Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2477/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından X3 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə, ## ###### 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan qərardan şikayət verən orqan (şəxs)1 Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC-nin) direktoru qərardan şikayət verən orqan (şəxs)2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayət təmin edilmiş və həmin qərar ləğv edilmiş, MMC-nin direktoru qərardan şikayət verən orqan (şəxs)2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 539.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilmişdir. . İşin halları: ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş İsmayılova Günel Kamandar qızının müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə uyğun olaraq göndərilmiş ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubu ilə tələb edilən sənədlərin 7 (yeddi) iş günü ərzində təqdim edilmədiyi əsas gətirilməklə MMC-nin direktoru qərardan şikayət verən orqan (şəxs)2 İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir; MMC-nin direktoru qərardan şikayət verən orqan (şəxs)2 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan X3 Xidməti apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini, ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayılova Günel Kamandar qızının şikayəti əsasında Xidmətin Bakı Şəhər İdarəsində aparılan araşdırma zamanı qərardan şikayət verən orqan (şəxs)2 direktoru olduğu MMC-yə məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Bakı Şəhər İdarəsinə verilməsi tələb olunmuşdur. Lakin sənədlər təqdim edilməmişdir. İXM-in 539.3cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər qərardan şikayət verən orqan (şəxs)2 tərəfindən təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. İXM-in 6-cı maddəsində əks olunmuş qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında işə baxan məhkəmə əvvəlki icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq səlahiyyətinə malik olsa da, bu araşdırma qərarın məzmununun hüdudları ilə məhdudlaşır. Konstitusiya Məhkəməsi Plenumunun “İXM-in 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Qeyd olunan halları nəzərə almamaqla məhkəmə qanunvericiliyə formal yanaşaraq real qanun pozuntularına görə məsuliyyətin müəyyənləşdirilməsi işini çətinləşdirir, təqsirli şəxslərin məsuliyyətdən yayınmaq üçün imkanlarının süni olaraq genişləndirilməsinə şərait yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, analoji iş üzrə MMC barədə Bakı Apellyasiya Məhkəməsində ##.##.2026-cı il tarixdə keçirilən *(*-*)-****/**** saylı iş üzrə Nizami rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından DƏMX tərəfindən verilən şikayət təmin edilməmiş və İXM-in 53-cü maddəsi üzrə inzibati xətanın olmaması səbəbi ilə işə xitam verilmişdir. Bununla da mövcud iş üzrə inzibati xətanın olmaması avtomatik olaraq cəmiyyətə rəhbərlik edən qərardan şikayət verən orqan (şəxs)2 barəsində də hazırki işə xitam verilməsinə dair hüquqi zərurəti yaratmış olur. İşin mahiyyətinə gəldikdə isə hazırki inzibati xətaya dair işin predmetini təşkil edən və əsassız və qanunsuz hesab etdikləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən tərtib edilən ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında qeyd olunur ki, vətəndaş İsmayılova Günel Kamandar qızı ilə bağlı X3 Xidməti tərəfindən ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubu ünvan 1 ünvanında yerləşən qərardan şikayət verən orqan (şəxs)1 MMC-yə göndərilmiş, eyni zamanda AR ƏƏSMNnin Avtomataşdırılmış Sosial İnformasiya Sistemi vasitəsilə işəgötürənin şəxsi kabinetində də yerləşdirmişdir. Bununla bağlı məhkəmənin diqqətinə çatdırılır ki, ##.##.2026-cı il tarixli, *-**- */*-*****/**** saylı sorğu məktubu ümumiyyətlə poçt vasitəsilə MMC-yə daxil olmamışdır və məhz bu səbəbdən həmin sorğuya münasibət bildirilməsi qeyri-mümkün olmuşdur. Belə ki, bununla bağlı qurum tərəfindən ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı müraciət (qoşma əlavə edilib) şirkətə daxil olmuş və müraciətdə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubu üzrə sənədlərin təqdim olunmaması əsas gətirilmiş və ##.##.2026-cı il tarix, saat 11:00a dəvət ilə protokola baxış olacağı bildirilmişdir. Həmin məktub şirkətə qoşma zərf və göndərişlərin izlənməsindən poçt çıxarışına (qoşma əlavə edilib) əsasən görüşdən 1 (bir) gün sonra, yəni ##.##.2026-cı il tarixdə gec daxil olduğundan dəvətdə görüşmək mümkün olmamışdır. Buna cavab olaraq şirkət tərəfindən quruma ##.##.2026-cı il tarixli, ***/** saylı cavab məktubu ilə (qoşma əlavə edilib) açıqlama verilmiş və sonda xahiş edilmişdir ki, vətəndaş İsmayılova Günel Kamandar qızı ilə bağlı sözügedən sorğu məktubu (vətəndaşın müraciət vərəqəsi ilə birgə) cəmiyyət tərəfindən münasibət bildirilməsi üçün bir daha şirkətə göndərilsin. Lakin, qurum tərəfindən müvafiq sənədlər göndərilməmiş, hətta bunun əksinə olaraq qurum tərəfindən ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** saylı bildirişlə (qoşma əlavə edilib) kimin və hansı müraciət əsasında tərtib olunmasından da məlumatsız olduqları ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xətaya dair protokol üzrə inzibati xətaya dair işə baxılması üçün ##.##.2026-cı il tarixdə saat 11:00-a X3 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət edilmişlər. Lakin, bu dəfə də qurumun bildirişi cəmiyyətə gec daxil olmuşdur ki, bunu iş materiallarına əlavə edilən zərf və göndərişlərin izlənməsindən poçt çıxarışının (qoşma əlavə edilir) tarixindən də görmək olar ki, bildiriş ##.##.2026-cı il tarixdə yenə şirkətə gec daxil olmuşdur. Lakin, buna baxmayaraq həmin bildirişə də şirkət tərəfindən ##.##.2026-cı il tarixli, ***/** saylı cavab məktubu (qoşma əlavə edilib) ilə ətraflı açıqlama verilmiş, sonda məsələyə münasibət bildirilə və daxili araşdırmanın aparıla bilməsi üçün mövcud iş üzrə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xətaya dair protokolun tərtib olunmaması, cəmiyyət tərəfindən daxili araşdırma üçün möhlət verilməsi və nəhayət həmin iş üzrə hüquqi əsas olan zəruri sənədlərin və məlumatların (sorğu, vətəndaşın müraciət vərəqəsi və s.) cəmiyyətə göndərilməsi xahiş olunmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavab məktubu ##.##.2026-cı il tarixdə quruma şirkət nümayəndəsi tərəfindən əlbəəl şəkildə təqdim edilmişdir, hətta orada bu məsələ ilə bağlı icraçı əməkdaşla görüşülməyə çalışılsa da mümkün olmamışdır. Bunu iş materiallarına əlavə edilən K * saylı növbə biletindən də (qoşma əlavə edilib) görmək olar. Beləliklə də, X3 Xidməti bu kimi sadalanan və işin obyektiv, ədalətli və qərəzsiz araşdırılmasına səbəb olacaq hüquqi əhəmiyyət kəsb edən hallara önəm verməyərək MMC-nin işəgötürən barəsində ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xətaya dair protokolunu tərtib edib ##.##.2026-cı il tarixli, *- **-*/*-*****/**** saylı məktubu (qoşma əlavə edilib) ilə göndərmişdir ki, həmin protokolu da qanunsuz və əsassız hesab edərək şirkət tərəfindən ***/** saylı, ##.##.2026-cı il tarixli (qoşma əlavə edilib) cavab məktubu ilə ətraflı və əsaslandırılmış münasibət bildirilmişdir. Belə olan halda İXM-in 539.3-cü maddəsi üzrə hər hansı bir inzibati xəta hadisəsi və ya tərkibindən söz gedə bilməz. Məhz bu səbəbdən dolayı hesab edirik ki, Yasamal Rayon Məhkəməsi öz qanuni və ədalətli qərarı ilə düzgün hüquqi qənaətə gələrək icraata xitam vermişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 şikayətə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil etirazın məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək iş üzrə icraata xitam vermişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. İnzibati orqanın iddiasına görə MMC ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubu ilə tələb edilən sənədləri 7 (yeddi) iş günü ərzində təqdim etməmişdir. MMC-yə ünvanlanan ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan müəyyən edilir ki, vətəndaş İsmayılova Günel Kamandar qızının müraciətinə münasibət bildirilməsi məqsədilə onunla bağlanmış əmək müqaviləsinin surəti, əmək haqlarının ödənilməsini təsdiq edən sənədlər, əmək müqaviləsinə xitam verilməsinə dair sənədlər, son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlər və cavab məktubu 7 (yeddi) iş günü ərzində tələb edilmişdir. İş materiallarında olan zərf və «göndərişlərin izlənməsi»ndən poçt çıxarışlarından görünür ki, ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı, ##.##.2026-cı il tarixə protokolun tərtibinə dəvəti bildirən məktub cəmiyyətə ##.##.2026-cı il tarixdə saat 11:13-də, ##.##.2026-cı il tarixli, 3-17- 5/2- *****/**** saylı, ##.##.2026-cı il tarixə işə baxılmağa dəvəti bildirən bildiriş isə cəmiyyətə ##.##.2026-cı il tarixdə – müvafiq prosessual hərəkətlərin icra tarixlərindən sonra çatdırılmışdır. «xxxx» MMC «xxxx» RMF tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, PİKNŞ-137/32 saylı cavab məktubundan müəyyən edilir ki, sorğu məktubunun çatdırılmasını əks etdirən SS*********AZ nömrəli poçt göndərişi «xxxx» rabitə müəssisəsinə aid deyildir. Cəmiyyətin daxil olan sənədlərin dövriyyəsi jurnalından ##.##.2026 – ##.##.2026-cı il tarixlərinə dair çıxarışlardan (fotoşəkillərdən) görünür ki, həmin dövrdə cəmiyyətə bir sıra qurumlardan məktublar xəbərnamələrlə birgə daxil olsa da, X3 Xidmətindən hər hansı sənədin daxil olması barədə qeyd mövcud deyildir. Məhkəməyə təqdim edilmiş «CD-R» diskdəki video görüntülərdən müəyyən edilir ki, hüquqi şəxsin əməkdaşı tərəfindən müvafiq elektron informasiya sistemində (işəgötürənin şəxsi kabinetində) sözügedən sorğuya daxil olarkən «məlumat tapılmadı» qeydi əks olunmuş, sorğunun elektron qaydada əldə edilməsi mümkün olmamışdır. Bunlardan əlavə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından görünür ki, eyni faktiki əsas üzrə – ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** saylı sorğu məktubu ilə tələb edilən sənədlərin təqdim edilməməsi ilə bağlı – hüquqi şəxs MMC barəsində ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata, əməldə İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərarla məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, sözügedən sorğu məktubu ümumiyyətlə poçt vasitəsilə cəmiyyətə daxil olmamış, elektron sistem vasitəsilə əldə edilməsi mümkün olmamış, cəmiyyət sorğudan yalnız ##.##.2026-cı il tarixdə məlumatlı olmuş və bundan sonra tələb olunan sənədləri tam, düzgün və vaxtında inzibati orqana göndərmişdir. Sözügedən qərar Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-*)-****/**** saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** saylı sorğu MMC-yə daxil olmamış, əksinə MMC sorğu haqqında məlumat aldıqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciətlər etmişdir. Məhkəmədə onu da nəzərə alır ki, ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı, ##.##.2026-cı il tarixə protokolun tərtibinə dəvəti məktub bildiriş MMC-yə ##.##.2026-cı il tarixdə saat 11:13-də, ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** saylı, ##.##.2026-cı il tarixə işə baxılmağa dəvəti bildirən bildiriş isə cəmiyyətə ##.##.2026-cı il tarixdə – müvafiq prosessual hərəkətlərin icra tarixlərindən sonra çatdırılmış, nəticədə MMC-nin öz müdafiəsini hazırlama və vaxtında gəlmə imkanları pozulmuşdur. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-nin 2-ci maddəsi). İXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olubolmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadığı halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir Belə olan halda məhkəmə birinci instansiya məhkəməsinin MMC-in əməlində İXM-in 539.3-cü maddəsinin tərkibinin olmaması qənaəti razılaşaraq bu qərardan fərqli qərar qəbul edilməsi üçün əsas görmür. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2477/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2477/2026
11.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver