Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2486/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə olunmaslna dair Bakı şəhəri Binəqədi rayon məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, «VVORLD METAL İNDUSTRY» MMC ünvanına gələn yük ************** saylı gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsində 22-ci qrafada ümumi invoys dəyəri 1088208 rubl, 18- ci qrafada nəqliyyat vasitəsinin nömrəsi **CL***/**ZB*** qeyd olunsa da, ************** saylı qısa idxal bəyannaməsində 22-ci qrafada ümumi invoys dəyəri 1013000 rubl, 18-ci qrafada nəqliyyat vasitəsinin nömrəsi **OY***/**ZB*** qeyd olunmuşdur. Buna görə də ““xxxx” MMC barəsində ## ###### 2026- cı il tarixli, *****-*****/** nömrəli saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin direktoru apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və “xxxx” MMC -nin barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə «xxxx» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və hüquqi şəxs qismində 250 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarı ##.##.2026-cı ¡¡tarixdə rəsmi qaydada məkəmənin qəbzini imzalamaqla qəbul etmişdir. Həmin qərarla razılaşmı və hesab edir ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, iş üzrə faktiki hallar tam və obyektiv araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmiş, eyni zamanda məhkəmə analoji hüquqi münasibətlər üzrə formalaşmış məhkəmə təcrübəsindən heç bir hüquqi əsas göstərilmədən kənara çıxmışdır Məhkəmə qərarında göstərilmişdir ki, qısa idxal bəyannaməsində invoys dəyərinin və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının fərqli göstərilməsi Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 485.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır və təqdim edilən izahatlar həmin nəticəni dəyişmir. Lakin məhkəmə müdafiə tərəfinin irəli sürdüyü əsas arqumentlərə lazımi hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı izah edilmişdir ki, qısa idxal bəyannaməsində göstərilən uyğunsuzluq qəsdən deyil, texniki xarakterli səhv nəticəsində yaranmışdır. Bundan başqa, nəqliyyat vasitəsinin dəyişdirilməsi daşınma zamanı baş vermiş texniki nasazlıqla əlaqədar olmuş, malların gömrük nəzarətindən gizlədilməsi və ya dövlət orqanına bilərəkdən yanlış məlumat təqdim edilməsi məqsədi daşımamışdır. Bununla yanaşı, məhkəmə aşağıdakı mühüm halları ümumiyyətlə araşdırmamışdır: • təqdim edilən məlumatın dövlət büdcəsinə hər hansı zərər vurubvurmaması; • hüquqi şəxsin həmin məlumat nəticəsində hər hansı iqtisadi üstünlük əldə edib-etməməsi; • təqdim edilən məlumatın gömrük ödənişlərinin hesablanmasına faktiki təsiri; • təhrif olunmuş məlumatın qəsdən təqdim edilməsini təsdiq edən hər hansı obyektiv sübutum mövcud olub-olmaması. Halbuk inzibati məsuliyyət yalnız formal uyğunsuzluğun müəyyən edilməsi ilə deyil, inzibati xəta tərkibini təşkil edən bütün elementlərin, o cümlədən təqsirin mövcudluğunun tam və şübhəsiz sübuta yetirilməsi ilə mümkündür. Hazırkı iş üzrə isə məhkəmə faktiki olaraq yalnız protokolda göstərilən məlumatları təkrarlamaqla kifayətlənmiş, həmin məlumatların həqiqiliyini, etibarlılığını və müdafiə tərəfinin izahatları ilə müqayisəsini aparmamışdır. Bu isə məhkəmənin sübutların tam, hərtərəfli və obyektiv araşdırılması vəzifəsini yerinə yetirmədiyini göstərir. Xüsusilə diqqətəlayiq hal ondan ibarətdir ki, məhkəmə nümayəndənin izahatını yalnız "bu halı təsdiq edən əlavə sübut təqdim edilməmişdir" arqumenti ilə rədd etmişdir. Lakin belə yanaşma inzibati məsuliyyət institutunun əsas prinsiplərinə ziddir. Çünki inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və sübutetmə yükü inzibati icraatı aparan orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi isə faktiki olaraq bu yükü hüquqi şəxsin üzərinə keçirmişdir ki, bu da İXM-in təqsirsizlik prezumpsiyasını təsbit edən müddəalarına uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində məsuliyyət mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilərkən gömrük sərhədindən keçmə barədə məlumatların verilməməsinə, təhrif olunmuş məlumatların verilməsinə və ya malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə müəyyən edilmişdir. Həmin normanın tətbiqi üçün gömrük orqanına təqdim edilmiş məlumatda sadəcə formal uyğunsuzluğun mövcudluğu kifayət etmir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün onun əməlində inzibati xəta tərkibinin bütün zəruri əlamətləri, o cümlədən hüquqazidd əməl, təqsir və həmin əməl ilə hüquqi nəticə arasındakı əlaqə mötəbər sübutlarla müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi isə qısa idxal bəyannaməsi ilə əsas gömrük bəyannaməsindəki invoys dəyəri və nəqliyyat vasitəsinin nömrəsi arasındakı fərqi avtomatik olaraq “təhrif olunmuş məlumatın verilməsi” kimi qiymətləndirmişdir. Qərarda qısa idxal bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyərinin 1.013.000 rubl, əsas gömrük bəyannaməsində isə 1.088.208 rubl göstərildiyi, nəqliyyat vasitəsinin nömrələrində də fərqlilik olduğu qeyd edilmişdir. Lakin bu uyğunsuzluqların aşkar edilməsi özü-özlüyündə «xxxx» MMC-nin İXM- in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq etmir. Məhkəmə həmin fərqliliyin hansı məqsədlə yaradıldığını, hüquqi şəxsin hansı iqtisadi və ya digər üstünlük əldə etdiyini, dövlət büdcəsinə zərər vurulub-vurulmadığını və ilkin məlumatın sonradan düzgün sənədlər əsasında rəsmiləşdirilib-rəsmiləşdirilmədiyini araşdırmalı idi. Hazırkı işdə invoys sənədi qısa idxal bəyannaməsinə düzgün qoşulmuş, yalnız bəyannamənin müvafiq qrafasında məbləğ texniki səhv nəticəsində yanlış qeyd edilmişdir. Bu hal məlumatın bilərəkdən və məqsədli şəkildə saxtalaşdırılması ilə eyniləşdirilə bilməz. Əksinə, düzgün invoys sənədinin sistemə əlavə edilməsi hüquqi şəxsin faktiki məlumatı gömrük orqanından gizlətmək niyyətinin olmadığını göstərən obyektiv haldır. Nəqliyyat vasitəsinin qeydiyyat nişanındakı fərqlilik də məhkəmə tərəfindən işin faktiki halları ilə əlaqəli şəkildə qiymətləndirilməmişdir. «xxxx» MMC-nin nümayəndəsi malların əvvəlcə 90ÖY764/**ZB*** nömrəli nəqliyyat vasitəsi ilə daşındığını, yolda nasazlıq baş verdiyindən ölkə ərazisinə **CL***/**ZB*** nömrəli nəqliyyat vasitəsi ilə daxil edildiyini bildirmişdir. Belə vəziyyətdə nəqliyyat vasitəsinin nömrəsindəki fərq əvvəlcədən təhrif olunmuş məlumat təqdim etmək niyyətindən deyil, daşınma prosesində sonradan yaranmış obyektiv haldan irəli gəlmişdir. Məhkəmə həmin halın həqiqiliyini yoxlamaq üçün daşıma sənədlərini, sərhəd-keçid məlumatlarını, nəqliyyat vasitəsinin dəyişdirilməsini və nasazlıqla bağlı sübutları tələb edib araşdırmalı olduğu halda, yalnız nümayəndənin izahatını təsdiqləyən əlavə sübutun təqdim edilmədiyini göstərməklə kifayətlənmişdir. İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan “təhrif olunmuş məlumatın verilməsi” anlayışı məlumatın yalnız sonrakı sənədlə fərqli olmasını deyil, şəxsin gömrük orqanına gerçək vəziyyətə uyğun olmayan məlumat təqdim etməsini və bu əməlin təqsirli xarakter daşımasını nəzərdə tutur. Məlumatdakı hər bir texniki, mexaniki və ya sonradan baş vermiş dəyişiklikdən irəli gələn uyğunsuzluğun avtomatik olaraq inzibati xəta kimi qiymətləndirilməsi inzibati məsuliyyətin təqsir prinsipinə zidd olardı. Birinci instansiya məhkəməsi İXM-in 14-cü maddəsinə istinad edərək əməli ehtiyatsızlıq formasında törədilmiş xəta kimi qiymətləndirmişdir. Məhkəmənin qənaətinə görə, hüquqi şəxs zərərli nəticələri qabaqcadan görə biləcək vəziyyətdə olmuş, lakin lazımi diqqət və ehtiyatlılığı göstərməmişdir. Lakin qə'arda “zərərli nəticə’nin konkret olaraq nədən ibarət olduğu göstərilməmişdir. Gömrük ödəniş nin azaldılması, malın gizlədilməsi, gömrük nəzarətinin çətinləşdirilməsi və ya dövlət büdcəsinə zərər vurulması kimi hər hansı nəticə müəyyən edilməmişdir. Zərərli nəticənin nədən ibarət olduğu müəyyən edilmədən, hüquqi şəxsin həmin nəticəni qabaqcadan görməli olduğu barədə nəticəyə gəlmək hüquqi və faktiki cəhətdən əsaslandırılmamışdır. Bundan əlavə, məhkəmə texniki səhvin mövcudluğunu hüquqi şəxsin məsuliyyətini istisna edən hal kimi yox. ehtiyatsızlıq formasında təqsirin təsdiqi kimi qəbul etmişdir. Belə yanaşma texniki səhv ilə hüq jqi əhəmiyyətli ehtiyatsızlıq arasında fərq qoymur. Hər bir texniki səhv inzibati məsuliyyət yarada bi məz. İnzibati məsuliyyət üçün həmin səhvin qanunla qorunan ictimai münasibətlərə real şəkildə təsir göstərməsi və şəxsin təqsiri ilə törədilməsi müəyyən edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 250 (iki yüz əlli) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, ************** saylı qısa idxal bəyannaməsində 22-ci qrafada ümumi invoys dəyəri 1013000 rubl, 18-ci qrafada nəqliyyat vasitəsinin nömrəsi **OY***/**ZB*** göstərildiyi halda ************** saylı gömrük bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyəri 1088208 rubl, 18-ci qrafada nəqliyyat vasitəsinin nömrəsi **CL***/**ZB*** qeyd olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi çıxışında gömrük orqanına təqdim edilən məlumatlarda qeyd olunan uyğunsuzluqların texniki səhv olmasını bildirsə də, məhkəməyə bu iddiasını təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 485.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi həmin maddədə nəzərdə tutulan əməl təqsirin həm qəsd, həm də ehtiyatsızlıq formasında törədilə bilər. İXM-nin 12.1 -ci madədsinə əsasən u Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.. İXM-nin 14-cü maddəsinə görə İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatına etibar edilsə belə, məhkəmənin qənaətinə əsasən tərəf hüquqazidd nəticəni qabaqcadan görə biləcək vəziyyətdə olsa da, qanunvericiliyin tələb etdiyi diqqət və ehtiyatlılığı göstərməmişdir. Bu səbəbdən onun hərəkəti İXM-nin 14-cü maddəsində nəzərdə tutulan ehtiyatsızlıq anlayışına uyğun hesab edilməlidir. Digər tərəfdən məhkəmə hesab edir ki, hər hansı sübuta əsaslanmadan, yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı əsasında məlumatların "texniki səhv” səbəbilə təhrif olunmuş formada gömrük orqanına təqdim edilməsi barədə nəticəyə gəlmək inzibati xətalar haqqında qanunvericiliyin prinsip və vəzifələri ilə də uzlaşmır. Hesab edirəm ki, birinci instansiya məhkəməsi “xxxx” MMC-nin barəsində qərar qəbul edərkən iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək düzgün və qanuni olaraq onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul etmişdir ki, bu məsələyə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, “xxxx” MMC barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat miqdarında tənbeh edilməsi haqqında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: “xxxx” MMC tərəfindən veriliş apellyasiya şikayəti təmin edilməsin. “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2486/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2486/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver