Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2475/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin (bundan sonra – “Azneft” İstehsalat Birliyi) müdafiəçisi – Abşeron rayon Vəkil Bürosunun vəkili İsmayılov Eldəniz Nəsrəddin oğlunun iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından “Azneft” İstehsalat Birliyinin müdafiəçisi İsmayılov Eldəniz Nəsrəddin oğlunın (bundan sonra – müdafiəçi) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi (bundan sonra - səlahiyyətli orqan) “Azneft” İstehsalat Birliyi barəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-in) 496.1-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X3) “Azneft” İstehsalat Birliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300,00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Müdafiəçi həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, inzibati xəta hadisəsinin baş verməsində “Azneft” İstehsal Birliyinin hər hansı təqsirli hərəkəti müəyyən olunmamışdır. Ona görə ki, “Azneft” İstehsal Birliyinin nümayəndəsi X1 inzibati xəta haqqında iş üzrə icraat zamanı verdiyi izahatında göstərmişdir ki, ## ###### 2026-cı il tarixli, ************** nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanca götürülmüş yüklər barədə azad olma sənədini vaxtında ala bilmədikləri üçün prosedur üzrə qanunvericiliyin tələbləri pozulmuş, müvəqqəti saxlanc prosedurunda qalma müddəti bitmişdir. Müvəqqəti saxlanc proseduru üzrə müddətin pozulması da məhz bu səbəbdən olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikasının Vergi Məcələsinin 164.1.62-ci maddəsinə əsasən müvafiq təsdiqedici sənəd əsasında svop əməliyyatları çərçivəsində xam neftin idxalı # ###### 2024-cü il tarixdən etibarən 3 il müddətinə ƏDV-dən azad edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Prezidentinin “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikasının Vergi Məcələsində dəyişiklik edilməsi haqqında” Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikasının ## ###### 2023-cü il tarixli, ****-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanına əsasən Vergi Məcələsinin 164.1.62-ci maddəsi üzrə müvafiq təsdiqedici sənəd Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikasının Energetika Nazirliyi tərəfindən verilir. Müvafiq olaraq Sərəncam çərçivəsində Təchizat Müqaviləsi üzrə ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək idxal olunmuş və olunacaq xam neftin (təbi qaz kondensatı daxil olmaqla) ƏDV-dən azad olunması ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikasının Energetika Nazirliyi tərəfindən müvafiq təsdiqedici sənədlər təsdiq edildikdən sonra bu barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Dövlət Gömrük Komitəsinə məlumat verilməsi, yüklərin rəsmiləşdirilməsi və ya başqa gömrük proseduru altında yerləşdirilməsi mümkün ola bilərdi. Göründüyü kimi, gömrük bəyənnaməsi əsasında müvəqqəti saxlanca yerləşdirilmiş yüklərin saxlanc müddətinin ## ### 2026-cı il tarixində bitməsinə baxmayaraq, şirkət tərəfindən rəsmiləşdirilməməsinin və ya digər gömrük proseduru altında yerləşdirilməməsinin səbəbi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikasının Energetika Nazirliyi tərəfindən bunu təsdiq edən sənədlərin təqdim edilməməsi olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikasının Energetika Nazirliyinin öz vəzifələrini vaxtında icra etməməsi nəticəsində “Azneft” İstehsalat Birliyi əsassız və təqsirsiz yerə məsuliyyətə cəlb edilmişdir. Bundan başqa, “Azneft” İstehsalat Birliyinin məsuliyyətə cəlb edilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikasının Energetika Nazirliyinin gələcəkdə bu kimi zəruri sənədləri vaxtında verməsinə təsir göstərməyəcək və inzibati tənbehin məqsədinə çatmayacaqdır. Həmçinin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikasının Energetika Nazirliyinin təsdiqedici sənədləri birbaşa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Dövlət Gömrük Komitəsinə təqdim etmək öhdəliyi daşımasına baxmayaraq, səlahiyyətli orqan tərəfindən həmin təsdiqedici sənəd ümumiyyətlə, tələb edilməmişdir. Apellyasiya məhkəməsi iclasında müdafiəçi şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqan vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Gömrük Məcəlləsinin: - 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. - 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. - 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Beləliklə, göstərilən qanunvericilik normalarından aydın olur ki, qanunverici müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmiş malların orada saxlanılmasının maksimum müddətini 4 ay həddində müəyyən etmişdir. Əgər şəxs müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmiş malları bunun üçün müəyyən edilmiş müddət başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan etməzsə və ya və ya gömrük anbarında yerləşdirməzsə, əməlində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranır. İş üzrə səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokola əlavə etdiyi sənədlər əsasında müəyyən edilmişdir ki, “Azneft” İstehsalat Birliyi Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “xxxx” MMC-nin ona göndərdiyi, ## ###### 2026-cı il tarixli, ************** nömrəli gömrük bəyannaməsi ilə səlahiyyətli orqanda müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş xam neft adlı yükü bu gömrük proseduru altında saxlama müddətinin ## ### 2026-cı il tarixdə bitməsinə baxmayaraq, başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan etməmiş və ya gömrük anbarında yerləşdirməmişdir. Səlahiyyətli orqan bu faktı tərtib etdiyi “Gömrük baxışının keçirilməsi haqqında” ## #### 2026-cı il tarixli aktla rəsmiləşdirmişdir. Buna görə də “Azneft” İstehsalat Birliyinin müvafiq əməlində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmışdır. Səlahiyyətli orqan da tərtib etdiyi inzibati xəta haqqında protokolda işin faktiki hallarını qeyd edilən məzmunda müəyyən etmişdir. “Azneft” İstehsalat Birliyinin nümayəndəsi X1 ## #### 2026-cı il tarixdə səlahiyyətli orqana verdiyi izahatında yuxarıdakı sonuncu abzasda göstərilmiş hadisənin baş verməsinin səbəbini həmin yüklər barədə azadolma sənədini vaxtında ala bilməmələri ilə izah etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, işin faktiki hallarını yuxarıdakı sonuncu abzasda göstərilən məzmunda müəyyən edib, “Azneft” İstehsalat Birliyinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikasının İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində göstərilən maddənin sanksiyası həddində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Buna görə də müdafiəçinin verdiyi şikayətin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçinin verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin müdafiəçisi İsmayılov Eldəniz Nəsrəddin oğlunın verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2475/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2475/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver