Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2487/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun (bundan sonra – Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu) iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqanın əməkdaşı X4 tərtib etdiyi ## ###### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu ## ###### 2026-cı il tarix, saat 05 radələrində Bakı şəhəri, Binəqədi şossesi ərazisində “Chevrolet Cobalt LTZ minik” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi və Azərbaycan Respublikası İXM-in müvafiq maddələrində nəzərdə tutulmuş, balla qiymətləndirilən xətaları törətməklə bir il ərzində 20 və ya daha çox bal toplamasının müəyyən edilməsinə görə Azərbaycan Respublikası İXM-in 327.7 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun verdiyi şikayətin təmin edilməsi, sonuncu barəsində səlahiyyətli orqanın ## ###### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və ## ###### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi barədə akt, inzibati tənbeh vermə haqqında qərar və inzibati icraat zamanı tərtib olunmuş digər prosessual sənədlərlə Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun avtomobili sərxoş vəziyyətdə idarə etməsi halı sübuta yetirilsə də, birinci instansiya məhkəməsinin ayrı-ayrı sənədlər arasında olan texniki yanlışlıqdan ibarət tarix uyğunsuzluğunu əsas götürüb, digər sübutlara hüquqi qiymət verməməsi iş üzrə düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə, həmçinin Qərardan şikayət verən orqan (şəxs) bir il ərzində yol hərəkəti qaydalarını pozmasına görə balla qiymətləndirilən çoxsaylı inzibati xətalara yol verməsi və bunun nəticəsində ona Azərbaycan Respublikası İXM-in 327.7-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini onun yol hərəkəti qaydalarına sistemli şəkildə əməl etməməsini və yol hərəkəti təhlükəsizliyi baxımından mənfi xarakterizə olunmasını göstərən mühüm hüquqi əhəmiyyətə malik fakt kimi qiymətləndirməmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsinin təmin edilmiş vəsatəti əsasında şahid qismində dindirilmiş səlahiyyətli orqanın əməkdaşı, R X4 verdiyi izahatında göstərmişdir ki, iş üzrə ## ###### 2026-cı il tarix, saat 05 radələrində “Chevrolet Cobalt LTZ minik” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü tərəfindən əlindəki mobil telefona baxmaqla idarə edilməsinə görə saxlatdırmış, avtomobili idarə etmiş Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun üz ifadəsindən və nəqliyyat vasitəsindən gələn qoxu əsasında sonuncunun sərxoş vəziyyətdə olmasından şübhələnmişdir. Müvafiq sualına cavab olaraq Qərardan şikayət verən orqan (şəxs) spirtli içki içməsi səbəbindən sərxoş vəziyyətdə olduğunu etiraf etmiş, o, Qərardan şikayət verən orqan (şəxs) alkotester müayinəsindən keçirərkən sonuncuda alkoqolun miqdarının 1,386% olmasını müəyyən etmişdir. Qərardan şikayət verən orqan (şəxs) bu hallarla razılaşmış, ondan müvafiq inzibati məsuliyyətə cəlb edilməməsinə köməklik etməsini anasının xəstə olması səbəbindən dəfələrlə təkidlə xahiş etmişdir. Bu hal onun hadisə zamanı xidməti geyimində olmuş səsyazan qurğu vasitəsilə Qərardan şikayət verən orqan (şəxs) qeydə aldığı və səlahiyyətli orqanın nümayəndəsinin hazırki məhkəmə iclasında təqdim etdiyi səsyazıları ilə sübut edilir. Sonuncu sərxoş vəziyyətdə olduğuna görə o, Qərardan şikayət verən orqan (şəxs) avtomobilini təhlükəsizlik məqsədilə yaşadığı evinin qarşısına qədər idarə etmişdir. İş üzrə tərtib etdiyi inzibati xəta haqqında protokolda həm tərtib etdiyi, həm də inzibati xətanın törədilmə tarixlərinin “## ###### 2026” əvəzinə, “## ###### 2026” göstərilməsi texniki səhvə yol verməsi ilə bağlı olmuşdur. Bu hal Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İXMin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olmaması barədə nəticəyə gəlməyə əsas vermir. İş üzrə tərtib etdiyi protokolun tərtib edilmə tarixində yol verdiyi texniki səhv aradan qaldırılmışdır. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X5 şikayətin məzmununa uyğun izahat verib, birinci instansiya məhkəməsində toplanmış sübutlar, həmçinin, özünün apellyasiya məhkəməsi iclasında təqdim etdiyi sənədlər – iş üzrə Alışov Orxan İlham oğlunun alkotesterlə müayinə edilməsinə dair protokolun surəti, onun ## ###### 2026-cı il tarixdə səlahiyyətli orqana yazılı qaydada verdiyi izahatı və X4 iş üzrə hadisə zamanı qeydə aldığı, Qərardan şikayət verən orqan (şəxs) İlham oğluna məxsus səs yazıları, X4 şahid qismində verdiyi izahatı əsasında səlahiyyətli orqanın verdiyi şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu verdiyi izahatında göstərmişdir ki, ## ###### 2026-cı il tarix, saat 04 radələrində Bakı şəhəri, Nərimanov rayonundan Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getmək üçün “Bolt” tətbiqi vasitəsilə ayıq sürücü sifariş etmiş, ayıq sürücü gəldikdən sonra ona məxsus avtomobili yaşadığı evin həyətinin yaxınlığına qədər idarə etmiş, o və ayıq sürücü avtomobildən düşdükdən, sonuncu oradan kənarlaşdıqdan sonra o, avtomobilin yanında olanda iki nəfər polis əməkdaşları ona yaxınlaşıb, ondan müvafiq sənədlərini təqdim etməsini tələb etmişlər. O, polis əməkdaşlarından bunun səbəbini soruşmuş, sonuncular ona bunun səbəbini guya avtomobili təhlükəli idarə etməsi və əmrə tabe olmaması ilə izah etmişlər. Beləliklə, ayıq sürücü onun avtomobilini yaşadığı evin yaxınlığında saxladıqdan sonra o, avtomobilini polis əməkdaşlarının gəlməsinə qədər idarə etməmiş, iş üzrə polis əməkdaşları onun idarə etdiyi avtomobili saxlatdırmamışlar. İş üzrə şahid qismində dindirilmiş X4 hadisə zamanı qeydə aldığı, hazırki iclasda səlahiyyətli orqanın nümayəndəsinin təqdim etdiyi səs yazısında Tural Alızadə ilə danışan şəxs özü olmuşdur. O, Tural Alızadəyə nəqliyyat vasitəsini ayıq sürücünün idarə etməsini desə də, bu hal səlahiyyətli orqanın nümayəndəsinin təqdim etdiyi səs yazısında öz əksini tapmamışdır. O, sərxoş vəziyyətdə olduğuna görə Tural Alızadə onun avtomobilini təhlükəsizlik məqsədilə yaşadığı evinin qarşısına qədər idarə etmişdir. Göstərdiklərinə əsasən səlahiyyətli orqanın verdiyi şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair təqsirliliyinin sübuta yetirilməməsi barədə gəldiyi nəticəni səlahiyyətli orqanın məhkəməyə Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun Azərbaycan Respublikası İXMin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hər hansı sübutu təqdim etməməsi və iş materiallarında sonuncunun təqsirliliyinə dair sübutun olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İXM-in: - 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. - 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: - 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. - 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. - 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını, yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda, şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində toplanmış, iş materiallarında olan və səlahiyyətli orqanın nümayəndəsinin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında müəyyən etmişdir ki, Alışov Orxan İlham oğlu ## ###### 2026-cı il tarix, saat 04:17də “BOLT” tətbiqi vasitəsilə ayıq sürücü xidmətindən istifadə etməyə başlamışdır (“BOLT” tətbiqinə dair çıxarışa əsasən). Həmin tarix, saat 04:42-də səlahiyyətli orqanın əməkdaşı - YPX inspektoru, R X4 Alışova alkotester tətbiq edərkən sonuncunun qanında alkoqolun konsentrasiyasının 1,386 promil olması müəyyən edilmiş (iş üzrə sonuncunun alkotesterlə müayinə edilməsi haqqında olan ## ###### 2026-cı il tarixli, ***** nömrəli protokolun surətinə əsasən), Orxan Alışov ## ###### 2026-cı il tarixdə səlahiyyətli orqana şəxsən yazdığı izahatında, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında” ## ###### 2026-cı il tarixli protokola şəxsən etdiyi qeydində və səlahiyyətli orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi səs yazısında ümumiləşdirilmiş məzmunda ## ###### 2026-cı il tarix, saat 05 radələrində avtomobilini sərxoş vəziyyətdə idarə edərkən səlahiyyətli orqanın əməkdaşlarının onu saxlatdırdığını, bu halı bir daha təkrarlamayacağını göstərməklə, bir neçə dəfə polis əməkdaşından ona köməklik edilməsini təkidlə xahiş etməklə, iş üzrə Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etmiş, iş üzrə səlahiyyətli orqan inzibati xəta haqqında protokolun tərtib edilmə tarixi kimi göstərilmiş “## ###### 2026” ifadəsinin “## ###### 2026” ifadəsi ilə əvəz edilməsini və bu dəyişikliyin mərkəzi informasiya sistemində qeydə alınmasını qərara almışdır. Həmin səs yazısından görünür ki, iş üzrə Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu onun idarə etdiyi avtomobili saxlatdırmış polis əməkdaşlarına hadisə yerində olarkən həmin vaxt avtomobilini idarə etməməsi və ya sərxoş vəziyyətdə idarə etməməsi, avtomobilinin ayıq sürücü tərəfindən idarə edilməsini bildirməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan, yuxarıdakı sonuncu iki abzasda göstərilən sübutlar və apellyasiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun verdiyi izahata əsaslanaraq hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun ## ###### 2026-cı il tarix, saat 05 radələrində Bakı şəhəri, Binəqədi şossesi ərazisində “Chevrolet Cobalt LTZ minik” markalı, **- YD-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi iş materialları ilə sübut edilir, onun göstərilən əməlində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcuddur. Buna görə də iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati xəta haqqında protokolda həm onun tərtib edilmə, həm də inzibati xəta hadisəsinin baş vermə tarixlərinin texniki səhvə yol verilməsi səbəbindən “## ###### 2026-ci il” əvəzinə, yanlış olaraq “## ###### 2026-cı il” göstərilməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət əsaslı olduğuna görə təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun verdiyi ilkin şikayət təmin edilməməli, iş üzrə səlahiyyətli orqanın ## ###### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.2, 135.1.2, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun verdiyi ilkin şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2487/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2487/2026
24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver