Məhkəmə qərarları › İş №3(3-6)-2478/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2478/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2478/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, X3 Oruc qızının katibliyi Şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin TP seriyalı ******* saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətinin təmin edilməməsi barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin TP seriyalı ******* saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Həmçinin Qərardan şikayət verən orqan (şəxs) həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin TP seriyalı ******* saylı, ##.##.2025-ci il tarixli qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin TP seriyalı ******* saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməyərək, qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa olunmamışdır. Qərardaddan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) oğlu apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və qərardan şikayət verilmə müddətinin bərpa edilməsini xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, barəsində şikayət verilmiş qərar göründüyü kimi uzun müddət bundan əvvəl, şikayət verildiyi tarixdən 06 ay 25 gün əvvəl qəbul edilmişdir. Ötən müddət ərzində şəxsin həmin qərardan xəbərsiz olması mümkün deyil. Bu hal həmçinin şəxsin öz ifadəsi və ərizəsi ilə təsdiqini tapır. Belə ki, İXM-in: 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir.. Beləliklə, göstərilənlərə əsasən hesab edirəm ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin TP seriyalı ******* saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətinin təmin edilməməsi barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim: Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar