Məhkəmə qərarları › İş №3(3-6)-2489/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2489/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2489/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ### 2026cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Aytəkin Ibrahimova) Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər Idarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsi ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisə barədə məlumat verilməsi işəgötürənin borcu olaraq müəyyən edilmişdir. Inzibati xətanın törədilməsinə səbəb işəgötürənin öz vəzifəsini yerinə yetirməməsi ilə bağlı hərəkətsizliyidir. Xidmətdə aparılan araşdırma zamanı “Binəqədi Rayon Mənzil Təsərrüfat Birliyi”nin rəisi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X5 ## ###### 2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı aparılan araşdırmanın nəticəsi barədə müvafiq aktı tərtib etməkdən boyun qaçırdığı məlum olmuşdur. Belə ki, IZ formalı akt təhqiqat başa çatdıqdan sonra işəgötürən tərəfindən tərtib edilməli və bu akt təhqiqat aktına uyğun olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.3-cü maddəsinə əsasən təhqiqat başa çatdıqda 1 gün sonra akt tərtib edilməli və tərəflərə təqdim edilməlidir. Hazırkı inzibati iş üzrə də təhqiqat aparılmış, ## ##### 2026-cı il tarixli məktubla müəssisəyə göndərilmişdir ki, icra aktı tərtib olunmuş, təhqiqat aktına əlavə olunsun. Lakin müəssisə birbaşa ## ##### 2026-cı il tarixdə müfəttişliyə məktub göndərmişdir ki, onlar təhqiqat aktı ilə razı deyillər. Bununla da, icra aktının tərtibindən imtina edilmişdir. Ona görə də, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsi ilə protokol tərtib edilərək qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin ## ### 2026cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Xidmətinin nümayəndəsi X2 məhkəmədən şikayətin təmin edilməsini, qərarın ləğv edilərək Xidmətin Bakı Şəhər idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN 1933919 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbehvermə haqqında ## ### 2026-cı il tarixli, MN 1933919 nömrəli qərarının ləğv edilməsi barədə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi X5 ## ###### 2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinin və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırdığına görə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2.000 (iki min) manat məbləğində cərimə edilmişdir. ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər Idarəsi tərəfindən Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi X5 ## ###### 2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış və işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq iz formalı aktın tərtib edilərək zərərçəkən işçi ilə yanaşı X7 Xidməti Bakı şəhər Idarəsinə təqdim edilməsi tələb edilmişdir. ## ##### 2026-cı il tarixli, *-**-**-*/*-***/**** nömrəli məktubdan görünür ki, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər Idarəsinə məktub ünvanlanaraq, X5 təhqiqat aktının 4.1 və 4.2-ci bəndlərində əməyin mühafizəsi üzrə qanunvericilik aktları və qaydalarının pozulmasına yol vermiş məsul şəxslərin müəyyən olunmasında yalnışlığa yol verildiyinə görə təhqiqat aktları X7 Xidməti Bakı şəhər Idarəsinə qaytarılmış, təhqiqat aktında dəqiqləşdirmə aparılaraq iz aktının verilməsi üçün Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilməsi xahiş edilmişdir. Istehsalatda bədbəxt hadisə haqqında ** nömrəli Iz formalı aktından görünür ki, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən X5 27 dekabr 025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı tərtib edilmiş iz aktı ## ##### 2026-cı il tarixdə zərərçəkən şəxs X5 təqdim edilmiş və sonuncu həmin aktı ## ##### 2026-cı il tarixdə qəbul etməsi ilə bağlı imza etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin ## #### 2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli Əmrindən görünür ki, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi X5 ## ###### 2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiq edilməsi məqsədi ilə müvafiq komissiya yaradılmış, təhqiqat komissiyasının üzvü olan X4 və X6 təhqiqat aktına imza etməmişlər. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər Idarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən Qərardan şikayət verən orqan (şəxs) qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaratmışdır. Qeyd edilməlidir ki, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə X5 ## ###### 2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən tərtib edilmiş iz aktının ## ##### 2026-cı il tarixdə zərərçəkənə verilməsi, eləcə də X7 Xidmətinə təqdim edilməsi müəyyən edilmişdir. X1 Müfəttişliyi Xidməti tərəfindən bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1 və 4.2-ci bəndlərində əməyin mühafizəsi üzrə qanunvericilik aktları və qaydalarının pozulmasına yol vermiş məsul şəxslərin müəyyən olunmasında yalnışlığa yol verildiyinə görə təhqiqat aktları X7 Xidməti Bakı şəhər Idarəsinə qaytarılmış, təhqiqat aktında dəqiqləşdirmə aparılaraq iz aktının verilməsi üçün Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilməsi xahiş edilmişdir. Həmin xüsusatlara iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istehsalatda baş vermiş bədbəxt hadisənin araşdırılmasından sonra işəgötürənin qanunla müəyyən edilmiş vaxtda rəsmi aktı tərtib etməməsinə görə məsuliyyət məsuliyyət nəzərdə tutulsa da, qanunvericiliyə əsasən komissiya bədbəxt hadisənin təhqiqatını bitirdiyi andan etibarən işəgötürənə cəmi 1 iş günü vaxt verilməsini və 1 gün ərzində işəgötürənin rəsmi iz aktını tərtib edərək təsdiqləməsini mütləq şərt olaraq müəyyən etmişdir. Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən də həmin müddətə riayət olunmaqla müvafiq akt tərtib edilərək zərərçəkənə və müfəttişliyə təqdim edilmişdir. X1 Müfəttişliyi Xidməti tərəfindən bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1 və 4.2-ci bəndlərində əməyin mühafizəsi üzrə qanunvericilik aktları və qaydalarının pozulmasına yol vermiş məsul şəxslərin müəyyən olunmasında yalnışlığa yol verildiyindən səlahiyyətli orqan tərəfindən həmin akt qəbul edilmədiyindən Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi barəsində aparılmış inzibati icraat zamanı Qərardan şikayət verən orqan (şəxs) inzibati cərimə edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Belə olan halda, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 555.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini aşkar surətdə görmək mümkün deyildir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində aparılmış inzibati icraat zamanı zidiyyətli halların mövcudluğuna dəlalət edir ki, həmin ziddiyyətli halların tam və hərtərəfli şəkildə araşdırılaraq aydınlaşdırılması isə məhkəmə iclasında baxılarkən mümkün deyildir. Bununla da, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 4-cü və 12-ci maddələrinin tələblərinə əsasən, mövcud şübhələr və qeyri-müəyyənliklər şəxsin xeyrinə şərh olunmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə qeyd etmişdir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Məhkəmə bu mövqe ilə razılaşaraq və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsinə əsasən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə – min beş yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərarın tərtib edilməsinə səbəb istehsalatda baş vermiş bədbəxt hadisənin araşdırılmasından sonra işəgötürənin qanunla müəyyən edilmiş vaxtda rəsmi aktı tərtib etməməsi olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərar qəbul edən orqan tərəfindən məhkəməyə təqdim olunan sübutlar Qərardan şikayət verən orqan (şəxs) təqsirli olması və barəsində tənbeh tədbiri tətbiq edilməsi üçün kifayət deyil, hazırkı iş üzrə barəsində icraat aparılan şəxsə münasibətdə inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək sənədlər məhkəməyə təqdim edilməmişdir. Halbuki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti inzibati orqan olaraq “Inzibati tənbeh vermə haqqında” qərar qəbul edərkən inzibati xəta törətməkdə təqsiri müəyyən edən mötəbər hesab olunan sübut əsasında nəticəyə gəlməlidir. Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. Məhkəmə qeyd edir ki, istər inzibati orqan, istərsə də məhkəmə tərəfindən şəxsin inzibati məsuliyyətə görə tənbeh edilməsinə dair qərarı qanuni və əsaslı olmalı, mümkün və mötəbər sübutlara əsaslanmalıdır. X8 Məcəlləsində inzibati xətaya dair qərar sübut növlərindən biridir və şəxs yalnız o halda inzibati xətaya görə təqsirli bilinib tənbeh edilə bilər ki, işdə olan sübutların məcmusu şəxsin barəsində tənbeh qərarının çıxarılması üçün kifayət etsin. Lakin şikayətin dəlillərindən və iş materiallarından həmin hallar məhkəmə tərəfindən müəyyən edilmir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər Idarəsi barəsində icraat aparılan şəxs barədə qərar qəbul edərkən irəli sürdüyü dəlilləri ətraflı araşdırmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, bu sübutlar əsasında birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati orqanın qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinə göndərilməsi haqqında nəticə qanuni və əsaslıdır. Işin halları X7 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasına əsas vermir və bunu iddia edən apellyasiya şikayətinin dəlilləri təsdiqini tapmadığından əsaslı sayılmır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Ona görə də məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin olunmamalı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbehvermə haqqında ## ### 2026-cı il tarixli, MN 1933919 saylı qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbehvermə haqqında ## ### 2026-cı il tarixli, MN 1933919 saylı qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməsinə dair materialların yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar