Məhkəmə qərarları › İş №3(3-6)-2483/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2483/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2483/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” QSC-nin nümayəndəsi nümayəndə1, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 QSC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq idarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 QSC-nin və hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmələrinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN 2467235 və MN ******* saylı inzibati xəta haqqında protokollar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Inzibati xəta haqqında protokollara əsasən vətəndaşlar X2 və X3 müraciəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 QSC-yə və QSC-nin vəzifəli şəxsinə müvafiq olaraq ##.##.2026-cı il tarixli, *-**- */*-*****/**** nömrəli və ##.##.2026-cı il tarixli, 3-17- */*-*****/**** nömrəli göndərilən məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində DƏMX-nin BŞI-nə təqdim edilməsi tələb olunmuş, lakin E.S.Bayramova aid sənədlər tam (əmək haqqının ödənilməsini təsdiq edən sənəd), X.S.Əliyevə aid sənədlər isə təqdim edilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 QSC tərəfindən Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Qapalı Səhmdar Cəmiyyəti və hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq idarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli apellyasiya qaydasında şikayət verib Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026--cı il tarixli *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 QSC-nin X4 Xidməti tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN 2467235 və MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin çıxışları: Bildirir ki, vətəndaşlar X2 və X3 müraciəti əsasında X4 Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 QSC-yə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli və ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/*** nömrəli məktub ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubun çatdırılmasına baxmayaraq sənədlər təqdim olunmamışdır. Belə ki, Sözügedən ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli sorğu məktubu ##.##.2026-cı il tarixində Azərpoçt Xidməti vasitəsilə Cəmiyyətə çatdırılmasına baxmayaraq tələb olunan sənədlər Xidmətə təqdim edilməmişdir. Göründüyü kimi ‘xxxx” QSC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilnəsi təsdiq edilmişdir. Odur ki, Xidmətin Bakı Şəhər Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 QSC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN 2467235 və MN ******* nömrəli protokollar qanuni və əsaslıdır. Beləliklə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-98)- ****/**** nömrəli qərarı qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokollar tərtib edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 QSC-nin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Məhkəmə iclasında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 şikayətə uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” QSCnin nümayəndəsi nümayəndə1 şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək iş üzrə icaata xitam vermişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 QSC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubundan görünür ki, X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 QSC-də əmək hüquqlarının pozulması barədə idarəyə müraciəti ilə bağlı vətəndaşa aid sənədlərin 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 QSC-nin rəhbərliyinə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubundan görünür ki, X3 əmək hüquqlarının pozulması barədə idarəyə müraciəti ilə bağlı vətəndaşa aid sənədlərin 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilməsi xahiş edilmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 QSC tərəfindən X4 Xidmətinin Bakı şəhər Idarəsinə ünvanlanmış məktubda göstərilmişdir ki, şirkətin istifadəsində olan mobil telefona zəng etməklə verilən şifahi sorğuya cavab olaraq bildirirlər ki, X2 iş vaxtının uçot qrafiki dekabr/yanvar, əmək haqqı ödənişi cədvəli dekabr/yanvar və müraciətə cavab məktubunu təqdim edirlər. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXMnin 2-ci maddəsi). IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (IXM-in 8-ci maddəsi). Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Ümumdünya Insan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Inzibati orqan məktubda göstərilən müddət ərzində QSC tərəfindən tələb olunan sənədlər X4 Bakı Şəhər Idarəsinə təqdim edilmədiyi bildirsə də, sorğu məktublarının hüquqi şəxsə və onun rəhbərinə rəsmi şəkildə çatdırılmasını təsdiq edən hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar