Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2481/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 347-ci maddəsi ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X4) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında səlahiyyətli orqan tərəfindən göndərilmiş sorğunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim edilməsi və ya çatdırılmasını təsdiq edən dəqiq məlumata istinad etməmişdir. Həmin məktub Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs daxil olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli orqana hər hansı sorğu olmadan ## ###### 2024 və ## ### 2026-cı il tarixli məktublarla istifadəsində olan nəqliyyat vasitələri və onları idarə edən şəxslər barədə məlumat vermişdir. Buna görə də iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta törətməmişdir. Apellyasiya məhkəməsinin ## ###### 2026-cı il tarixli iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs direktoru vəzifəsini icra edən X1 şikayətin məzmununa uyğun çıxış edib, onun təmin olunmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materialları əsasında müəyyən edilmişdir ki,: - səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanladığı sorğusunda onun mülkiyyətində olan “Hyundai Sonata minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ## #### 2026-cı il tarix, saat 17:33-də “Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi” ünvanında idarə edilərkən yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması nəticəsində Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə göstərilən tarixdə həmin avtomobili idarə etmiş şəxs barəsində məlumatların müvafiq inzibati məsuliyyətə cəlb edilməsi üçün sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində verilməsini xahiş etmişdir. - Səlahiyyətli orqan yuxarıda qeyd edilən sorğusunu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqi ünvanı olmuş ünvan 1 üçün ## ##### 2026-cı il tarixdə SX077491408AZ ştrixkodlu poçt zərfində poçt orqanına təhvil vermiş, ## ##### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Mustafayev” soyadlı şəxs həmin məktubu xəbərnaməsinə imza etməklə qəbul etmişdir. Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə hüquqi şəxslər üç yüz manat məbləğində cərimə tətbiq edilir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərkən, iş üzrə ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokola əlavə edilmiş müvafiq sənədlər əsasında həmin protokolun məzmununa uyğun olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli orqanın müvafiq sorğusuna ## ##### 2026-cı il tarixdə rəsmi qaydada təqdim edilsə də, bundan sonrakı 5 gün müddətində ## #### 2026-cı il tarix, saat 17:33-də “Hyundai Sonata” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş şəxs barəsində müvafiq məlumatları verməməsinə əsaslanmışdır. Beləliklə, birinci instansiya məhkəməsinin işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirdiyi, iş üzrə inzibati xəta haqqında protokola əlavə edilmiş müvafiq sənədlər üzrə həmin protokolun məzmununa uyğun olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməsi və həmin Cəmiyyət barəsində göstərilən maddənin sanksiyası həddində inzibati cərimə tənbeh tədbirini tətbiq etməsi qanuni və əsaslı olmuşdur. Apellyasiya instansiya məhkəməsi barədə nəticəyə gələrkən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci və apellyasiya instansiyası məhkəmələrinə səlahiyyətli orqana mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə 2025-ci ildə və ya 2026-cı ilin aprel ayının 23-dək məlumat verməsini təsdiq edən sənədi təqdim etməməsini də nəzərə alır. Baxmayaraq ki, apellyasiya instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu hüquqi imkanından istifadə etməsi üçün məhkəmə iclasını bir dəfə təxirə salmışdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apelyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2481/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2481/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver