Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2479/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, İbrahimova İlahə Arif qızının katibliyi ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhər Yasamal rayon məhkəməsinin *(*-***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı ##.##.2026-cı il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il 13:26 radələrində ona məxsus Hyudai Tucson markalı avtomaşınla Hacıqabul-Horadiz ərazisində hərəkət etdiyi zaman, bilinməyən nömrəli kamera vasitəsilə ona cərimə və bal tətbiq olunmuşdur. Aidiyyəti üzrə DİN-ə məktub yazıb, şikayət edib. Lakin son 10 il olar ki, DİN bütün şikayətlərə ədalətsiz prizmasından haqsız cavab verir. Şikaətində ona xüsusi texniki vasitə ilə çəkilmiş video görüntü göstərilməsini tələb etmişdir, llakin tələbi təmin edilməmişdir. Aiidiyyəti şəx və ya şəxslərin qeyri-ədalətli olmasını və faktın sübuta yetirilməməsini əsas tutaraq yazılmış cərimə və balın silinməsi və qərarlın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayəti təmin edilməmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhər Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, qərar tamamilə əsassızdır. Haqsız yazılan cərimə qüvvədə saxlanılmışdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhər Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı ##.##.2026-cı il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 13:26 radələrində “X1 minik” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul Horadiz yolunun 24 km ərazisi ünvanında əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına çıxma qaydalarının pozulmasına görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən sürücü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində elə idarə etməlidir ki, qarşıdan gələn nəqliyyat vasitələri üçün maneə yaratmasın. Yolun üfüqi nişanlanma xətlərinin tələblərinə əsasən, əks istiqamətli nəqliyyat axınlarını ayıran bütöv 1.1 xəttinin tapdalanması, onun üzərindən keçilməsi və əks zolağa çıxılması qəti qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. İş mateiallarına əlavə edilmiş hadisəni əks etdirən fotoşəkillərdən görünür ki, X1 minik” markalı, 90-FM094 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində Hacıqabul-Horadiz yolunda “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq ötmənin qadağan olunduğu ərazidə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında qərarla yanaşı, toplanmış digər sənədlərlə, habelə subyektiv amillərin təsirindən uzaq, obyektiv sübut növü hesab edilən fotoşəkillər ilə də sübuta yetirilir. Odur ki, apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) istinad olunan inzibati xətanı törətməsində təqsirinin sübuta yetirildiyi üçün barəsində qəbul edilmiş EQ ******** saylı ##.##.2026-cı il tarixli qərarından vermiş olduğu şikayəti rədd etmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhər Yasamal rayon məhkəməsinin *(*-***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2479/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2479/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver