləliklə, rəsmi tutma protokoluna görə şəxs hələ tutulmadığı 24 saatlıq dövr qərarla həbs müddətinə daxil edilmişdir; yaxud, əksinə, faktiki tutma 15 iyulda baş verdiyi halda həmin ilk 24 saat qanuni prosessual sənədləşdirilmədən keçirilmişdir. Bu ziddiyyət texniki xarakterli sayılmaqla keçilə bilməz. Saxlanılmanın yeri, səbəbi və üsulu barədə ifadələr arasında barışmaz ziddiyyətlər həll edilməmişdir. Polis əməkdaşları Orxan Ibişov və X5 Əbülfəz Aydın oğlunu ## #### 2026-cı il saat 20 radələrində Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində guya özünü qeyri-adekvat apardığı üçün ani qaydada gördüklərini və 19-cu Polis Şöbəsinə apardıqlarını bildirmişlər. Müstəqil şahid Şahid isə polis əməkdaşlarının əvvəlcədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs axtardıqlarını, onunla telefon vasitəsilə görüş təşkil etməyə cəhd etdiklərini, sonradan idarə etdiyi avtomobili izlədiklərini, onu Yasamal rayonunda avtomobil icarəsi obyektinin qarşısında saxladıqlarını və başına qara torba keçirdiklərini göstərmişdir. Bu ifadələr eyni hadisənin ikinci dərəcəli təfərrüatlarına deyil, saxlanmanın hüquqi əsasını və etibarlılığını müəyyən edən əsas faktlara - əməliyyatın əvvəlcədən planlaşdırılıb-planlaşdırılmamasına, saxlanma yerinə, polis müdaxiləsinin səbəbinə və tətbiq edilən rəftarın xarakterinə - aiddir. Məhkəmə nə polis əməkdaşlarının ifadələrinin niyə üstün tutulduğunu izah etmiş, nə müstəqil şahidin başa qara torba keçirilməsi barədə ifadəsini təkzib edən obyektiv sübut göstərmiş, nə də ziddiyyətin kamera görüntüləri və xidmət sənədləri ilə yoxlanılmasına təşəbbüs göstərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saxlanıldığı andan etibarən ailəsinə məlumat verilməsini və müdafiəçi ilə təmin olunmasını dəfələrlə tələb etdiyini, lakin bu tələblərə məhəl qoyulmadığını bildirmişdir. Müdafiəçi vəkil1 gecə saat 00:10 radələrində order aldıqdan dərhal sonra Nəsimi Rayon Polis Idarəsinə gəldiyini, order təqdim etməsinə baxmayaraq təxminən saat 03:00-dək hüquqlarını müdafiə etdiyi şəxslə görüşə buraxılmadığını, saxlanmanın əsasına dair sənədlərin ona təqdim edilmədiyini göstərmişdir. Şahid da azadlığa buraxıldıqdan sonra ailəyə və müdafiəçiyə məlumat verdiyini, lakin müdafiəçinin görüşünə icazə verilmədiyini təsdiqləmişdir. Fiziki təzyiq və ləyaqəti alçaldan rəftar barədə müdafiə oluna bilən iddialar səmərəli araşdırılmamışdır. Müdafiə tərəfi (ı) təkrar narkoloji müayinə, (ıı) xəsarətlərlə bağlı məhkəmə-tibbi ekspertiza, (ııı) Nəsimi Rayon Polis Idarəsi və 19-cu Polis Şöbəsinin kamera görüntülərinin götürülməsi, (ıv) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə konkret vəsatətlər vermişdir. Mübahisələndirilən qərarda həmin vəsatətlərin təmin və ya rədd olunması, rədd edilirsə bunun faktiki və hüquqi səbəbləri barədə əsaslandırılmış ayrıca mövqe yoxdur. ##.##.2026-cı il tarixli **** nömrəli narkoloji rəy təqsirin yeganə və qəti sübutu kimi qəbul edilə bilməz. Qərarda Respublika Narkoloji Mərkəzinin rəyinə istinadla “TML (+), MET (+)” göstəriciləri qeyd edilmişdir. Lakin qərardan və onda sadalanan materiallardan nümunənin kim tərəfindən, hansı vaxtda, hansı qabda və hansı şəraitdə götürüldüyü, möhürlənməsi və laboratoriyaya təhvil verilməsi qaydası, analiz metodu və həssaslıq həddi, ilkin skrininqin təsdiqləyici laborator üsulla yoxlanılıb-yoxlanılmaması, nümunənin qalıq hissəsinin saxlanılıbsaxlanılmaması və şəxsin qəbul etdiyi reseptli və ya reseptsiz dərmanlar barədə anamnezin toplanıb-toplanılmaması görünmür. Şəxsin müdafiə mövqeyinin özünümüdafiə xarakterli olması onun həqiqətə uyğun olmaması barədə sübut sayıla bilməz. Əksinə, polis əməkdaşlarının ifadələrindəki ziddiyyətlər, müstəqil şahidin fərqli təsviri, müdafiəçiyə çıxışın məhdudlaşdırılması, mümkün pis rəftar və laborator müayinənin yoxlanılmamış proseduru fonunda aradan qaldırılmamış şübhələr şəxsin xeyrinə həll edilməli idi. Məhkəmənin yanaşması faktiki olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik maddə qəbul etmədiyini sübut etməyi tələb etmişdir. Məhkəmə qərarı əsaslandırılmamışdır. Sübutların araşdırılması zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhəri Nəsimi RPI-nin 19-cu Polis Şöbəsinin nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili vəkil2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və müdafiəçisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi, R X6 protokolun məzmununa uyğun izahat verərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, ## #### 2026-cı il tarixdə o, dostuna məxsus avtomobil ilə yolda hərəkətdə olan zaman sağ və sol zolaqda hərətəktə olan iki avtomobilin sürücüləri sağdan və soldan onun idarə etdiyi avtomobili sıxışdırmağa başlamışlar və ona qarşı nalayiq ifadələr işlətmişlər. O, avtomobili idarə edərək avtomobili təhvil verəcəyi əraziyə yaxınlaşmış və avtomobili saxlamışdır. Bu zaman həmin şəxslər onun tutaraq idarə etdiyi avtomobil ilə Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinə aparmışlar. Nəsimi Rayon Polis Idarəsində onun barəsində şikayət olmuş, müstəntiq onu Polis Idarəsinə dəvət etmiş, o isə bildirmişdir ki, səhhətində yaranmış problemlə bağlı 5-6 gün yaxınlaşa bilər. Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsində olan zaman polis əməkdaşları tərəfindən döyülmüş və işgəncələrə məruz qalmışdır. Bundan sonra onun işinə baxan polis əməkdaşı ondan izahat almış və iş materialları ilə tanış etmişdir. Daha sonra onu X7 saxlamışlar və polis əməkdaşı ona su verərək, həmin suyu içməsini tələb etmişdir. O, suyu içmədiyi üçün yenidən döyülmüşdür. O, dəfələrlə ailə üzvlərinə məlumat verilməsini və müdafiəçi ilə təmin edilməsini xahiş etsə də, onun sözlərinə məhəl qoyulmamışdır. O, səs-küy saldıqdan sonra onun ailəsinə zəng vurmasına icazə verilmiş, o ailə üzvlərinə zəng vuraraq Pois Idarəsində olduğunu, orada işgəncələrə məruz qaldığını bildirərək, onun üçün vəkil tutulmasını istəmişdir. ## #### 2026-cı il tarixdə, səhər saatlarında polis əməkdaşı onu Narkoloji Mərkəzə aparmış, orada analiz vermişdir. Ilk əvvəl analizinin nəticələrində onun narkotik vasitə istifadə etməsi çıxdığını, daha sonra isə heçnə çıxmadığını bildirmişlər. O, analizin nəticələrinə baxdıqda onda hər hansı narkotik vasitə çıxmadığını müəyyən etmişdir. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Narkoloji Mərkəzdən onu Nəsimi Rayon Polis Idarəsinə aparsalar da, lakin idarənin həyətində polis əməkdaşına zəng gələrək onun müfaiəçisinin Polis Idarəsinə olması bildirilmiş, bundan sonra onu 19-cu Polis Şöbəsinə aparmışlar. Orada o, dəfələrlə ailə üzvlərinə və müdafiəçisinə məlumat verilməsini xahiş etmiş, lakin onun sözlərinə məhəl qoyulmamış, saxlanılması üçün müvəqqəti saxlama yerinə salınmışdır. O, məcbur qalaraq orada səs-küy salmış, onun səsinə şöbənin hissəsində tikintidə işləyən fəhlələr reaksiya vermiş, o, həyat yoldaşının mobil nömrəsini həmin fəhlələrə vermiş və onun 19 cu Polis Şöbəsində olması barədə məlumat verilməsini xahiş etmişdir. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Qeyd etdiklərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanılan zaman ona saxlanılmasının səbəbləri bildirilməmişdir. O, dəfələrlə müdafiəçi ilə təmin edilməsini xahiş etsə də, müdafiəçisi ilə təmin edilməmiş, onun müdafiəçisi ilə görüşməsinə şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 izahatında bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqlarını müdafiə etmək üçün gece saat 00:10 radələrində order almış və dərhal Nəsimi Rayon Polis Idarəsinə yaxınlaşmışdır. Orada orderi təqdim etməsinə baxmayaraq onu hüquqlarını müdafiə etdiyi şəxslə görüşməyə icazə verməmişlər və daha Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis idarəsində olmadığını bildirmişlər. O, dəfələrlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə görüşmək istədiyini və sonuncunun hansı əsasla saxlanılmasını soruşmuş, lakin ona heç bir cavab verilməmişdir. O, gecə saat 03 radələrinə kimi Polis Idarəsində olsa da, onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə görüşməsinə icazə verilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailə üzvlərinə zəng edərək polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını bildirmişdir. Buna görə də, o bu barədə polis əməkdaşlarına şəxsin hansı əsasla döyülməsini soruşduqda, cavabında isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs döyülməməsi, sonuncunun hər hansı işgəncəyə məruz qalmaması bildirilmişdir. O, Polis əməkdaşlarından şəxsin saxlanma səbəbini və buna dair müvafiq qərarı tələb etsə də, onun sözlərinə fikir verilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs döyülməsi bədənində olan xəsarət izləri ilə tam sübuta yetirilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Polis Idarəsində hüquqları pozulmuş, sonuncunun müdafiəçi ilə görüşünə icazə verilməmiş, ona işgəncə verilərək döyülmüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç vaxt narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmişdir. Buna görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yenidən narkoloji müayinədən keçirilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xəsarət alması ilə bağlı ekspertiza təyin edilməsini, onun və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsində olduqları zamana aid kamera görüntülərinin götürülməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olduğunu bildirərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin CAŞ-in əməliyyat müvəkkili X2 izahat verərək bildirmişdir ki, ## #### 2026-cı il tarixdə, saat 20 radələrində Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində digər polis əməkdaşı Elvin Məmməovla ximətdə olan zaman bir nəfər şəxsin özünü qeyri-adekvat aparmasını görmüşlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs qeyriadekvat hərəkətlərini davam etdirdiyi üçün, onu Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin 19cu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində həmin şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olması müəyyən edilmişdir. Bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müayinədən keçirilməsi üçün Respublika Narkoloji Mərkəzə aparılmış və orada müayinədən keçirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin 19-cu Polis Şöbəsinə aparılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saxlanılan zaman, Polis Şöbəsinə aparılan zaman və Polis Şöbəsində olan zaman ona qarşı hər hansı fiziki və ya psixioloji təzyiq göstərilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin Cinayət Aaxtarış Şöbəsinin əməliyyat müvəkkili X3 izahat verərək bildirmişdir ki, ## #### 2026-cı il tarixdə, saat 20 radələrində Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində digər polis əməkdaşı Orxan Ibişovlar ximətdə olan zaman bir nəfər şəxsin özünü qeyriadekvat aparmasını görmüşlər, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs qeyri-adekvat hərəkətlərini davam etdirdiyi üçün, onu Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin 19-cu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində həmin şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saxlanılan zaman, Polis Şöbəsinə aparılan zaman və Polis Şöbəsində olan zaman ona qarşı hər hansı fiziki və ya psixioloji təzyiq göstərilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi təyin olunması təklif edilmiş, lakin sonuncu imtina etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid izahat verərək bildirmişdir ki, ## #### 2026-cı il tarixdə Bakı şəhəri, Bakıxanov qəəbəsində olan zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs soruşmuşlar. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə birlikdə işlədiklərini, sonuncunun arada ona məxsus avtomobili idarə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona Əbülfəzə zəng edərək sonuncunu görüşə dəvət etməsini xahiş etmişlər. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zəng edərək görüşə dəvət etsə də, sonuncu işi olduğunu bildirərək görüşməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları Əbülfəzin idarə etdiyi avtomobili izləmişlər, həmin zaman o, da polis əməkdaşının idarə etdiyi avtomobildə olmuşdur. Polis əməkdaşları Əbülfəzi Yasamal rayonunda yerləşən avtomobil icarəyə verilən obyektin qarşısında saxlayaraq polis avtomobilinə əyləşdirmişlər. Onu və Əbülfəzi Nəsimi Rayon Polis Idarəsinə aparmışlar. Polis Idarəsində onu sorğu-sual etmişlər və daha sonra onu azadlığa buraxmışlar. Birinci instansiya məhkəməsinin iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yasamal rayonun ərazisində yerləşən avtomobil icarəyə verilən obyektin qarşısında saxlanılmış, saxlanılan zaman sonuncuya qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiq göstərilməsini görməmişdir. Sadəcə olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs başına qara torba keçirilməsini görmüşdür. Polis Idarəsində o, ayrı otaqda saxlanılmış, Əbülfəzi görməmişdir. O, polis əməkdaşlarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hansı səbəbə axtardıqlarını soruşsa da, ona bildirilmişdir ki, bu istintaq sirridir. O, azadlığa buraxıldıqdan sonra Əbülfəzin ailəsinə və müdafiəçisinə məlumat vermişdir. Lakin, polis əməkdaşları tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi ilə görüşüşə icazə verilməmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ## #### 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə ## #### 2026-cı il tarixdə, saat 20:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X11-X8 dair ## #### 2026-cı il tarixli, **** nömrəli rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs TML (+), MET (+) aşkar edilmişdir. Müayinə zamanı Əbülfəz Aydın oğlunda psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif etmişdir. Şikayətin dəlilləri sübutların mötəbər olmaması, müdafiə hüququnun pozulması, araşdırmanın natamam aparılması, işgəncə faktının olması, tutma vaxtının səhv olması barədədir. Əvvəla protokolda qeyd edilən səhv texniki səhv olaraq qiymətləndirilməlidir. Iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əsassız həbsdə olması müəyyən edilmir. Müdafiə hüququ və işgəncə məsələləri barədə məhkəməyədək müdafiə tərəfi məsələ qaldırmamış, polis orqanının rəhbərliyinə, prokurorluq orqanlarına rəsmi müraciət və ya şikayət etməmişdir. Müvafiq sübutlar işə əlavə edilməmişdir. Ekspertiza rəyinin də mötəbər olmamasına iddiası ehtimallara əsaslanır. Qeyd edilənlərə əsasən şikayətin dəlillərinə tənqidi yanaşılmalıdır. Bundan başqa, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh təyin edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 6, 9, 32, 33 və 34.2-ci maddələrinin tələblərinə əməl etməklə inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq, yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edərək, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli inzibati tənbeh təyin etmişdir. Baxılan işə münasibətdə Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri baxımından, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yol verdiyi inzibati xətanın törədilməsini və bu inzibati xətanın törədilməsində onun təqsirinin olmasını təsdiq və sübut edən sübutlar mövcuddur, bu sübutların şübhə altına alınması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətməməsi, onun təqsirinin olmaması ilə bağlı nəticəyə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə irəli sürdüyü dəlillər, həmçinin, şikayətin dəlilləri onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına mane olan, Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Iş materiallarında olan sübutlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməsi üçün kifayət edir. Ona görə şikayətin dəlilləri əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2465/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2465/2026
04.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver