Məhkəmə qərarları › İş №3(3-6)-2466/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2466/2026

04.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2466/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 524.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin ## #### 2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Teleqram” sosial şəbəkəsində fahişəliyə cəlb etmə ilə məşğul olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin ## #### 2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Teleqram” sosial şəbəkəsində əxlaqsız təkliflər etmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 524.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətində həbs növündə inzibati tənbeh, İnzibati Xətalar Məcəlləsinin 524.1-ci maddəsi ilə təqsirli bilinib 75 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, az ciddi tənbehi daha ciddi tənbeh ilə əhatə etmək yolu ilə qəti olaraq 8 gün müddətində inzibati həbs təyin edilmiş, inzibati həbs müddətinin əvvəli ##.##.2026-cı il saat 20:30-dan hesablanmışdır. Həmin qərardan inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə razı olmadığını, ona köməklik göstərilməsini xahiş etmişdir. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə ərizə ünvanlayaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından verdiyi apellyasiya şikayətindən imtina etdiyini, bu səbəbdən şikayətin baxılmasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında verdiyi şikayətdən imtina etməsi barədəki ərizəsini nəzərə alaraq hesab edir ki, bu onun hüququ olmaqla onun verdiyi şikayətindən imtina edilməsinə dair ərizəsi qəbul edilərək apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən qərara aldım: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 524.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında vermiş olduğu şikayətindən imtina etdiyindən, onun həmin şikayətinə baxılmasına xitam verilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar