Məhkəmə qərarları › İş №3(3-6)-2467/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2467/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2467/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra – Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan ## ##### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarix, saat 19:26-da “Volvo XC-90 minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – həmin avtomobil) Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsi ərazisindəki üfüqi nişanlanma xəttinin tələbinə zidd olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirməklə idarə etməsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X3) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qəbul etdiyi ## ##### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə səlahiyyətli orqanın inzibati xəta kimi qiymətləndirdiyi hadisə zamanı avtomobili polis əməkdaşının müvafiq işarəsi əsasında əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirməklə idarə etmişdir. Buna görə də bu hadisəni inzibati xəta hesab etmir. Bu səbəbdən səlahiyyətli orqanın və birinci instansiya məhkəməsinin qəbul etdikləri qərarlar qanunsuz və əsassızdır. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 verdiyi izahatında şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilir. İş materiallarına əlavə edilmiş, apellyasiya məhkəməsi iclasında da tədqiq edilmiş videogörüntü əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarix, saat 19:26-da həmin avtomobili hər hansı polis əməkdaşının müvafiq icazəsi olmadan Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsi ərazisindəki üfüqi nişanlanma xəttinin tələbinə zidd olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirməklə idarə etmişdir. İş üzrə birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən yuxarıdakı sonuncu abzasda göstərilmiş işin faktiki halına əsaslanmışdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar