Məhkəmə qərarları › İş №3(3-6)-2482/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2482/2026

13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2482/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 602.827.27 (altı yüz iki min səkkiz yüz iyirmi yeddi, iyirmi yeddi) BƏƏ dirhəmi məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Protokolu tərtib edən orqan Hüquq və təşkilati işlər departamentinin Inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## ### 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Solmaz Mustafayeva) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 3.014.136,35 BƏƏ dirhəmi valyuta vəsaiti məbləğinin 20 faizi – 602.827.27 (altı yüz iki min səkkiz yüz iyirmi yeddi, iyirmi yeddi) BƏƏ dirhəmi məbləğində inzibati cərimə edilməsi və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## #### 2026-cı il tarixində “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə elektron poçt vasitəsilə məktub ünvanlanaraq Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarına əsasən 2 il ərzində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd Banka təqdim edilməsinə dair məlumatlandırmışdır. Daha sonra ##.##.2026-cı il tarixində Bank tərəfindən yenidən mail ünvanlanaraq avans bəyan edilmədiyindən, sabah (yəni ##.##.2026-cı il tarixində) Mərkəzi Banka göndəriləcəyinə dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti məlumatlandırılmışdır. Bu məlumatlandırmaya əsasən elə həmin gün, yəni ##.##.2026-cı il tarixində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə bütün sənədlər təqdim edilərək cavab verilmiş, Bank isə öz növbəsində sənədləri yoxlayaraq təqdim edilmiş sənədləri məqbul hesab etmişdir (mail əlavə olunur və qeyd etdiklərimiz öz əksini tapır (YGBlər sıfırdır)). Bu minvalla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Bank ilə hər hansı bir problemin olmadığını rəhbər tutaraq, məsələni bağlayır. ##.##.2026-cı il tarixində şirkətin qanuni nümayəndəsi e-icra-dan gələn mesajla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məhkəmə qərarının çıxarıldığını, şirkətin 602.827.27 (altı yüz iki min səkkiz yüz iyirmi yeddi, iyirmi yeddi) BƏƏ dirhəmi məbləğində inzibati qaydada cərimə edildiyini öyrənmişdir. Bundan dərhal sonra Bankla əlaqə saxlanılaraq məsələ aydınlaşdırılmış, anlaşılmazlıq nəticəsində işin məhkəməyə göndərildiyi müəyyən edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən PB/VBOUT-*****-**** nömrəli ##.##.2026-cı il tarixli məktubundan da görünür ki, ##.##.2024-cü il tarixli 3,014,136.35 AED (Üç milyon on dörd min bir yüz otuz altı BƏƏ dirhəmi otuz beş fils) avans ödənişi ##.##.2025-ci il tarixli Akt əsasında bağlanmışdır. Hesab edirik ki, əvvəlcədən ödənilmiş malların (xidmətlərin) idxalı qanunla müəyyən edilmiş müddət ərzində həyata keçirilmişdir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati xəta törədilməmişdir, inzibati xəta hadisəsi olmamışdır və Inzibati Xətalar Məcəlləsinin heç bir maddəsinin tərkibi yaranmamışdır. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinə əlavə verərək, Bakı şəhəri Nəsimi Rayon Məkəməsinin *(*-**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarından da görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin sözügedən işlə bağlı sübutlarını təqdim etmək imkanı yaradılmamış, həmçinin Mərkəzi Bank tərəfindən inzibati araşdırma aparılan zaman hüquqi şəxsin dinlənilmək hüququ pozulmuş (EP******* saylı protokolda imzalar hissəsində barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin dəvət edilməməsi bunu sübut edir) və ona cəriməyə səbəb olmuş avans ödənişinin bağlanmasını təsdiq edən akt və digər sənədlərin təqdim edilməsi imkanı yaradılmamışdır. Protokolun tərtib olunmasına əsas səbəb 3014136.35 BƏƏ dirhəmi valyuta vəsaitinin ödənişi zamanı texniki yalnışlıq nəticəsində “Ödənişin təyinatı” hissəsində xidmət əvəzinə “Advcance Payment materials” qeyd olunmasıdır. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış icraat çərçivəsində işin faktiki halları araşdırılsaydı, sözügedən ödənişin alqı-satqı müqaviləsi əsasında deyil, Podrat, yəni xidmətlərin göstərilməsdi barədə müqavilə əsasında həyata keçirilməsini müəyyən etmək olardı. Lakin, birinci instansiya məhkəməsi tərəfindən sözügedən fakt nəzərə alınmamış və hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. **N*/MT-**** saylı, ##.##.2024-cü il tarixli müqavilədən də görünür ki, tərəflər arasında imzalanmış müqavilə Xidmət müqaviləsidir və həmin müqavilə əsasında işlərin və xidmətlərin icrası razılaşdırılmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, ##.##.2024-cü il tarixində 3,014,136.35 AED (Üç milyon on dörd min bir yüz otuz altı BƏƏ dirhəmi, 35 fils) məbləğində ödəniş həyata keçirilərkən ödəniş təyinatında ödənişin yalnız materiallar üçün olduğu qeyd edildiyindən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xidmət aktı təqdim edildikdə həmin Akt üzrə avans ödənişin bağlanması mümkün olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tələb olunan bütün əlavə sənədlər təqdim edildikdən sonra ödəniş təyinatında müvafiq düzəliş edilmiş və ödəniş xidmət (service) üzrə ödəniş kimi təsnif edilmişdir. Müvafiq dəyişiklik həyata keçirildikdən sonra, sözügedən avans tam bağlanmış və bununla bağlı Protokolu tərtib edən orqan müvafiq məlumat təqdim edilmişdir. Bundan əlavə sözügedən müqavilə üzrə mübahisəli ödənişdən sonra edilmiş avans ödənişlərin təhvil-təslim aktları əsasında bağlanması da bir daha sübut edir ki, həmin avans ödəniş nəinki inzibati orqan tərəfindən protokol tərtib edildiyi tarixədək, hətta ödəniş edildiyi tarixdən 2 il ərzində bağlanmaya bilməzdi. Buna sübut olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərəflər arasında formalaşmış işgüzar münasibətlər və həmin müqavilə əsasında edilmiş bir neçə ödənişlər də sözügedən avans ödənişlərin xidmət müqaviləsi əsasında həyata keçirildiyini bir daha sübut edir. Belə ki, həmin ödənişlər mübahisəli ödənişdən sonrakı tarixlərdə edilmiş və hər biri müvafiq akt əsasında bağlanmış və mübahisəli ödənişin də daxil olduğu avans ödənişlər ##.##.2025-ci il tarixli “Xidmətin təhvil-təslimi” Aktı əsasında bağlanmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş ##.##.2026cı il tarixli məktubdan da görünür ki, 3014136.35 AZN məbləğində avans ödəniş ##.##.2025-ci il tarixli akt əsasında bağlanmışdır. Iş materiallarından da görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxsin nümayəndəsi nə inzibati orqan tərəfindən aparılan araşdırmada, nə də birinci instansiya məhkəməsində aparılan icraatda iştirak etmədiyindən həmin sübutları sözügedən orqanlara təqdim etmək imkanından məhrum olmuş, yalnız Nəsimi icra şöbəsindən Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisinə bildiriş gəldikdən sonra cərimə olunmasından məlumatlı olmuşdur. Bütün bunlar da sözügedən sübutların yalnız apellyasiya instansiyası mərhələsində məhkəməyə təqdim edilməsinə əsas yaratmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə2 şikayəti və şikayətə əlavəni müdafiə edərək, şikayətin və əlavənin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Inzibati xətaya dair protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət və şikayətə əlavə ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyərək, məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti və şikayətə əlavə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Protokolu tərtib edən orqan tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ### 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması ilə əlaqədar xitam verilməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mərkəzi Banka göndərilmiş ##.##.2026-cı il tarixli məlumatda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin 3014136.35 BƏƏ dirhəmi məbləğində ödənişin aparıldığı gündən 2 il müddətində həmin məbləğdə vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - Köçürmə sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X6 yerləşən “xxxx” şirkətinin hesabına ##.##.2024-cü il tarixli müqavilə ilə bağlı ##.##.2024-cü il tarixdə 3014136.35 BƏƏ dirhəmi məbləğində pul göndərilmişdir. - ## ### 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 3014136.35 BƏƏ dirhəmi məbləğində vəsaiti bank vasitəsi ilə ## ##### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) il müddətində həmin məbləğdə vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 3014136.35 BƏƏ dirhəmi məbləğində xarici valyutada olan vəsaiti ##.##.2024-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində 2 il müddət ərzində həmin məbləğdə vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab etmişdir ki, ona Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Məhkəmə iş materiallarını, təqdim edilən sənədləri araşdıraraq qeyd edir ki, inzibati xəta haqqında materiala əlavə edilən maliyyə arayışları, təhvil-təslim aktları, ödəniş tapşırıqları, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli məktub və digər sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənişin aparıldığı gündən iki il müddət keçməmiş həmin vəsait hesabına gərəkli xidmətlər göstərilmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X6 yerləşən “xxxx” şirkəti arasında ##.##.2024-cü il tarixli müqavilə əsasında xidmətlər göstərilmiş və mübahisə edilən ödənişin də daxil olduğu avans ödənişlər ##.##.2025-ci il tarixli “Xidmətin təhvil-təslimi” Aktı əsasında bağlanmış, bununla bağlı hüquqi şəx tərəfindən maliyyə arayışı təqdim edilmişdir. Həmçinin, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli məktubdan göründüyü kimi, ##.##.2026-cı il tarixində avans olaraq ödənilmiş 3014136.35 AED avans ödənişin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli AKT əsasında bağlanmışdır. Eyni zamanda “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ünvanlanan ##.##.2026-cı il tarixli arayışla mübahisə edilən ödənişdən sonrakı tarixə aid avans ödənişlərin ##.##.2026-cı il tarixinədək bağlandığı təsdiq edilmişdir. Bununla yanaşı, Mərkəzi Bankın nümayəndəsi nümayəndə1 elektron qaydada ərizə ünvanlayaraq göstərmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli, PV/VB-OUT-*****-**** nömrəli məktubla ##.##.2026-cı il tarixində avans olaraq ödənilmiş 3014136.35 AED avans ödənişin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli AKT-la bağlandığı təsdiq edildiyindən verilmiş apellyasiya şikayətinin təmin edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz edilmir. Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2016-cı il tarixli 45/1 qərarı ilə təsdiq edilmiş və ## ###### 2020-cı il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X3 ## ###### 2020-ci il tarixli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə inzibati xətaya görə məsuliyyət Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə yaranır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır - 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. - 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti və şikayətə əlavə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasına dair *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Protokolu tərtib edən orqan tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ### 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması ilə əlaqədar verilmiş şikayətə və şikayətə əlavəyə münasibətdə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti və şikayətə əlavə təmin edilsin. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması ilə əlaqədar xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim: Habil Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar