Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2469/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun nümayəndəsi vəkil Vəkil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Ceyhun Bəşirovun iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında işin yenidən baxılması üçün ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi-vəkil Vəkil şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) ünvan 2 ünvanında yerləşən "xxxx" restoranını icarə əsasında işlədir. ## ###### 2025-ci il tarixdə ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb etməklə, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və nəticədə ona qarşı 2500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Daha sonra həmin qərarla əlaqədar olaraq ## ####### 2025-ci il tarixdə ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etməklə, barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və nəticədə ona qarşı 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsində ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti. orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulub. həmin əvvəlcə Lakin bu maddənin tətbiqi üçün qərar qanunvericiliyə uyğun qaydada barəsində icraat aparılan şəxsə təqdim edilməli və o, qərarın məzmunu barədə məlumatlandırılmalıdır. Şəxsin mövcudluğundan xəbərsiz olduğu və ona təqdim edilməyən qərarın icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, ##.##.2025-ci il tarixli MN ******* nömrəli və ##.##.2025-ci il tarixli MN ******* nömrəli qərarlardan Qərardan şikayət verən orqan (şəxs) bugünə kimi məlumatsız olmuş, ##.##.2026-cı il tarixində ona Kürdəmir rayon icra şöbəsi tərəfindən SMS bildirişi vasitəsi ilə adında cərimələr olduğu bildirilmişdir. Bunun ardınca Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yazılı müraciət edərək barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrəli və ##.##.2025-ci il tarixli MN ******* nömrəli qərarların surətlərinin ona təqdim edilməsini xahiş etmişdir. Həmin qərarların surətləri ##.##.2026-cı il tarixində ona təqdim edilmişdir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) qərarların mövcudluğundan və məzmunundan yalnız icra mərhələsində xəbər tutmuş, buna qədər isə həmin qərarlardan irəli gələn öhdəlikləri yerinə yetirmək və ya qanunla müəyyən edilmiş qaydada şikayət vermək imkanından faktiki olaraq məhrum edilmişdir. Belə olan halda ona əvvəlcədeu məlum olmayan və qanunvericiliyin tələblərinə uyğun qaydada təqdim edilməyən qərarların yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Qərarların surətləri ##.##.2026-cı il tarixində Qərardan şikayət verən orqan (şəxs) təqdim edildiyi üçün İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1- ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların тüəyуəп olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Qeyd olunanları nəzərə alaraq ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində aparılan iş üzrə inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi-vəkil Vəkil tərəfindən verilmiş şikayət qismən təmin olunmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi müəyyən edilmişdir. Qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı əsassızdır.Əməldə inzibati xəta tərkibi olmasına baxmayaraq işə baxan məhkəmə əsassız qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Ceyhun Bəşirov apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və nümayəndəsi-vəkil Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-nin rəhbərliyinə verilmiş ##.##.2025-ci il tarixli ekoloji tələbi yerinə yetirməmişdir. Bu səbəbdən də Qərardan şikayət verən orqan (şəxs) İXM-in 541-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilmiş və həmin cərimə şərti olaraq tətbiq edilmişdirr. ##.##.2026-cı il tarixli ərizənin surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edərək ##.##.2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı və ##.##.2025ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ##.##.2026-cı il tarixdə təhvil almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-nin rəhbəri barəsində tərtib edilmiş qərarlardan icra şöbəsindən Qərardan şikayət verən orqan (şəxs) bildiriş gəldikdən sonra məlumatı olmuş və o, bundan sonra həmin qərarları ##.##.2026-cı il tarixdə şəxsən təhvil almışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman və həmin icraatın yekununda müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM-in tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsinə əsasən Ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; -12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir -128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında işin yenidən baxılması üçün ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2469/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2469/2026
19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver